İcra başçısı ilə 3 il QEYRİ-RƏSMİ yaşadıq, obyekti də özü mənə hədiyyə etmişdi
Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasına məxsus 103 min manatlıq avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxsin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1976-cı il təvəllüdlü Yusif Axundov (bütün ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Yusifin bacısı bir neçə il əvvəl Bakının rayonlarından birinin sabiq icra başçısı olmuş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Oğurluq hadisəsi də sabiq icra başçısına məxsus karxanada baş verib.
İş üzrə sabiq icra başçısının sürücüsü olmuş M.Məmmədov zərərçəkən şəxs qismində tanınıb. Sabiq vəzifəli şəxs ifadəsində obyektin ona məxsus olmasını gizlətməyib. O, karxananı qardaşı Teymur və sürücüsü olmuş M.Məmmədovla birgə işlətdiyini bildirib.
Təqsirləndirilən şəxs isə keçmiş icra başçısının onun bacısından qisas almaq məqsədilə polisə müraciət etdiyini deyib. O, sabiq başçının və digər şəxslərin karxanaya məxsus avadanlıqların götürülməsindən məlumatlı olduğunu, heç bir oğurluq faktının baş vermədiyini deyib.
Y.Axundovun bacısı L.Axundova da qardaşının dediyini təsdiq edib. O, ifadəsində sabiq icra başçısının çox imkanlı şəxs olduğunu, karxananı da onlara hədiyyə etdiyini bildirib: “İ.M. ilə 2017-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdum. Onunla 3 ilə yaxın birlikdə yaşamışıq. İ.M. karxananı qardaşıma verdiyini, nə istəyirsə, edə biləcəyini demişdi. Oranın sökülməsi ilə bağlı nəsə bilmirəm, lakin işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi.
İ.M.-in maddi vəziyyəti yaxşı olduğu üçün bu cür vəziyyətdə olan karxananın qardaşıma verilməsi ona problem deyildi. Mənimlə yaşadığı müddətdə mənə ev də tikdirmişdi. Sabiq icra başçısı birgə yaşadığımız evdən getdikdən sonra qardaşımın onunla heç bir əlaqəsi olmayıb. Karxananın faktiki olaraq sahibi İ.M. idi, o, karxananı sata bilmirdi, hətta oranı metal qəbulu yerinə verməsinə baxmayaraq, qəbul etmirdilər. Qardaşım ondan xəbərsiz nəyisə satmayıb”.
L.Axundovanın sözlərinə görə, o, icra başçısı ilə qeyri-rəsmi münasibətdə olduğu qadınlardan sadəcə biri olub. Onun iddiasına əsasən, İ.M. digər qadınlara və onların qohumlarına da müxtəlif hədiyyələr verib: “Maddi imkanı yaxşı olduğu üçün belə hədiyyələr normal idi”.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə oğurluqda təqsirli bilinən Y.Axundova 6 il həbs cəzası verilib.
- Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
23 yanvar 2025 22:50
- Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
23 yanvar 2025 22:39
- Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir - Fəxri Uğurlu
23 yanvar 2025 21:38
- Türkiyə vətəndаşı: Türkmənistan prezidentindən xahiş edirəm ki, həyat yoldaşımın qaytarın...
23 yanvar 2025 21:18
- Universitet vergilərini vaxtında ödəməyib
23 yanvar 2025 21:04
- İraqda 9 yaşlı qızlarla nikaha icazə verildi
22 yanvar 2025 12:35
- Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... - (FOTO)
22 yanvar 2025 12:21
- Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edildi
22 yanvar 2025 00:06
- Naxçıvanda donuzların KÖKÜ KƏSİLİB – Rəsmi statistika
21 yanvar 2025 18:16
- 17 yaşlı Bəylər İmişlidəki qəzadan sonra qaçıbmış - Rəsmi
21 yanvar 2025 11:16
- Rüşvət alan hakim məhkəmə zalında həbs edildi
24 yanvar 00:32
- Mərasim evlərində qiymətlər - 4 000 manata menyu
23 yanvar 23:44
- Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
23 yanvar 22:50
- Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
23 yanvar 22:39
- O qadın istintaqda bütün işgəncələrə dözərək heç bir ifadə vermədi...
23 yanvar 22:19
- Kimə banan yemək olmaz?
23 yanvar 21:51
- Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir - Fəxri Uğurlu
23 yanvar 21:38
- YENİ nəhəng planet kəşf edildi
23 yanvar 21:30
- Türkiyə vətəndаşı: Türkmənistan prezidentindən xahiş edirəm ki, həyat yoldaşımın qaytarın...
23 yanvar 21:18
- Universitet vergilərini vaxtında ödəməyib
23 yanvar 21:04
- Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 yanvar 20:03
- Şəmsi Səmədzadə həbsi ilə bağlı ilk dəfə DANIŞDI -VİDEO
23 yanvar 19:48
- Naxçıvanda molla həbs edilib - Məscidi təmizləyən 14 yaşlı qıza qarşı əxlaqsızlıq...
23 yanvar 18:29
- Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələr mərhələsində
23 yanvar 16:34
- Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis olunacaq
23 yanvar 15:06
- Ardıcıl 7 gün dərs olmayacaq
23 yanvar 14:48
- İlham Əliyev Ərdoğana zəng etdi (YENİLƏNİB)
23 yanvar 14:23
- Veysəloğlu daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
23 yanvar 12:28
- Özlərini 12-ci mərtəbədən belə atıblar - Yanğın faciəsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı
23 yanvar 12:17
- Bandotdel-in tutduğu kanal rəhbəri bu vəzifəli şəxsin qardaşı oğludur - FOTO
22 yanvar 13:11
- Nazarbayevin TАNRI elan edilməsini təklif etdi - tutuldu
22 yanvar 12:57
- İraqda 9 yaşlı qızlarla nikaha icazə verildi
22 yanvar 12:35
- Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... - (FOTO)
22 yanvar 12:21
- 76 nəfər öldü və yanğına görə hotel sahibi saxlanıldı
22 yanvar 11:36
- Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edildi
22 yanvar 00:06
- Türkiyədə matəm elan olundu
21 yanvar 23:55
- Elşad Musayev Türkiyə xalqına başsağlığı verdi
21 yanvar 23:12
- İlyas İsmayılov komaya düşdü
21 yanvar 22:53
- Türkiyədə hoteldəki yanğında 66 nəfər öldü, 51 nəfər yaralandı
21 yanvar 19:02
- Naxçıvanda donuzların KÖKÜ KƏSİLİB – Rəsmi statistika
21 yanvar 18:16