Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
Cəmiyyət31 mart 2025 13:09

Bəşəriyyətin mövcud olduğu bütün zamanlarda insanlar inanca sığınaraq özgüvən əldə ediblər. İnanc və iman insanı xeyirxah əməllərə, xoş niyyətlərə, sevgi və mərhəmət göstərməyə sövq edib.
Beləcə inanclar da, niyyətlər də müqəddəsləşib, özünü və kainatı dərk edən hər bir insanın qəlbinə, beyninə, ruhuna köçüb. İndi hər bir bayramın gəlişi qəlblərdə xoş arzular yaradır, düşüncələrdə xeyirxah niyyətlər oyadır. Bayramlar insanlar arasındakı birlik və bərabərliyin, sevgi və hörmətin önə çıxdığı günlərdir. Bayramlar insanların bir-biri ilə qucaqlaşdığı və ən xoş arzularını səmimiyyətlə bir-birinə çatdırdığı günlərdir. Ən xoş niyyətlər və ən səmimi duyğular məhz bayram günlərində dilə gəlir və insanları bir-birinə daha da doğmalaşdırır. Bütün bayramların tacı olan müqəddəs Ramazan bayramı düşüncəsindən və əməlindən asılı olmayaraq hamını birlik və bərabərlik ruhuna kökləyir, insana insanlığı sevməyi, xeyirxah və mərhəmətli olmağı, qəlbləri yalnız xoş niyyətlərlə bəsləməyi öyrədir.
Ramazan bayramı İnsanın Təbiətlə harmonik qovuşmasını və onun bir parçasına çevrilməsini təcəssüm etdirir. Müqəddəs Ramazan Günəşlə gəlir və Günəş kimi ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir. Hər səhər Günəşin üfüqdən boylanması təbiəti canlandırdığı kimi Ramazan bayramının gəlişi də insanların qəlbində xoş ovqat və xoş ümidlər oyadır. İnsanlığın Günəşə ümidi sonsuz olduğu kimi, Ramazan dualarına və niyyətlərinə ümidləri də tükənməzdir. Bütün ümidlərin doğrulması, ruzi-bərəkətin bolluğu, ədalətin təntənəsi isə İnsanın öz inancına, Ali Ədalətin mizan-tərəzisinə inamı və sədaqəti ilə bağlıdır.
Ramazan bayramı bütün insanların bir-biri ilə qovuşduğu bir gündür. Əllərin və qəlblərin açıldığı bu gündə insanlar ürəklərindəki sevgi və mərhəməti, əllərindəki ruzi-bərəkəti bir-biri ilə paylaşır. Həyatda olan və olmayan, yaxında və ya uzaqlarda olan hər bir şəxs öz doğmaları və əzizləri tərəfindən yad edilir, xoş xatirələrlə anılır və beləcə bütün insanlar Müqəddəs Ramazan duaları və diləkləri ilə bir-birinə qovuşur.
Ürəklərdə saf niyyətlərin və xoş diləklərin çağladığı belə bir gündə xalqımızı Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu gözəl bayramın süfrələrə bolluq, düşüncələrə aydınlıq, qəlblərə sevgi və mərhəmət, İnsanlığın həyatına xoşbəxtlik və səadət gətirməsini arzulayıram!
Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025
Oxşar xəbərlər
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
3 aprel 2025 16:42
- Sabahdan iş günləri başlayır
31 mart 2025 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Məkkədə 4 MİLYONdan çox müsəlman bayram namazı qıldı
30 mart 2025 17:06
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
30 mart 2025 16:06
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
Xəbər lenti
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya