Deputat Əli Məsimli Qax rayonunun İlisu kəndində seçicilərlə görüş və qəbul keçirdi
İqtisadiyyat27 oktyabr 2024 18:39
26 oktyabr 2024-cü ildə Milli Məclisin deputatı Əli Məsimli Qax rayonunun İlisu kəndində seçicilərlə görüş və qəbul keçirdi.
Öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Sonra millət vəkili VII çağırış Milli Məclisin ilk iclasında Azərbaycan prezidenti İlham Əliyevin çıxışının əsas məqamlarını diqqətə çatdırdı.Bu kontekstdə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildikdən sonra Azərbaycana qarşı artan xətlə gedən təzyiqlərə, xüsusən də Avropa İttifaqının Azərbaycana haqda son qətnaməsinə münasibət bildirdi.Geosiyasi qarşıdurmaların kəskinləşdiyi bir dövrdə Azərbaycana təzyiqlərin getdikcə gücləndiyi bir şəraitdə hərbi qüdrətimizin artırılması və təhlükəsizliyimizin təminatınn daha da gücləndirilməsi,eləcə də Böyük Qayıdışın sürətləndirilməsi istiqamətində görülən işlər və əhalinin güzaranının yaxşılaşdırılmasının zəruriliyi məsələlərinə toxundu.
Daha sonra Əli Məsimli VII çağırış Milli Məclisin işə başladığı müddətdən keçən ilk ay ərzində gördüyü işlər barədə məlumat verdi.Deputat seçicilərin Qax kəndlərinin qazlaşdırılması ilə bağlı müraciətləri əsasında AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşu,eləcə də Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanununun layihəsinin müzakirəsi zamanaı Milli Məclisin plenar iclasında etdiyi çıxış əsas məqamları,həmçinin Qaxda,eləcə də İlisuda formalaşacaq yeni bələdiyyələrin əhatə dairəsi barədə məlumat verdi.Əli Məsimli bildirdi ki,bələdiyyələrin birləşdirilməsi sahəsində ən radikal addımalardan biri Qax rayonunda həyata keçiriləcək.Bələdiyyələrin birləşməsi bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yükəldilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.Həmin hədəflərə nail olmaqdan ötrü bələdiyyələrin birləşməsi istiqamətində atılan addımlar mütləq onların səlahiyyətlərinin artırəlması və müstəqilliyinin təmin edilməsi ilə tamamlanmalıdır.Bələdiyyələrin maliyyə imkanlarını genişləndirilməlidir. Bundan ötrü bələdiyyələrə dövlət dəstəyi ilə yanaşı,çoxmənbəli maliyyələşdirmə mexanizmləri yaradılması sisteminə keçid tezləşdirilməliidr.Yerli özünüidarəetmə orqanlarının dayanıqlı gəlir mənbələri əldə etməsi, sahibkarlığın inkişafı, həmçinin əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakının genişləndirilməsi istiqamətində təsirli tədbirlər görülməlidir.Bələdiyyə müəssisələrinin, xüsusəndə regionlarda, kənd yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı, təmir-tikinti və sair bu kimi istiqamətlərdə bələdiyyə müəssisələrinin yaradılmasının dairəsinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməlidir. Bələdiyyə mülkiyyətindən istifadənin səmərəliliyini artırmaq üçün xüsusi məqsədli proqram sənədləri hazırlayıb həyata keçirmək lazımdır.Eyni zamanda perspektiv planlar hazırlanan zaman hər ailəyə 5-6 sot torpaq verilməsi ilə yanaşı,çoxmərtəbəli binaların tikilməsi də əsas hədəf kimi götürülməlidir.Çünki, torpaq fondu tükənən resursdur və zaman gələcək ki, fərdi yaşayış üçün ev tikməyə verilməyə torpaq qalmayacaq, məcbur olaraq kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə etməli olacağıq.Bunun da nəticəsində həm qida təhlükəsizliyi ilə bağlı, həm də ki, mənzillə bağlı ciddi problemlər yaşayacağıq. Yerli problemlərin optimal həll yollarının tapılması üçün bu problemlərə daha yaxından bələd olan bələdiyyələrdən gələn təkliflərini sistemləşdirmək və öz təyinatı üzrə istifadə etmək lazımdır.Bundan ötrü həm də qarşıdan gələn bələdiyyə seçkiləri zamanı perspektivli yerli kadrların,yəni yerli problemləri həll etməyə qadir insanların xeyli hissəsini bələdiyyələrə cəlb etmək lazımdır.
Əli Məsimli bildirdi ki, ona olan çoxsaylı müraciətlərə əsaslanaraq pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsinin yaratdığı problemlərin optimal həllinə nail olmaqdan ötrü mətbuat vasitısi ilə Dövlət Sosial Müdafiə Fonduna eləcə də krediti olan pensiyaçılardan Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etməsi, onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi tətbiq etməməsi barədə müracit etdiyini bildirdi.Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin.Əli Məsimlinin etdi bu təklif razılıqla qarşılandı.
Bunlarla yanaşı Əli Məsimli bildirdi ki, 2025-ci ilin büdcə zərfi artıq Milli Məclisə daxil olub.Büdcə zərfinin müzakirələri zamanı qaldıracağı məsələlər arasında Qax və Şəkidə məşğulluğun artırılması,Qax və Şəki kəndlərinin qazlaşdırılmasının davam etdirilmsi,yaşa görə müavinət alanların 220 manatlıqlıq müavinətinin artırırılaraq yaşayış minimumuna çatdırılması,80 manatlıq veteran pulunu ən azından 2 dəfə artırılması və sair bu kimi məsələləri qaldırmaq fikrindədir.
Seçicilər İlisunun tarixi-mədəni abadilərinin qorunub saxlanılması istiqamıtində zəruri olan işlər,İlisi kimi dəniz səviyyəsindən çox yüksək hesab olunan dağ kəndlərində qaz limitinin götürülməsi,uşaqpulu və sair bu kimi məsələlər qaldırdılar.Seçicilərin qaldırdığı problemlər və təkliflər dinlənildi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.
Görüşdən sonra qəbula gələn seçicilər dinlənildi, onların qaldırdığı məslələrin bir qismi yerindəcə müvafiq yerli qurumlarla müakirə olunub həlli barədə prinsipial razılığa gəlindi.Operativ həlli mümükün olmayan digər məsələrin həlli ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilməsi üçün qeydiyyata alındı.
Oxşar xəbərlər
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 2024 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 2024 12:09
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 2024 11:50
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 2024 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 2024 17:47
Xəbər lenti
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
Video & Fotoqalereya
Video
Fotoqalereya