Qorxu və qisas
Region20 mart 2025 23:45

705-ci ilin Konstantinopolu. 10 il əvvəl devrilmiş imperator Yustinian yenidən hakimiyyətə qayıtmaq üçün şəhərə hücum çəkib. Paytaxt əhalisi onun təslim olmaq təklifini saymazlıq və kinayə ilə qarşılayır. Şəhər divarlarından söyüş və təhqirlər yağdırır, "Burunsuz, rədd ol get!” qışqırırlar.
10 il əvvəl sərkərdə Leonti onu devirib burnunu və dilini kəsdirmiş, ancaq öldürməyib sürgünə - Krıma göndərmişdi. O vaxtdan da Yustinian çevrilib "Rinotmet”, yəni "Burunsuz” olmuşdu.
Rinotmetin sürgündə ilk işi özünün zahiri görkəminə əl gəzdirmək olur - qızıldan süni burun sifariş edir. Sonra xəzərlərdən və bolqar xanından kömək istəyir. Dilsiz-ağızsız Yustinian onlarla ümumi dil tapmağa nail olur. Və budur, Yustinian muzdlulardan ibarət dəstəsi ilə Konstantinopola qayıdır.
Qüvvəsi az, ümumxalq nifrətinin obyekti olan Yustinianın qalib gəlmək şansı illüzor görünür. Ancaq o, hiyləyə əl atır - köhnə, işləməyən su kəmərinə enən muzdlular şəhərə daxil olur, Yustiniana sədaqətini saxlamış adamları tapır və onları şəhər qapılarını açmağa razı salırlar. Şəhər əhalisi səhər oyananda küçələrdə bolqar muzdluları ilə qarşılaşır. Yaranan böyük panika və qəfillik Yustiniana qələbə qazandırır. Bizans da, düşmənləri də onun ayaqları altındadır. Təhqirlərlə dolu 10 ilin qisasını almağa başlamaq olar.
Vaxtilə onu devirən Leontini də artıq Tiveri deviib. Yustinian hər ikisini saraya gətizdirir, yerə yıxaraq hər ayağını birinin başının üzərinə qoyur və bu pozada ziyafət verir.
Sonra onun əmri ilə şəhərin məşhur əyanları qonaq çağırılır. Əyanlar bunu xoşbəxt işarə sayaraq hədiyyələrlə birlikdə sevinc içində saraya toplaşırlar. Yemək qablarında isə onlara övladlarının bişirilmiş bədən hissələri təqdim edilir. Kim yeməsə, dərhal edam olunacaqdı. Yeyirlər və bir azdan edam olunurlar.
Rinotmetin ən dəhşətli müraciəti isə sadə xalqa ünvanlanmışdı. Bu, qisasın apofeozu idi. Onun əmrinə görə, şəhərdə olmadığı illərdə kim əleyhinə danışıbsa, həmin şəxslərin kəsilmiş başını gətirən hər kəsə qızıl vəd olunur. Və Konstantinopol tarixinin ən murdar epizodlarından biri baş verir.
Səhər tezdən sarayın qarşısında ucsuz-bucaqsız növbələr yaranır. Hər kəs belindəki kisədə insan başı gətirərək bəxşiş növbəsinə düzülür. Burada kimlər yox idi?! Oğul atasının, qardaş qardaşın, ata oğlunun, qonşu qonşunun... başını gətirib gəlmişdi. Kimin kimdə qisası vardısa, öldurmüşdü. Kimə pul lazımdısa, qatilə çevrilmişdi. Kim bu vakxanaliyada iştirak etmirdisə, avtomatik olaraq şübhəli şəxs siyahısına düşürdü. Odur ki, heyvani qorxu və qeyri-loyal sayılmaq təhlükəsi bütün toplumu çulğayaraq qoca şəhəri kütləvi qətllər məkanına çevirmişdi. Burunsuz və dilsiz Yustinian nifrətini bu yolla ifadə etmiş, qisasını bu üsulla almışdı. Kütlə ona bu şəraiti tərəddüd etmədən və asanlıqla yaratmışdı.
Üstündən 6 il keçəcək, 711-ci ilin dekabrında elə həmin kütlə tərəfindən Yustinian qətlə yetiriləcək, başı kəsilib payaya keçiriləcək, bədəni dənizə atılacaqdı. Kütlə onun 5 yaşlı oğlunu da bağışlamayacaq, nənəsi imperatriçə Anastasiyanın əlindən alaraq öldürəcəkdi. Yustinianın öldürülməsi ilə tarixdə 20 illik anarxiya adlanan dövr başlayacaq, 5 ildə 5 imperator bir-birini əvəzləyəcəkdi.
Absurd, ancaq fakt: Ellada pravoslav kilsəsi bir neçə il əvvəl Yustinian Rinotmeti övliyəlar siyahısına keçirərək onu müqəddəs elan edib.
***
"Mədəniyyət közərmiş vulkan üzərində nazik alma qabığıdır”, - Fridrix Nitsşe yazırdı. Bu, həm də yüksək dəyərlərin kobud güc qarşısında necə kövrək, zəif və zərif olduğunun obrazlı ifadəsidir.
