Azərbaycan : ixrac 24 MILYАRD , idxаl 19 MİLYАRD
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, 120 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.
Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 42813,7 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 24042,0 milyon dollarını və ya 56,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 18771,7 milyon dollarını (43,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5270,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1 faiz, o cümlədən ixrac 5,4 faiz azalıb, idxal isə 0,6 faiz artıb.
2024-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 1,9 faiz artıb, real ifadədə isə 11,0 faiz azalıb.
Ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 13,0 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,9 faizi Çin, 3,5 faizi ABŞ, 3,3 faizi Almaniya, 2,8 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,2 faizi Hindistan, 2,0 faizi Xorvatiya, 1,8 faizi İsrail, 1,7 faizi Gürcüstan, hər biri 1,5 faiz olmaqla Bolqarıstan, Portuqaliya və Birləşmiş Krallıq, 1,4 faizi İran, 1,3 faizi Yunanıstan, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarus, hər biri 1,0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Ukrayna, 12,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 40,4 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,6 faizini Xorvatiyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faizini Almaniyaya, 2,6 faizini Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Bolqarıstan və Gürcüstana, 2,1 faizini Yunanıstana, 1,7 faizini Rumıniyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 1,0 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla İndoneziya, Serbiya, İspaniya və Ukraynaya, 5,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,2 faiz), İsveçrəyə (6,3 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,4 faiz), Türkmənistana (2,4 faiz), Omana (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,0 faizi Çin, 17,6 faizi Rusiya, 11,2 faizi Türkiyə, 7,3 faizi ABŞ, 6,4 faizi Avstraliya, 4,0 faizi Almaniya, 3,0 faizi İran, 2,5 faizi İtaliya, 2,2 faizi Belarus, 2,0 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Türkmənistan, 1,4 faizi Ukrayna, 1,3 faizi Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqla Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,9 faiz olmaqla Braziliya və Kanada, 11,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 1,9 faiz, şəkər – 62,3 faiz, tütün – 3,1 dəfə, meyvə və tərəvəz konservləri – 14,3 faiz, bitki yağları – 72,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 63,0 faiz, çay – 4,5 faiz, pambıq lifi – 81,7 faiz, mineral gübrələr – 68,6 faiz, pambıq ipliyi – 0,8 faiz, bentonit gili – 34,3 faiz artıb, təzə meyvə ixracı isə 2,0 faiz, kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 6,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 41,9 faiz, polipropilen – 24,0 faiz, polietilen – 18,3 faiz, elektrik enerjisi – 55,5 faiz, emal olunmamış alüminium – 16,6 faiz, sement klinkerləri – 2,3 faiz, qara metallardan çubuqlar – 4,1 faiz, qara metallardan borular – 8,9 faiz azalıb.
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-noyabr aylarında buğda idxalı 2,0 faiz, təzə meyvə – 23,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 77,0 faiz, bitki yağları – 15,3 faiz, xam şəkər – 4,2 faiz, unlu qənnadı məmulatları – 11,0 faiz, şokolad və şokolad məhsulları – 10,7 faiz, çay – 3,3 faiz, quş əti və onun əlavə məhsulları – 39,6 faiz, mal əti – 55,3 faiz, təzə tərəvəz – 58,4 faiz, hesablama maşınları, blok və qurğuları – 23,4 faiz, yük avtomobilləri – 18,3 faiz, mebellər – 40,5 faiz, sintetik yuyucu vasitələr – 9,3 faiz, qara metallardan çubuqlar – 66,4 faiz, məişət kondisionerləri – 44,1 faiz, mineral gübrələr – 18,7 faiz, avtobuslar – 3,3 dəfə, paltaryuyan maşınlar – 2,1 faiz, polipropilen – 22,8 faiz, sement – 0,3 faiz artıb, kartof idxalı isə 19,9 faiz, siqaretlər – 75,3 faiz, minik avtomobilləri – 9,1 faiz, dərman vasitələri – 25,8 faiz, polad prokatı – 6,5 faiz, qara metallardan borular – 10,3 faiz, rezin şinlər – 5,8 faiz, polietilen – 12,9 faiz, qara metallardan künclüklər – 13,0 faiz, məişət soyuducuları – 4,2 faiz azalıb.
- Daşaltı əməliyyatından 33 il ötür
26 yanvar 2025 00:49
- Məşhur azərbaycanlı aşpaz DƏVƏQUŞUNU belə bişirdi - VİDEO
26 yanvar 2025 00:02
- Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı
25 yanvar 2025 22:28
- İndoneziya prezidenti və tərcüməçi qızın Bakıda eşq macərası – DTK-nın maneçiliyi
25 yanvar 2025 20:13
- YUTUB KANALINDA YENİ VERİLİŞ
25 yanvar 2025 13:49
- Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı
25 yanvar 2025 13:36
- Azərbaycanın ordu rəhbərliyində yeni vəzifə
25 yanvar 2025 12:11
- Ərəblər Biləsuvarda - Qırmızı Kitab -a düşən quşları ovlayırlar? (VİDEO)
25 yanvar 2025 00:37
- Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
24 yanvar 2025 22:23
- Bakcell -İnnovasiyalarla Müxtəlifliyə Doğru- tədbirinə dəstək oldu
24 yanvar 2025 13:43
- Daşaltı əməliyyatından 33 il ötür
26 yanvar 00:49
- Ərdoğan Xocalıya səfər edəcək
26 yanvar 00:38
- Məşhur azərbaycanlı aşpaz DƏVƏQUŞUNU belə bişirdi - VİDEO
26 yanvar 00:00
- Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı
25 yanvar 22:28
- 733 min məktəbli ABŞ-dan deportasiya oluna bilər
25 yanvar 20:48
- İndoneziya prezidenti və tərcüməçi qızın Bakıda eşq macərası – DTK-nın maneçiliyi
25 yanvar 20:13
- HƏMAS 477 gün əsir saxladığı 4 israilli qadını geri qaytardı
25 yanvar 19:33
- YUTUB KANALINDA YENİ VERİLİŞ
25 yanvar 13:49
- Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı
25 yanvar 13:36
- Qazi dağda ov tüfəngindən açılan atəşlə ölübmüş - Yenilənib
25 yanvar 12:53
- Azərbaycanın ordu rəhbərliyində yeni vəzifə
25 yanvar 12:11
- Ərəblər Biləsuvarda - Qırmızı Kitab -a düşən quşları ovlayırlar? (VİDEO)
25 yanvar 00:37
- Nazir İlkin Hüseynova vəzifə verdi
24 yanvar 23:17
- Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
24 yanvar 22:22
- FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb
24 yanvar 17:09
- Bank BTB yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir – Faktlar
24 yanvar 14:42
- Bakcell -İnnovasiyalarla Müxtəlifliyə Doğru- tədbirinə dəstək oldu
24 yanvar 13:43
- Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO
24 yanvar 13:10
- 24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş...
24 yanvar 12:06
- Rüşvət alan hakim məhkəmə zalında həbs edildi
24 yanvar 00:32
- Mərasim evlərində qiymətlər - 4 000 manata menyu
23 yanvar 23:44
- Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
23 yanvar 22:50
- Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
23 yanvar 22:39
- O qadın istintaqda bütün işgəncələrə dözərək heç bir ifadə vermədi...
23 yanvar 22:19
- Kimə banan yemək olmaz?
23 yanvar 21:51
- Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir - Fəxri Uğurlu
23 yanvar 21:38
- YENİ nəhəng planet kəşf edildi
23 yanvar 21:30
- Türkiyə vətəndаşı: Türkmənistan prezidentindən xahiş edirəm ki, həyat yoldaşımın qaytarın...
23 yanvar 21:18
- Universitet vergilərini vaxtında ödəməyib
23 yanvar 21:04
- Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 yanvar 20:03