2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
“Bakcell” şirkətinin baş icraçı direktoru Klaus Müller “Qafqazinfo” saytına eksklüziv müsahibə verib. O, müsahibədə şirkətin 2024-cü ildəki nailiyyətlərindən, aprel ayında elan olunan rebrendinqdən sonra şirkətdə olan dəyişikliklərdən və növbəti ildəki hədəflərindən danışıb.
Klaus Müller “Bakcell”in yerli və beynəlxalq layihələri, texnoloji və innovativ yenilikləri, sosial məsuliyyət təşəbbüsləri haqqında məlumat verib. Həmin müsahibəni təqdim edirik:
- Cənab Müller, 2024-cü il bitir. İl sonu həm də şəxslərin və şirkətlərin özünü hesabat dövrüdür. Bu il “Bakcell” üçün nə ilə yadda qaldı?
- Bəli, ilin əvvəli planlar qurduğumuz, hədəflər müəyyənləşdirdiyimiz kimi sonu da o planların, hədəflərin nəticələrini nəzərdən keçirmək və qiymətləndirmək lazımdır. Qürur hissi ilə deyə bilərəm ki, 2024 “Bakcell” üçün əlamətdar il oldu, böyük dəyişikliklər ili kimi yadda qaldı. Düzdür, “Bakcell” çox sürətlə yeniliklər edir, özünü daim təkmilləşdirir. Mən Azərbaycanda kifayət qədər uzun müddətdir ki, çalışıram və ölkənin bazarına yaxından bələdəm. Tam əminliklə və cəsarətlə deyə bilirəm ki, 2024-cü ildə “Bakcell”in etdiyi yeniliklər fəaliyyəti tarixində etdiyi ən böyük dəyişikliklər, islahatlardır.
- Bu il “Bakcell” rebrendinq də etdi. Ümumilikdə, qeyd etdiyiniz dəyişikliklərin daxilində əsas nələr cəmlənir?
- Bəli, bu ilin aprelində rebrendinq etdik və bununla şirkət səviyyəsində tamamilə yeni yanaşma tətbiq etməyə başladıq. Rebrendinqdən sonra biznes yanaşmamızın mərkəzində innovasiyalar və xüsusilə də süni intellekt dayanır. Rebrendinqdən sonrakı dövrdə “Tarif Məsləhətçisi”, “VoWifi”, “Star Portfolio”, “Birinci Tarif”, “Bakcell Kart” və “Fiber1” kimi innovativ məhsullarımızı abunəçilərə təqdim etdik. Təbii ki innovativ məhsullarımız çox oldu, sadəcə olaraq nümunə kimi 6-sını qeyd etdim.
- Rebrendinqdən sonra təqdim etdiyiniz innovativ məhsul və xidmətlər müştərilər tərəfindən necə qarşılandı?
- Adını qeyd etdiyim və etmədiyim məhsulların hər biri ayrılıqda çox önəmli layihələr idi. Məsələn, “Fiber 1” məhsulu ilə biz 1 GB/s sürətində fiber ev internetini ölkəyə gətirən ilk şirkət olduq. Bununla da, uzun illərdir ölkənin ən sürətli mobil şəbəkəsinə sahib olmaqla yanaşı, ən sürətli sabit şəbəkəni də təmin etmiş olduq.
Yaxud “Vodafone” ilə bir yerdə təqdim etdiyimiz süni intellekt dəstəkli “Tarif Məsləhətçisi” abunəçilərin zəng və internet ehtiyaclarını nəzərə alaraq onlara ən uyğun tarif planlarını tövsiyə edir.
Mən ikisi haqqında məlumat verdim, amma hər biri çox praktik və bazarın ehtiyacı olacaq məhsullar idi. Bu səbəbdən, rebrendinqdən sonra təqdim etdiyimiz məhsullarımız müştərilər tərəfindən çox müsbət qarşılandı.
- Avqustda “Bakcell” yeni rəqəmsal debet kartını təqdim etdi. Bu, şirkətin fintex bazarına daxil olması anlamına gəlir. Daha sonra telefon satışını da həyata keçirməyə başladı. “Bakcell”in bu cür məhsul və xidmətləri müştərilərə hansı imkanlar qazandırır?
