DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
Yüksək ranqlı məmurlar arasında o, yeganə şəxslərdən biri olub ki, istədiyi vaxt, əvvəlcədən planlaşdırılmamış baş katibin həm mənzilinin, həm də bağ evinin qapısını döyməyə ixtiyarı çatıb. Bu səlahiyyəti Georgi Sinyevə Leonid Brejnev şəxsən verib. Onu baş katibin ailəsi ən yaxın adam kimi qəbul ediblər, elə Sinyev də Brejnevin evində özünü ev sahibi kimi hiss edib.
Şəxsi münasəbətlərlə yanaşı Sinyev siyasi elitada da özünü birincilərin arasında lider kimi aparıb. Hətta səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə edib, vəzifə ranqına görə özündən yüksək olanlara irad tutmaqdan, göstəriş verməkdən çəkinməyib. İstər Kreml məmurları, istərsə də ayrı-ayrı ittifaq miqyaslı qurumların rəhbərləri Sinyevlə ehtiyatla davranıblar. Araşdırmaçıların qənaətinə görə Yuri Andropovun özü də müavini olduğu ordu generalı Georgi Sinyevdən çəkinib.
Maraqlıdır, Sinyevi bu qədər “qüdrətli” edən nə olub?
Qeyd edək ki, Brejnevdən bir yaş kiçik olan Sinyev 1907-ci ildə Dnepropetrovskda anadan olub. Baş katiblə eyni ali məktəbdə, Denpropetrovsk Metallurgiya İnstitutunda təhsil alıb, daha sonra onunla eyni müəssisədə, metallurgiya zavodunda işləyib. Partiya orqanlarında da eyni vaxtda, eyni komitədə, Dnepropetrovsk vilayət Partiya Komitəsində işə başlayıblar. Sinyev Brejnevin tabeliyində işləyib.
Köhnə dostları müharibə ayırıb. Sinyev müharibə illərində Kalinin, Ukrayna, Belarusiya hərbi dairələrində xidmət edib. O, Brejnevdən fərqli olaraq müharibədən sonra partiya işinə qayıtmayıb, Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini artırdıqdan sonra fəaliyyətini hərbçi kimi davam etdirib.
1954-cü ildən Sinyev hərbi strukturdan dövlət təhlükəsizliyi orqanlarına keçib. 1958-ci ildə SSRİ DTK-sının hərbi institutuna rəhbərlik edən Sinyev sonralar DTK-da 3-cü, 2-ci idarələrin rəisi vəzifəsində işləyib. Brejnev hakimiyyətə gəldikdən sonra Sinyev DTK-da əsas simalardan birinə çevrilib, ordu generalı rütbəsi alaraq əvvəlcə DTK sədrinin müavini, daha sonra birinci müavini vəzifəsinə təyinat alıb.
Georgi Sinyev hədsiz dərəcədə kobud, sərt, qəddar adam olub. Vəzifə ranqına baxmayaraq o, istənilən adamı istədiyi anda təhqir etməyi özünə eyib saymayıb. Müşavirələrdə onun təkliflərinə, hansısa bir məsələyə bildirdiyi münasibətə qarşı heç kim söz demək iqtidarında olmayıb. Hətta bəzi məqamlarda Yuri Andropovun özü belə Sinyevin kobudluğu qarşısında susmaq məcburiyyətində qalıb.
General təkcə DTK əməkdaşları arasında deyil, dövlət məmurları arasında da hökmranlığını nümayiş etdirib. Bunun səbəbi təkcə onun Brejnevlə yaxınlığı olmayıb, onun həm də DTK-da dövlət məmurlarının danışıqlarına qulaq asmaq, lazım olanda istənilən bir şəxsin kabinetinə, mənzilinə xüsusi audio-video qurğular yerləşdirmək səlahiyyəti olub. Bu səlahiyyəti ilə Sinyev Kreml məmurlarını gərginlik içərisində saxlamağa nail olub.
