Abşeron Milli Parkında 5 ədəd Qafqaz ŞAHİNİ OVLAYAN əcnəbi saxlanılıb- VİDEO
DİN Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində, Abşeron Milli Parkının ərazisində “Qırmızı” kitaba adı düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər.
Bu barədə DİN-dən bildirilib.
Xidməti ərazidə keçirilən tədbir zamanı Qəmər Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar. Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan “Qafqaz şahini” və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsi ilə adı “Qırmızı” kitaba düşən “Qafqaz şahini”ni ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd olunub ki, baytar nəzarətindən sonra quşlar su polisləri və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təbiətə buraxılacaq.
Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti artıq sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı və itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.
Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında qaydaları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.
Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılacaq.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
1 noyabr 2024 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 2024 19:57
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 2024 17:47
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 2024 15:19
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 2024 09:14
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56