- Debet kartımızı tərəfdaşlarımızdan biri olan “Kapital Bank”la birlikdə istifadəçilərimizə təqdim edirik. “Kapital Bank” risk menecment alətlərinə sahib olan, oturuşmuş və kifayət qədər güclü mövqeyi olan bankdır. Biz bu kartla hər iki oyunçunun - həm “Kapital Bank”ın, həm də “Bakcell”in üstünlüklərini bir məhsulla ortaya qoyuruq. Hər ikimiz geniş partnyor şəbəkəmizdən istifadə edərək müştərilərə xüsusi imtiyazlar, faydalı imkanlar təqdim edirik. Telefon satışına gəlincə, burada da müştərilərimiz iki xidməti – smartfon və tarif paketini bir arada almağın üstünlüklərindən yararlana bilirlər. Deyək ki, siz başqa mağazadan telefon alırsınız, bu, sadəcə cihazı almaq deməkdir. Bizim mağazadan aldıqda isə artıq “Bakcell” nömrəsi üçün sizə müxtəlif hədiyyə və təkliflər verilir. Biz fərq yaradırıq və müştəri bu xidmətlərdən yararlandığı zaman o fərqi hiss edir.
- Telekommunikasiya şirkətləri zamanla dəyişən tələblərə uyğun fəaliyyətlərini genişləndiriblər. Bəs gələcək üçün bu sektor nəyə hazır olmalıdır?
- Tam olaraq dəqiqliklə gələcəyi proqnozlaşdırmaq mümkün deyil. Gələcəyə hazır olmaq üçün bugünkü yenilikləri aktiv şəkildə tətbiq etmək lazımdır. “Bakcell” bütün yenilikləri əhatə etməyə çalışır ki, gələcəkdə nələr baş verəcəksə, onlara hazır olaq. Məsələn, bir nümunə göstərim. Bir il əvvələ qədər “Bakcell”də dünyada gedən tendensiyaları analiz edən və şirkəti ona uyğun adaptasiya etməyimizi planlaşdıran bir komandamız var idi. Amma bizim artıq “Vodafone” ilə əməkdaşlığa başlamağımız dünyanın hər tərəfində qlobal trendləri analiz edən və onu şirkətimizə tətbiqinə kömək edən dəstəyimizin olması deməkdir. Yəni yenilikləri daha sürətli tətbiq edəcəyik.
Nəticə olaraq 7 ildir ki, Azərbaycanın ərazisində ən sürətli mobil şəbəkəni təqdim edirik. Azərbaycanın ən böyük özəl telekommunikasiya şirkəti olaraq, həmçinin dünyanın ən böyük 10 özəl telekommunikasiya şirkətindən biri olan “Vodafone”nun tərəfdaşı olaraq innovasiyaları Azərbaycan xalqına çatdırmaq üçün ən güclü mövqedəyik.
- Sürətlə dəyişən istehlakçı tələbləri və texnoloji yeniliklərin tətbiqindən danışdıq. Maraqlıdır, “Bakcell” lider mövqeyini qorumaq üçün hansı strategiyalar həyata keçirir?
- Belə bir anlayış var: İki əlli yanaşma. Əgər insan eyni vaxtda sağ və sol əlini fərqli məqsədlər üçün istifadə edə bilirsə, deməli, daha çox bacarıqlıdır və daha çox şey əldə edə bilər. Bunu şirkətlərə tətbiq etmək isə daha yaxşı nəticə deməkdir. “Bakcell” “İki əlli yanaşma”nı tətbiq edir. Bir tərəfdən ənənələrə sadiq qalır və xidmətlərimizi ənənəvi üsullarla istifadəçilərimizə təqdim edirik. Digər tərəfdən isə yeni məhsullar hazırlamaqla innovativ yanaşmamızı tətbiq edirik. Mövcud xidmətlərin idarə edilməsində güclü olmaqla yanaşı, innovasiyaların təqdim edilməsinə də xüsusi diqqət yetiririk.
“Vodafone” ilə əməkdaşlığımız da bizə bu istiqamətdə qarşıdakı dövrdə faydalı olacaq və müştərilərimizə ən son innovativ həll yollarını təqdim etməyimizə imkan verəcək.