Hələ Semiçastnı DTK sədri olanda Sinyevi kobudluğuna, yeri gəldi-gəlmədi özünə aid olmayan işlərə müdaxilə etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnevin məsələyə qarışması hamını susdurub və bir daha sübut olunub ki, Sinyevə baş katib tərəfindən qeyri-rəsmi “toxunulmazlıq” statusu verilib.
Sinyevin DTK sədrinin birinci müavini kimi fəaliyyəti haqqında Kremlin baş həkimi (SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazovun xatirələrində maraqlı açıqlamalar var:
“Mənim Yuri Andropovla rəsmi münasibətdən daha çox, dostluq əlaqələrim olub. Andropov öz işini bilən, münasibətləri tənzimləməyi bacaran və bunlarla yanaşı prinsipial bir şəxs idi. Amma buna baxmayaraq xidməti fəaliyyətində problemsiz də deyildi. Onun ən böyük problemi müavinləri idi. Xüsusilə də Georgi Sinyev. Brejnevlə Sinyevin arasında olduqca yaxın dostluq münasibətləri hökm sürürüdü. DTK-nın bəzi məsələlərini Sinyev birbaşa Brejnevlə müzakirə edirdi. Sözsüz ki, subardinasiyanın bu cür pozulması Andropovu ciddi şəkildə narahat edirdi. Amma o, Sinyevə qarşı mübarizə aparmırdı, əksinə, münasibətləri həmişə daha mehriban etməyə çalışırdı. Mən onu anlayırdım. Başqa çıxış yolu yox idi...”
1982-ci ildə Yuri Andropov DTK sədrliyindən çıxıb Mərkəzi Komitənin katibi vəzifəsinə gedəndə də yaxşı anlayıb ki, Sinyev DTK xətti ilə onun da bütün danışıqlarını, görüşlərini nəzarət altına alacaq. Andropov Sinyevdən çəkinib, qorxub ki, onun gələcəkdə baş katib olmaq arzusuna mane olsun.
Hətta Andropov baş katib kürsüsünə sahib olanda da Sinyevi vəzifəsindən azad edə bilməyib. Sinyevdə həm Andropov haqqında, həm də onun ətrafdakıları ilə bağlı kifayət qədər materiallar olub və o, istənilən vaxt istədiyi yüksəkçinlini çox kobud şəkildə ifşa edə biləcəyini Andropov yaxşı anlayıb.
Sinyev Andropov və Çernenkonun hakimiyyəti dövründə də öz vəzifə mövqeyini əvvəlki templə saxlamağı bacarıb. Mixail Qorbaçov hakimiyyətə gəldikdən altı ay sonra isə onu təqaüdə göndəriblər.
General vəzifəsindən uzaqlaşdırıldıqdan sonra da Brejnevin ailə üzvləri ilə əlaqələrini kəsməyib, ömrünün sonuna qədər baş katibin problemlər içində boğulan ailə üzvlərindən köməkliyini əsirgəməyib.
Ordu generalı Georgi Sinyev 1996-cı ildə, 89 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
- Bakıdakı LƏNƏTlənmiş bina — Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTOLAR)
19 sentyabr 2024 12:50
- General Akif Çovdarov həbsdən çıxan kimi arvadını boşayıb: 69 hektar ərazidə balıqçılıq təsərrüfatı..
6 avqust 2024 13:29
- İranda polis generalı həbs olundu: MOSSADA çalışırmış - daha 20 həbs... (FOTO)
4 avqust 2024 18:52
- Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
25 iyul 2024 16:12
- Əkrəm Həsənov - Gəlirlər azalır, qiymətlər və aqressiya artır
24 iyul 2024 02:03
- 29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla SƏXAVƏTLƏ bölüşüb
13 iyul 2024 18:27
- Müsavatdan 10 nəfərə vəzifə veriləcək - ŞOK PLAN
5 iyul 2024 11:57
- Komandan vəzifəsindən nazir kürsüsünə - azərbaycanlı general Stalindən də təşəkkür alıb...
