Azərbaycan qazandığı hər 100 dollardan 50 dollarını İtaliyadan əldə edir - Ekspertdən İLGİNC rəy
"İtaliya Azərbaycan üçün ən vacib ölkələrdən biridir. Belə ki, Azərbaycan qazandığı hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edir".
Musavat.com bildirir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, təkcə ötən il, yəni 2023-cü ildə Azərbaycanın 220-dən çox ölkə ilə ticarət aparması nəticəsində ölkəmizə 33,8 milyard dollar vəsait daxil olub ki, bunun 15,2 milyard dolları İtaliyanın payına düşür:
"Bu, fantastik nisbətdir. Yəni Azərbaycana 200-dən çox xarici ölkədən daxil olan pulu tərəzinin bir gözünə, təkcə İtaliyadan daxil olan pulu digər gözünə qoymaq olar: obraz 200=1.
Ticarət dövriyyəsinin detallarına gəldikdə isə onun ən yüksək həddi 2008-ci ildə olub. Bunun da əsas səbəbi məhz həmin il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin bu günə qədər olan tarixi rekord vurması olub. Belə ki, 2008-ci ildə bu dövriyyə 54,9 milyard dolları ötüb. Həmin il İtaliya ilə olan ticarət dövriyyəmiz də tarixin ən yüksək göstərici olaraq 19,4 milyard dolları keçib.
Bundan sonra 7 il ərzində azalmalara o qədər baş verib ki, 2015-ci ildə İtaliya ilə ticarət dövriyyəmiz 7 dəfəyə qədər azalaraq 2,8 milyard dollara düşüb. Lakin bunun ardında davamlı artım dinamikası nəticəsində 2022-ci ildə iki ölkə arasında 18,1 milyard dollarlıq ticarət edilib. Ötən il isə bu dövriyyə 2,5 milyard dollar azalaraq 15,6 milyard dollar olub.
Lakin burada bir məsələni qeyd edim ki, bu azalma ticarət münasibətlərinin azalması deyildir. Əsas səbəb qaz qiymətlərinin azalması idi. Rusiya-Ukrayna müharibəsinə görə 2022-ci ildə hədsiz yüksələn qaz qiymətləri səbəbində dövriyyə 18 milyardı keçib, sonrakı ildə qiymətlərin sabitləşməsi səbəbindən 15,6 milyardda qərarlaşıb. Ən əsas məsələlərdən biri isə idxal və ixrac arasındakı nisbətdir ki, burada da çox böyük müsbət fərq vardır. Dövriyyənin 98 faizini bizim ixracımız təşkil edir".
Eldəniz Əmirov onu da qeyd edib ki, Azərbaycan da İtaliya üçün çox önəmli ölkədir. Belə ki, İtaliyanın idxalında Azərbaycan Türkiyəni belə qabaqlayaraq 12-cü yerdə qərarlaşıb:
"Buna görə də Cənubi Qafqaz ölkələri ilə apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” də imzalanıb. Bunun da nəticəsidir ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir".
Ekspert həmçinin vurğulayıb ki, Azərbaycan Prezidentin İtaliyaya səfəri ölkələr arası olan siyasi-iqtisadi münasibəti daha da inkişaf etdirəcək:
"Eyni zamanda iqtisadi münasibətlərdə hökmran olan neft-qaz amilini tədricən əvəzləyəcək yeni istiqamətlər üzrə irəliləyişlər əldə olunacaq".
- Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
15 yanvar 2025 18:30
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 2025 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 2025 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 2025 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 2025 14:41
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
15 yanvar 18:37
- Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
15 yanvar 18:30
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07