- ESG (Environmental, Social and Governance) prinsiplərinin biznesdə tətbiqindən danışaq. “Bakcell” ESG prinsiplərini fəaliyyətində necə tətbiq edir?
- “Bakcell” şirkəti olaraq uğurlu biznes modelimiz, ESG (Ətraf mühit, Sosial və Korporativ İdarəetmə) prinsiplərinin effektiv tətbiqinə imkan yaradır. Bu yanaşma, həm biznes fəaliyyətimizdə, həm də ESG sahəsində uğurlu nəticələr əldə etməyimizə töhfə verir. Biz uğurlu bir şirkət olaraq çalışırıq ki, Azərbaycanın ölkə olaraq təkcə iqtisadi deyil, eyni zamanda davamlı inkişafına töhfə verək. Ekoloji layihələri qeyd edərdim. Enerji istehlakını optimallaşdırmaq, e-tullantıların ətraf mühitə təsirini azaltmaq və bərpa olunan enerji mənbələrindən istifadəni artırmaq üçün xüsusi proqramlar icra olunur. Şirkət olaraq çalışırıq ki, ənənəvi enerjidən əlavə bərpa olunan enerjidən də istifadə edək.
“Bakcell” hər zaman cəmiyyətin rifahını artırmaq və gələcək nəsillər üçün dayanıqlı mühit yaratmaq məqsədilə sosial məsuliyyət layihələri həyata keçirir.
Bundan əlavə, biz xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstəririk. İnnovativ layihələrlə Azərbaycanın, o cümlədən azad edilmiş ərazilərin iqtisadi və dayanıqlı inkişafına töhfə verilir.
- İşğaldan azad olunmuş bölgələrlə bağlı fəaliyyətinizi vurğuladınız. Bu istiqamətdə görülən işlər və gələcək planlarınız nələrdir?
- Yeni loqomuzda fiqurlar həmçinin Azərbaycanın müxtəlif bölgələrini, ulduz aramızda olan bağı simvolizə edir ki, bu da həmin torpaqların bizim üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. İşğaldan azad olunan ərazilərdə rəqəmsal infrastrukturun bərpası üçün aktiv iş aparırıq. “Bakcell” Şuşa və Xankəndidə mağazalar açaraq telekommunikasiya xidmətlərinin əlçatanlığını artırır və bölgənin yenidən qurulmasına töhfə verir. Biz fəxr edirik ki, “Bakcell” təkcə Azərbaycanın digər bölgələrində deyil, işğaldan azad olunan ərazilərdə də ən sürətli şəbəkəyə malikdir. Əslində, “Bakcell”in işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti həm də bizim daha əvvəl bəhs etdiyim yeni və innovativ şirkət yanaşmamıza da tam uyğun gəlir. Hər ikisini orada eyni vaxtda bir araya gətirə bilirik. Gələcəkdə bu bölgələrdə innovasiyaların tətbiqi ilə yanaşı, sosial layihələr vasitəsilə cəmiyyətin rifahını artırmağı hədəfləyirik.
- 2025-ci il üçün “Bakcell”in əsas planları və prioritetləri nələrdir?
- Qarşıdakı il üçün əsas məqsədimiz innovativ “Northstar” (Şimal Ulduzu) yanaşmamızı bütün dəyər zəncirində tətbiq edərək irəliləməyə davam etməkdir. Belə ki, şirkətin yeni vizual həlli 5 dinamik fiqurun ulduz şəklində düzüldüyü və gələcəyə yol açan bir loqonu ərsəyə gətirir. Beləliklə, “Bakcell”in şimal ulduzu bəzən insanları, bəzən məkanları, əksər hallarda isə, dəyərli anları birləşdirərək bir-birinə bağlayır. Bu innovativ dizayn “Bakcell”in rəqəmsal gələcəyə sürətli sıçrayışının təcəssümüdür.
2025-ci ildə şirkət olaraq daha güclü olmağı hədəfləyirik. Standart xidmətlərimizi davam etdirəcək və eyni zamanda yenilərini təqdim edəcəyik.