27 iyun 2024 22:36
- Özündən gözəlləri öldürən, itləri əsirlərlə bəsləyən -MƏLƏK- VİDEO
26 iyun 2024 20:37
- Qəzəbli Stalinə cavab verməkdən çəkinməyən general – o, bir il ərzində özünü doğrultmağı bacarıb...
26 iyun 2024 14:23
- Qarabağ Universitetindən FOTOLAR
20 sentyabr 15:52
- Nazirlik 1 ƏDƏD ŞAGİRD PARTASI-nın TƏMİRİNƏ 106 MANAT xərcləyəcək
20 sentyabr 15:09
- Amerikalı qadın - KÖPƏK BALIĞI mənim ayaqlarımın arasından tutdu....
20 sentyabr 14:52
- Tanınmış ziyalı Baş Prokurora MÜRACİƏT etdi
20 sentyabr 14:42
- Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
20 sentyabr 14:26
- Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
20 sentyabr 13:13
- Marketlərdə KİLOSU 70 MANATA satılan PÜSTƏ ...
20 sentyabr 13:01
- Üç kollecə direktor təyin olundu (SİYAHI)
20 sentyabr 12:38
- Prezident Qarabağ Universitetinin açılışını etdi - Foto
20 sentyabr 12:24
- Bakıda 350 elektrik avtobusu işləyəcək
20 sentyabr 11:36
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 11:25
- Şuşada Bayraq Meydanının açılışı olub - YENİLƏNİB
20 sentyabr 00:19
- Gözünüzün zəifləməməsi üçün telefondan belə istifadə edin
19 sentyabr 23:37
- Bakıda 30 yaşlı kişinin cinsi əlaqə zamanı penisi qırıldı – Həkimdən ŞOK – VİDEO
19 sentyabr 23:13
- Yediyimiz ətdən qurd çıxır, bizi hər gün döyürlər – Bakıda 13 yaşlı oğlan uşaq evindən qaçdı və EFİRƏ ÇIXDI
19 sentyabr 22:58
- İki ildə Qazaxıstandan qanunsuz çıxarılan 2,3 milyard dollarlıq aktivlər geri qaytarılıb
19 sentyabr 21:32
- İvanovun həbs müddəti yenə uzadıldı
19 sentyabr 21:11
- İki ƏSRƏ barəbər GÜN - ƏLİ MƏSİMLİ
19 sentyabr 20:22
- İlham Əliyev Şuşaya getdi
19 sentyabr 19:22
- Azərbaycanda ABORTLA bağlı dəhşətli statistika - 1 İLDƏ 73816
19 sentyabr 18:57
- Çeçenistanda DARVİN NƏZƏRİYYƏSİ məktəb dərsliklərindən ÇIXARILIR
19 sentyabr 18:42
- Prezident Ağdamda daha bir zavodun açılışını etdi
19 sentyabr 13:43
- Bakıdakı LƏNƏTlənmiş bina — Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTOLAR)
19 sentyabr 12:42
- Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
19 sentyabr 12:02
- Prezidentdən MÜHÜM SƏRƏNCAM - Dövlət Suverenliyi Günü təsis olundu
19 sentyabr 11:06
- Prezidentə müraciət – Mikayıl İsmayılov barəsində cinayət işi açılsın
19 sentyabr 10:57
- Qarabağdakı antiterror əməliyyatından bir il ötür
19 sentyabr 10:21
- Azərbaycan itirdiyi əraziləri azad edə bilib –Britaniyanın XİN başçısı
18 sentyabr 21:48
- 14 yaşlı Ruslanın anası: İşıq pulunu belə ödəyə bilməmişik, qaranlıq evdə iki övladımla qalmışam
18 sentyabr 19:48
- Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
18 sentyabr 19:30