Tanınmış ziyalı Baş Prokurora MÜRACİƏT etdi
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına. 230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi Comərdov Elxas Səfi oğlu tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ.
Hörmətli Cənab Baş Prokuror ! Düz bir ildən yuxarıdır ki, mən Sizə müraciət edirəm. Düz bir ildən yuxarıdır ki, mən haqqımı, pozulmuş hüqumu bərpa etmək üçün Sizdən xahiş edirəm. Amma, deyəsən Sizin rəhbərliyiniz altında çalışan əməkdaşlar, xüsusilə məktublarımı Sizdən gizlədənlər, mənim haqq işimi ya bilərəkdən Sizə çatdırmayır, yada, hər mənim Sizə müraciətimdən DİVİTENT götürürlər. Çünki, qarşı tərəfin, təqsirləndirilən şəxsin vəkili, ola bilsin dolayısı ilə bizim adımızdan dediyi, məhkəmə qərarında da qeyd edilmiş, - "80000 (səksən min) manat bu iş üçün pul xərcləyiblər"- fikiri artıq öz təsdiqini tapır deyə, bu işi ciddi-cəhdlə Sizdən gizləyirlər. Yoxsa, hər şey, hüquq mühafizə orqanlarınızın özlərinin topladığı materiallarda təkzibedilməz sübutlar ortada ola-ola, bu iş belə qərəzli aparılmadı, nə də bu qədər uzana bilməzdi. Hələ bu ağır cinayəti törətmiş şəxsi mühafizə edib, tutulmasına imkan verməyib, İndidə məhkəmədə 44 günlük Vətən Müharibəsində olmasına dair arayışın olması gərəkliyini dilə gətirməzdilər. Düzdü, onlar bunu da ala bilərlər, hətda, istəsələr 1941 - 45 - ci ilində döyüşlərində iştirakına dair arayışda gətirə bilərlər. Necə olur, xəstəxana kağızına ürək tərəfdən, 8 - 9qabırğa arasından 2 bıçaq dəydiyi yazılır, amma ekspert rəyində bir bıçaq yazır, həmdə 8 - 9 - cu qabırğası arasından dəymiş bıçaqı daxilə nüfuz edən yox, qarına nüfuz edən yazdırırlar. Maraqlıdı...? Mən Sizə yuuxarda qeyd etdiyim cinayət işinin içərisindəki sübutlar və CM-nin, CPM-nin bu əmələ dair maddələri ilə məsələni aydınlaşdıracam. Onuda vurğulayım ki, bu işdə haqq - ədalət bərpa olunana qədər mübarizəmi aparacam. Prosessual rəhbərliyi həyata keçirən prokurorlar, MÜSTƏNTİQLƏR daha böyük cinayətlər edib, bu işi sifarişə uyğun düzüb - qoşub, özləri cinayət etməkləri bir yana, ekspert, həkim, indi də hakimi özlərinə şərik etməzdilər. Bu biabırçılığı ölkədən kənara çıxarmaqla da olsa belə, mən hüquqlarımı bərpa etdirəcəm. İndi isə Sizin nəzərinizə cinayət işinin içindəki sübutları və həyatımızın idarə olunmasında vacib rol oynayan, Azərbaycan Respublikasının CM-nə və CPM-nə necə uyğunluğunu nəzərinizə çatdıracam. Hörmətli Kamran müəllim ! Azyaşlı (16 yaş) nəvəm Beybudov Elcan Elgün oğluna qarşı, 03.08.2023-cü il tarixdə, tanışı, təqsirləndirilən şəxs Vüsal Laçın oğlu Mayılov tərəfindən, sol qolunun altından, ürək nahiyyəsi tərəfdən, 8 - 9 - cu qabırğalararasından 2 bıçaq, ümulikdə daxilə nüfuz etmiş, (qarın nahiyəsində bıçaq xəsarəti olmayıb, heç bıçaq cızığı da belə yox idi) ümumilikdə 4 bıçaq xəsarəti yetirilmişdir. Bu cinayət hadisəsi ilə bağlı, 06.08.2023-cü il tarixdə, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Hansı ki, həmin cinayət əməli, toplanan cinayət işinin materiallarının içində olan ifadələrə və digər sübutlarla istinad etsək görərik ki, bu cinayət əməli həmin məcəllənin 29 və eyni zamanda 120.2.4 maddəsinə tövsif edilib araşdırılmalı idi. Amma, prosessual rəhbərliyi həyata keçirən prokuror və MÜSTƏNTİQLƏR, bu cinayət əməlini, ciddi qanun pozuntuları ilə aparıb, hətda digərlərini də (ekspertləri, həkimləri) cinayət etməyə cəlb edib ciddi saxtalaşma apardılar. Bundan əlavə hadisədə istifadə olunan soyuq silah bıçaq işin içindən çıxarılır, dəyişdirilir, xəstəxanada zərəçəkənin paltarı itirilir, götürülmür, TŞ və həmin ərazidə olan obyekt və evlərin video-müşahidə kamera görüntüləri çıxarılmadı və şahidlər birtərəfli qaydada dindirildi, üzləşmə birtərəfli qaydada aparıldı. Bütün bu prosessual pozuntularda sonra, çoxsaylı müraciətlərimizə, guya baxırlar görüntüsü yaratmaq üçün maddəni ağırlaşırdıq deyib, bu cinayət əməlini CM-nin 126.2.4 və eyni zamanda həmin məcəllənin 221.3 maddəsinə dəyişdirilərək apardılar. Nəhayət, 6 aydan sonra bu cinayət işi Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən alınıb, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsinə verildi. Nəticədə heç nə dəyişmədi. Ona görə yox ki, burada cinayət əməli əvvəl tövsif edildiyi kimi düzgün olaraq aparılırdı, yox. Ona görə ki, təqsirləndirilən şəxsin vəkilinin bizim adımızdan dediyi 80000 ( səksən min) manat deyəsən öz işini görürdü. Belə olmasa idi, 11 ay davam edən, sifarişlə, qərəzli ibtidai istintaqı aparılan bu cinayət işi, bir çox qanun və prosessual pozuntularla davam etdirilib, alayarımçıq, tamamlanmamış ittiham aktı tərtib edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməzdi. Ağır Cinayətlər Məhkəməsinə göndərilən bu cinayət işi, 11 ayda toplanan, cinayət işinin içində olan kobud qanun pozuntuları, təkcə CPM-nin 303. 