Pezeşkiandan İNQİLABİ ADDIM - Bu QƏRAR ləğv edilə bilər
Deputat: “İranda heç bir prezident belə bir cəsarəti edə bilməyib, çünki...”
“İranda küçədə hicabsız gəzənlərə, yaxud hicabı düzgün bağlamayanlara qarşı fiziki güc tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur”.
Bu sözləri İranın Baş prokuroru, höccətülislam Məhəmməd Məhdi Azad Xuzistan əyalətinin Əhvaz şəhərindəki tədbirin açılışındakı çıxışında bildirib (Report).
Onun sözlərinə görə, hicabın olmaması və ya düzgün bağlanmaması ilə bağlı bir çox tədbirlər görülüb və görüləcək: “Biz dəfələrlə demişik ki, hüquqi addımların müzakirəsi bu məsələdə xəttin sonudur. Hicabsızlığa qarşı ilk növbədə tədbir görülməlidir. Heç kimin küçədə kiməsə fiziki hücum etmək hüququ yoxdur”.
Baş prokuror həmçinin küçələrdə din xadimləri və mollalara hücumu da pisləyib.
Bəllidir ki, Qurani-Kərimin “Bəqərə” surəsində “Dində məcburiyyət yoxdur” ayəsi yer alıb. Bu ayədən çıxış edərək, demək olarmı ki, baş prokurorun yuxarıdakı açıqlaması məlum hadisələrdən İranda hicabın bundan sonra məcburi olmayacağı anlamına gəlir? Elədirsə, bunu yeni prezident Məsud Pezeşkianın daxildə ilk islahatı saymaq olarmı?
Qeyd edək ki, bu ilin mart ayında da İran millət vəkillərindən biri demişdi ki, hakimiyyət icbari hicab qaydasını pozanlar üçün maliyyə cərimələri məsələsini müzakirə edir. Əmirhüseyn Bankipur dövlət televiziyasına deyib ki, bu, hicab qaydasının pozulmasına görə şallaq kimi fiziki cəzadan və ya cinayət işlərinin açılmasından imtinanın başlanğıcı ola bilər.
Nəzərə çatdıraq ki, iranlılar arasında məcburi hicab qaydalarından narazılıq xüsusilə də 2022-ci ildə gənc qadın Məhsa Əmininin polisdə müəmmalı şəkildə ölməsindən sonra daha da artıb və əslində ölkəni bürümüş etiraz aksiyalarının əsas hədəflərindən biri də hicab olub.
Bankipur vurğulayıb ki, əsas hökumət və dövlət strukturları arasında hicab qaydasının pozulmasına görə yalnız pul cəriməsi tətbiq olunmasına dair konsensus əldə olunub.
Deputat bunu da bildirib ki, bu konsensus əldə olunmazdan əvvəl hicab qaydasını tətbiq edən əxlaq polisinin və cinayət işləri qaldırılmasının lazımi effekt verməməsi və əksinə etirazlara səbəb olması qiymətləndirilib.
Millət vəkilinin dediyinə görə Mədəni İnqilabın Ali Şurası və Ali Milli Təhlükəsizlik Şurası da daxil əsas dövlət qurumları belə bir qərara gəliblər ki, hicab qaydasının tətbiqində pul cərimələri daha az qarşıdurma yaradan tədbirdir.
Bankipur ötən ay işarə etmişdi ki, Hicab və Bakirəlik qanununun yeni layihəsində hicab qanununu pozanlar üçün 30 milyon İran rialı (50 dollar) məbləğində cərimə nəzərdə tutulacaq. Qanunu təkrar pozanlar əlavə cərimə ödəməli ola bilərlər. Lakin polisin sözçüsü hələlik bu barədə bildirişin alınmadığını deyib.
Sözügedən qanun layihəsində qanunu pozan qadınlara qarşı tədbir görülməsi üç kəşfiyyat idarəsi - Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçilərinin Kəşfiyyat təşkilatı və Ədliyyənin Kəşfiyyat İdarəsi ilə yanaşı, polisə və Bəsic qüvvələrinə həvalə edilir.
“Hengaw” insan haqları təşkilatının son hesabatında deyilir ki, 2023-cü ildə azı 147 qadın fəal İran ədliyyə sisteminin mühakiməsinə məruz qalıb. Çıxarılan hökmlərə həbs, şallaq, bir halda isə ölüm cəzası daxildir.
Ümumilikdə 139 qadın fəal 553 il və 10 aylıq həbsə məhkum edilib. 10 nəfər isə həbs cəzasından başqa 557 şallağa da məhkum olunub ki, bu da İranda qadın fəallara sərt cəzaların kəsildiyini göstərir.