Daxili olaraq, “Vodafone”la əməkdaşlığımızı daha da genişləndirəcəyik. “Bakcell” əsas təchizatçısı və strateji tərəfdaşı olan “Azerconnect Group” ilə birgə “Cisco” (ABŞ), “Huawei” (Çin), “Nokia” (Avropa) və digər aparıcı beynəlxalq şirkətlərlə aktiv şəkildə əməkdaşlıq edir. Biz bu yanaşmanı genişləndirməyi hədəfləyirik.
- Yəni, müştərilər 2025-də yeniliklər gözləsinlər?
- Mütləq gözləsinlər.
- Nərimanov rayon prokurorunun müavini Zeynal Usubovа 1 MİLYON DOLLАR АTIBLАR..)))
6 yanvar 2025 20:49
- Azərbaycanda nə qədər BİCBАLА DOĞULUR - Tanınmış vəkil
6 yanvar 2025 13:37
- Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
6 yanvar 2025 13:23
- Rusiyanın dağılması Çeçenistanla başlaya bilər
5 yanvar 2025 22:54
- Kəmaləddin Heydərov onları TƏLTİF ETDİ
5 yanvar 2025 22:24
- Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...
5 yanvar 2025 20:51
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
5 yanvar 2025 19:57
- 10 ukraynalı əsgəri öldürən QƏSSАB özbəyə cəza....
5 yanvar 2025 18:49
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
5 yanvar 2025 13:23
- Bağırsaqları təmizləyir: Səhərlər =10 dəqiqəlik qayda= qəbizliyin qarşısını alır
5 yanvar 2025 13:09
- Tbilisidə növbəti etiraz aksiyası başlayıb
07 yanvar 00:42
- Nərimanov rayon prokurorunun müavini Zeynal Usubovа 1 MİLYON DOLLАR АTIBLАR..)))
06 yanvar 20:35
- Fərhad Əliyevin qohumu Rusiyada öldürüldü
06 yanvar 19:45
- Bakıda döşəyin içindən nələr çıxdı ŞOK + VİDEO
06 yanvar 19:32
- Soğanı belə yemək 1001 dərdə dəva imiş
06 yanvar 18:43
- Moskva susur: Putin qəzada ölənlərə kompensasiya ödəmək istəmir
06 yanvar 16:44
- Veysəloğlu-nun təşkil etdiyi -Miratorqla dadlı fürsətlər- lotereyasının qalibləri bəlli oldu
06 yanvar 14:28
- Gürcüstandа hərbi xidmət 6 АY OLDU - İş yerində maaşı saxlayacaqlar
06 yanvar 14:14
- Azərbaycanda nə qədər BİCBАLА DOĞULUR - Tanınmış vəkil
06 yanvar 13:37
- Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
06 yanvar 13:23
- Seçkiqabağı təşviqat başlayır
06 yanvar 11:57
- 2025-də SSRİ yenidən doğulacaq – Vasserman
06 yanvar 11:35
- Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü
06 yanvar 11:18
- Rusiyanın dağılması Çeçenistanla başlaya bilər
05 yanvar 22:54
- Kəmaləddin Heydərov onları TƏLTİF ETDİ
05 yanvar 22:24
- Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...
05 yanvar 20:51
- Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
05 yanvar 20:40
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
05 yanvar 19:57
- Fuad Poladovun adı bu küçəyə verildi - FOTO
05 yanvar 19:39
- AZAL sərnişinlərini xilas edənlər mükafatlandırıldı - Fotolar
05 yanvar 19:24
- 10 ukraynalı əsgəri öldürən QƏSSАB özbəyə cəza....
05 yanvar 18:49
- Abxaziyada ailə faciəsi - 5 uşaq öldü
05 yanvar 15:36
- Zeynəb Xanlarova 43 il əvvəl - FOTO
05 yanvar 14:14
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 13:23
- Bağırsaqları təmizləyir: Səhərlər =10 dəqiqəlik qayda= qəbizliyin qarşısını alır
05 yanvar 13:09
- Gürcüstanda yeni nazirlik yaradıldı
05 yanvar 12:34
- Ərdoğan qonşusunun yas mərasimində Quran oxudu - VIDEO
05 yanvar 12:23
- Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır...
05 yanvar 00:08
- Dünyanın ən yaşlı insanı VƏFAT ETDİ
04 yanvar 23:11
- Adı yaşıl, özü ağ, buzlu adaya iddialar - Qrenlandiya niyə qiymətli olub?
04 yanvar 22:33