3. 6-maddəsinin tələbinə uyğun xitam verilib geri, Prokurorluğa qaytarılmalı idi. Çünki həmin, 303.3.6-ci maddədə deyilir ki, - Cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması ; - işə xitam verib, Prokurorluğa qaytarılmalıdır. Həqiqətən toplanan, amma ona əməl edilməyən, 290.3.2-ci ciddi surətdə pozaraq aparılan, gizlədilən sübutlar bu maddələrin tələblərinə uyğundur. 303.3.6-ci cı maddənin içində istinad olunan 289.3.1 və 290.3.2-ci bu tələbi özündə ehtiva edir. İndi baxaq görək CPM-nin 289.3.1 - maddəsi nə deyir...? Və cinayət işinin içində toplanan materiallar nə...? Maddə 289. 3.1. Cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ; Cinayət işinin içində, təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması zamanı, onun əli ilə işarə edərək göstərdiyi zamanı çəkilən şəkildəki yer arasında, müstəntiqlərin hadisə yeri kimi təsvir etdiyi yer arasında 1 (bir) kilometrdən çox məsafə olduğundan ; Təqsirləndirilən şəxsin özünün ifadəsində 22 :05 işdən çıxıb, evə gedərkən göstərməsi, müstəntiqlərin 22 radələrində yazıb, bu Məcəllənin 7.0. 35 - in pozulmasını. Birbaşa ürək nahiyyəsi tərəfdən arda-arda, daxilə nüfuz etmiş, sol qolunun altından, ürək nahiyyəsi tərəfdən 8 - 9 - cu qabırğalararasından 2 bıçaq zərbəsinin olması, ümumilikdə 4 bıçaq xəsarəti yetirilməsi ;(bir bıçaq 5 - 6 - qabırğalarasına, bir bıçaq özün müdafiə edərkən, göstərdiyi müqavimət nəticəsində qoluna) İnsan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələməsi, ağır cərrahiyyə əməliyyatına məruz qoyulması ; Maddə 290.3.2. Öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktı təsdiq etmək ; Bütün bunlar, yəni CPM-nin məcəllənin 290.3.2-ci maddəsinin təsdiqini cinayət işinin içindəki ifadələrlə öz sübutunu göstərir. Yəqin ki, əlavə sübuta ehtiyac yeri qalmır. Təqsirləndirilən şəxsin özü, müxtəlif vaxtlarda ibtidai istintaq zamanı verdiyi ifadələrində bunları təsdiq edir. Məsələn ; - Təqsirləndirilən şəxs 06.08.2023 - ci il saat 11-05-də başlayıb, 12-10-da tamamladığı və 4 ay sonra, 29.11.2023 - cü il 11-35-də başlayıb, 12-05-də qurtaran, eynən təkrarladığı ifadəsində yazır ki, - "tanışlarla demişdim ki, - "zərərçəkəni (yəni - oğlumu) harada görsəniz mənə bildirin". Bunu, hadisədə adı şahid kimi keçən şəxs də öz səs yazısında və sonra verdiyi ifadəsində olduğu kimi, eynən təsdiq edir. Məsələn ; - şahid səs yazısında və ifadəsində deyir - "təqsirləndirilən şəxs,- " iki barmağın bıçaqın ağzına sürtərək, Elcanı gözləyir, Elcan üçün itləmişəm" - səs yazısı və eləcə, 30. 09. 2023-cü ildə saat 17-40 - da başlayıb, 18 - 25 - tamamladığı ifadəsi... Bütün bu ifadədə deyilən əməllər AR-nin CM 28.1 maddəsinin tərkibini yaradır...? AR CM-i, Maddə 28.1 ; - Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Azərbaycan Respublikasının CM-nin 27.3 - cü maddəsində, bu kimi cinayətlərə görə açıq aydın yazırılır ; - Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Bəs CM-nin 29 - cu maddəsi nə deyir...? AR-nin CM - Maddə 29 ; - Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Hörmətli Baş Prokuror ! Bu maddənin tələbi ilə, cinayət işinin içindəki, məhz Sizin istintaqçılar tərəfindən toplanmış təkzib edilməsi sübutlarla, Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət əməli düzgün tövsif edilib, yoxsa gətirdiyim sübutlar...? Hörmətli Kamran müəllim ! Bərbad halda, məqsədli şəkildə, qərəzli aparılan bu cinayət işinin belə aparılması dövlət adına, elə məhz ölkənin hüquq-mühafizə orqanları adına bir utancdır. Vəkilin dolayısı ilə dediyinin təsdiqidir. Odur ki, Sizdən Xahiş edirəm, tərəfinizdən protes verilsin, bu cinayət işi təkrar istintaqa qaytarılsın. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Əlaqə telefonu (055) 288-05-19, (051) 904-28-73. İmza : Comərdov. E. S 20.09. 2024-cü il.