2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan və polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb, qadınlara daha çox azadlıqlar tələb olunub. Ədliyyə sistemi deputatların dəstəyi ilə etirazlara sərt reaksiya verib.
Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb. Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri məhkəmələri “saxta” adlandırıb.
BMT-nin İnsan Haqları Şurasının fakttoplama komitəsi qadınlara qarşı belə sərt tədbirləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib.
Ceyhun Məmmədov
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, məsələyə dini nöqteyi nəzərdən yanaşıldıqda, islama görə, hər bir müsəlmanın hicab taxması vacibdir: “Zaman-zaman müxtəlif yanaşmalar olsa da, amma dində bu məsələ öz əksini tapıb. Konkret Quran ayələrində hicabın vacib olması məsələsi vurğulanır. Ona görə əksər müsəlman ölkələrində, islam dövlətlərində bu bir qayda olaraq tətbiq olunur. Qəbul edilmiş qərar ondan ibarətdir ki, müsəlman ölkələrində islam qaydaları ilə idarə olunan dövlətlərdə hicab məsələsi bir normadır. Bunun tətbiqinə bütün islam dövlətləri, şəriətlə idarə olunan dövlətlər, o cümlədən İran, Əfqanıstan çox həssas yanaşırlar və buna əməl olunmasına ciddi nəzarət həyata keçirirlər. Dində məcburiyyət yoxdur ayəsinə gəldikdə isə bu ayə ilə bağlı da müxtəlif şərhlər var. Əsas irəli sürülən yanaşma ondan ibarətdir ki, dinimizə görə, insanların hansısa dinə etiqada məcbur edilməsi qəbuledilməzdir. Yəni bu, məcburi şəkildə olmamalıdır. Hər bir insan inanaraq daxilən imana gəlməlidir. Məsələyə digər aspektdən yanaşsaq, şəriət dövlətlərinin özünə xas qayda və normaları var. Dini qaydalarla idarə olunan dövlətlərdə bu məsələlərə yanaşma bir az fərqlidir. Onlar cəmiyyətdə islam ənənələrini qorumaq üçün, islam dəyərlərinin məcburi şəkildə həyata keçirilməsi üçün zaman-zaman müəyyən addımlar atırlar. Məsələyə o anlamda yanaşanda bu gün İranda belə bir qaydanın tətbiq olunduğunu görürük. İranda tez-tez istifadə etdikləri ”qırmızı xətt" ifadəsi var. İran kimi dövlət üçün hicab məsələsi “qırmızı xətt”dir. Nəzərə alsaq ki, hazırda İranı ali dini lider idarə edir, hakimiyyətdə islamçılardır. Ona görə yaxın vaxtda İranda hicabla bağlı qadağanın aradan qaldırılması qeyri-mümkün görünür. Çünki İranı idarə edənlər üçün, ali dini liderin ətrafında olan insanlar üçün bu, “qırmızı xətt”dir. Buna görə də düşünmürəm ki, yaxın vaxtda hicabla bağlı hansısa güzəşt olsun. Ola bilər ki, bu cür sərt addımlar aradan qalxsın, amma ümumilikdə hicabın istifadə olunmamasına razılıq verilməsi hələ ki görünmür. Onu da nəzərə almalıyıq ki, İranda prezidentlərin məhdud səlahiyyətləri var. Onlar bütün addımları ali dini liderlə razılaşdırırlar. Ali dini liderin razılığı olmadan İran prezidenti heç bir qərar qəbul edə bilmir, heç bir addım ata bilmir. Əgər hansısa bir qərar qəbul edərsə, onun ən qısa vaxtda hakimiyyətdən uzaqlaşdırılması üçün İranın idarəçilik sistemində norma və qaydalar var. Ona görə heç bir prezident belə bir cəsarəti edə bilmir".
Yada salaq ki, İranda 1979-cu il İslam inqilabından sonra qadınlar üçün hicab məcburi elan edilib. 2023-cü ilin sentyabrında “Hicab və bakirəlik” haqqında qanun qəbul olunub. Bu qanunda hicab qaydasını pozan qadınlar üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Belə qadınlara qarşı habelə 360 milyon İran rialı (8522 dollar) cərimə və ya şallaq cəzası da tətbiq oluna bilər. Bundan əvvəlki qanunda belə pozuntular üçün həbsxana cəzasının müddəti 2 il, cərimə isə 12 dollar idi. İnsan haqları müdafiəçilərinin məlumatlarına görə, etiraz aksiyaları müddətində 600-dək nümayişçi həlak olub, 20 minədək şəxs həbs edilib.
- İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?
21 sentyabr 2024 21:50
- Konstitusiya Məhkəməsi YENİ DEPUTATLARI TƏSDİQ ELƏDİ - SİYAHI
21 sentyabr 2024 17:37
- Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
20 sentyabr 2024 14:26
- Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
20 sentyabr 2024 13:13
- Marketlərdə KİLOSU 70 MANATA satılan PÜSTƏ ...
20 sentyabr 2024 13:01
- Gözünüzün zəifləməməsi üçün telefondan belə istifadə edin
19 sentyabr 2024 23:37
- Bakıda 30 yaşlı kişinin cinsi əlaqə zamanı penisi qırıldı – Həkimdən ŞOK – VİDEO
19 sentyabr 2024 23:13
- İki ƏSRƏ barəbər GÜN - ƏLİ MƏSİMLİ
19 sentyabr 2024 20:22
- Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
19 sentyabr 2024 12:02
- Qarabağdakı antiterror əməliyyatından bir il ötür
19 sentyabr 2024 10:21
- Pezeşkian Nyu-Yorka gedir
21 sentyabr 22:27
- Blinken İlham Əliyevi TƏBRİK ETDİ
21 sentyabr 21:57
- İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?
21 sentyabr 21:50
- Rusiyada azərbaycanlı kişi rus arvadını 19 bıçaq zərbəsi ilə öldürdü
21 sentyabr 21:30
- Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi - Narin cinayətində ŞOK İFADƏ
21 sentyabr 21:24
- Ət ÇOX BAHALAŞACAQ – Bu TARİXDƏN- -ÖLKƏDƏ QOYUNLARIN SAYI AZALIR
21 sentyabr 21:18
- İlqar Məmmədov siyasətdən getdi
21 sentyabr 20:34
- Milli Məclisin ilk plenar iclası bu tarixdə keçiriləcək
21 sentyabr 20:24
- Region ölkələrində NƏ QƏDƏR MƏHKUM VAR ? – Tam siyahı
21 sentyabr 18:04
- Prezident Sərəncam imzaladı
21 sentyabr 17:51
- Konstitusiya Məhkəməsi YENİ DEPUTATLARI TƏSDİQ ELƏDİ - SİYAHI
21 sentyabr 17:34
- Deputat parlamentdəki iş otağına fahişə çağırdı - İNTİM VİDEO...
21 sentyabr 16:47
- Hərbi müstəntiq ərim başıma silah dirəmişdi - deyən qadın cəzalandırıldı
21 sentyabr 16:27
- Qarabağ Universitetindən FOTOLAR
20 sentyabr 15:52
- Nazirlik 1 ƏDƏD ŞAGİRD PARTASI-nın TƏMİRİNƏ 106 MANAT xərcləyəcək
20 sentyabr 15:09
- Amerikalı qadın - KÖPƏK BALIĞI mənim ayaqlarımın arasından tutdu....
20 sentyabr 14:52
- Tanınmış ziyalı Baş Prokurora MÜRACİƏT etdi
20 sentyabr 14:42
- Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
20 sentyabr 14:26
- Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
20 sentyabr 13:13
- Marketlərdə KİLOSU 70 MANATA satılan PÜSTƏ ...
20 sentyabr 13:01
- Üç kollecə direktor təyin olundu (SİYAHI)
20 sentyabr 12:38
- Prezident Qarabağ Universitetinin açılışını etdi - Foto
20 sentyabr 12:24
- Bakıda 350 elektrik avtobusu işləyəcək
20 sentyabr 11:36
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 11:25
- Şuşada Bayraq Meydanının açılışı olub - YENİLƏNİB
20 sentyabr 00:19
- Gözünüzün zəifləməməsi üçün telefondan belə istifadə edin
19 sentyabr 23:37
- Bakıda 30 yaşlı kişinin cinsi əlaqə zamanı penisi qırıldı – Həkimdən ŞOK – VİDEO
19 sentyabr 23:13
- Yediyimiz ətdən qurd çıxır, bizi hər gün döyürlər – Bakıda 13 yaşlı oğlan uşaq evindən qaçdı və EFİRƏ ÇIXDI
19 sentyabr 22:58
- İki ildə Qazaxıstandan qanunsuz çıxarılan 2,3 milyard dollarlıq aktivlər geri qaytarılıb
19 sentyabr 21:32
- İvanovun həbs müddəti yenə uzadıldı
19 sentyabr 21:11