Toplumu xroniki olaraq ekstremal şəraitdə saxlayanda mənəviyyat arxa plana keçir və şərin banallığı fərdləri qisasla qorxunun əlində əsir qalan bioloji varlığa çevirir.
Dövrlər dəyişib mexanizmlər və zahiri mənzərə dəyişə bilər, ancaq mahiyyət eyni olaraq qalır. Rinotmet dövrünün Konstantinopolundakı mənzərə ilə 21-ci əsrdə baş verənlər sırf texniki cəhətdən, ya da qisas və qorxunun dozasına görə fərqlənə bilər, ancaq təbiətiinə görə də, nəticələrinə görə də bənzərdir.
Tramp tərəfdarlarının Kapitoliyə hücumundan sonra minlərlə adam o hadisəyə dəxli olmayan şəxslər barədə donoslar yazıb pul mükafatı aldı. Bununla həm öz qisaslarını gerçəkləşdirdi, həm də loyallıqlarını göstərərək şübhəlilər siyahısına düşmək qorxularına üstün gəldilər.
Argentinada təqaüdçülərin polis tərəfindən döyülməsinə biganə qala bilməyən futbol azarkeşləri küçə döyüşlərinə çıxdı. Hazırda onların adlarını və yerini xəbər verəcək hər kəsə pul mukafatı vəd olunub. Reaksiya özünü gecikdirmədi - donosların sayı-hesabı yoxdur.
Saytlarda həmkarlarını ləkələyən jurnalistlər, sosial şəbəkələrdə başqalarını "Vətən xaini” çıxaran "aktivistlər”, bir-birini hər şeydə ittiham edən "yazıçı və şairlər” mahiyyətcə Konstantinopolda pul üçün növbəyə düzülmüş o qatillərin qan qohumları və ruh oxşarlarıdır. Öz qorxu və qisas hisslərini ən ekzotik dekorasiiyalarla gizlətməkləri isə onları ikiqat eybəcər edir.
Yeganə fərq ondadır ki, təlqin olunan qorxu və qisasın dozası daha birbırçı ssenariləri tələb etmir. Tələb olsa, təklik də yaranacaq...
Məmməd Süleymanov
Oxşar xəbərlər
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Atatürkün partiyasını oğruların ixtiyarına veriblər - Ərdoğan
23 mart 2025 01:14
- Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart...
22 mart 2025 22:39
- İmamoğlunun polisə verdiyi ifadəsi - Suallar və cavablar
22 mart 2025 19:55
- Qaralov və Usubovun gizli həyatı... – Ölkədən çıxış qadağası qoyulub?
18 mart 2025 08:50
- Berinq boğazında qırğın - çukçalar və eskimoslar ABŞ və SSRİ-ni müharibə vəziyyətinə gətiribmiş
17 mart 2025 13:19
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
8 mart 2025 16:26
- 50 yaşlı qadını öldürən məktəbliyə - 10 il cəza
4 mart 2025 11:11
- Sələmçini öldürən hərbçiyə hökm oxundu: Qərar dəyişdi - TƏFƏRRÜAT
27 fevral 2025 12:40
- Hüseyn Abdullayevə hökm oxundu
27 fevral 2025 11:27
Xəbər lenti
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 00:27
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 00:16
- Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
27 mart 23:47
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 23:40
- Prezident Ağdam səfərindən paylaşım etdi
27 mart 23:25
- Qrenlandiya bizə lazımdır
27 mart 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 22:50
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 22:38
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 22:18
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 22:09
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 21:44
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 21:12
- Prezident və Birinci xanımın Sarıcalıdan YENİ GÖRÜNTÜLƏRİ
27 mart 20:55
- Millimiz 10 : 2 hesabı ilə uduzdu
26 mart 22:53
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 22:24
- Eks- deputаt Hacı Qalib 55-ci dəfə Həccə getdi
26 mart 21:42
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 21:08
- Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını müzakirə etməyə hazırdır
26 mart 17:33
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 17:24
- Tramp Ərdoğanı tərifləyib....
26 mart 16:53
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 16:31
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 16:22
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 15:57
- -Əl uzadıb görüşmək- adətinin kökü, yəni Silahsız olduğunu göstərmək...
26 mart 15:39
- Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq
26 mart 15:25
- Yararsız və bahalı: Ən pis diş pastaları BƏLLİ OLDU- ONLARI ENDİRİMLƏ DƏ ALMAYIN
26 mart 15:14
- -Hər şey gözəl olacaq- şüarının müəllifi həbs edildi – Məşhurlardan etiraz
26 mart 14:56
- 24 yaşlı oğlan həmin 13 yaşlı ilə bir evdə yaşayır – Kəmalə Ağazadə
26 mart 14:39
- SON DƏQİQƏ! Ərdoğandan müxalifətə SƏRT MESAJLAR
26 mart 14:15
Video & Fotoqalereya
Video
Fotoqalereya