Oxşar xəbərlər
- Olaf Şolts İlham Əliyevə zəng etdi
10 noyabr 2024 10:13
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
9 noyabr 2024 18:15
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
8 noyabr 2024 18:54
- Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ
8 noyabr 2024 13:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
7 noyabr 2024 17:43
- Qürur və qüdrətin ildönümü: Azərbaycanın zəfər yoluna bir baxış
7 noyabr 2024 17:16
- Prezident Böyükşor-Pirşağı yolunun açılışını etdi - Fotolar - Yenilənib
7 noyabr 2024 14:40
- Harris Trampı TƏBRİK ETDİ
7 noyabr 2024 14:33
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
7 noyabr 2024 14:23
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
6 noyabr 2024 12:00
Xəbər lenti
- OSMANLI İMPERİYASI BU İMİŞ ....
10 noyabr 21:33
- Millət vəkili Əli Məsimli Zəfər Günü bayramı ilə əlaqədar Şəki və Qax şəhərlərində yerləşən Şəhidlər Xiyabanlarını ziyarət etmişdir
10 noyabr 21:05
- Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
10 noyabr 16:43
- İraqda yeni qanun layihəsi- Qızları 9 yaşında ƏRƏ verəcəklər
10 noyabr 16:19
- Mustafa Kamal Atatürkün ANIM günüdür
10 noyabr 12:30
- Olaf Şolts İlham Əliyevə zəng etdi
10 noyabr 10:13
- İLK DƏFƏ! TALİBAN nümayəndələri BAKIYA GƏLİR
10 noyabr 10:01
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
09 noyabr 18:57
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SIYAHI YOXDUR - VİDEO
09 noyabr 18:30
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
09 noyabr 18:15
- BMT Baş katibi həftəsonu Bakıya gəlir
09 noyabr 12:33
- Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
09 noyabr 12:17
- Sadhqulu da COP29-da iştirak edəcək
08 noyabr 21:11
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
08 noyabr 18:54
- Trampın qələbəsi ilə bağlı unikal aksiya – SEKS ORUCU- Kişilərdən İMTİNA EDİN
08 noyabr 18:36
- Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI
08 noyabr 14:36
- Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ
08 noyabr 13:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
07 noyabr 17:43
- Sumqayıtda 300-dən çox ALMAN ƏSİRİN basdırıldığı qəbiristanlıqdan GÖRÜNTÜLƏR - görün kimlər ziyarət edir... VİDEO
07 noyabr 17:27
- Qürur və qüdrətin ildönümü: Azərbaycanın zəfər yoluna bir baxış
07 noyabr 17:16
- Prezident Böyükşor-Pirşağı yolunun açılışını etdi - Fotolar - Yenilənib
07 noyabr 14:40
- Harris Trampı TƏBRİK ETDİ
07 noyabr 14:33
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
07 noyabr 14:23
- SON DƏQİQƏ - Tramp ABŞ-ın yeni, 47-ci prezidenti OLDU
06 noyabr 12:07
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
06 noyabr 12:00
- DANIŞIR BAKI
06 noyabr 11:47
- Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü BAŞLADI - FOTOLAR
06 noyabr 11:23
- ABŞ-ın prezidentləri: İndiyə qədər seçilənlər və onların iqtidar dövrləri - TAM SİYAHI
05 noyabr 11:07
- Ərdoğan Qırğızıstandadır - Fotolar
05 noyabr 10:51
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
05 noyabr 10:37
Video & Fotoqalereya
Video
Fotoqalereya