Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR

Məncə, Ekrem İmamoğlunun həbs edilməsi yalnız 2028-ci il prezident seçkilərində potensial rəqibin aradan götürülməsi kimi şəxsi məsələ ilə bağlı deyil. Axı seçkilərə azı 2,5 il (2027-ci ildə növbədənkənar keçirilərsə) qalıb. Siyasi oyunlarda böyük təcrübəsi olan Erdoğan bilməmiş deyildi ki, İmamoğlunun bu şəkildə siyasi səhnədən götürülməsi böyük etirazlara səbəb olacaq. Bəs niyə bu addımı atdı?
Gəlin, məsələyə Türkiyənin yalnız içindən baxmayaq.
Bilirsiniz ki, hazırda dünyada trampçılarla (suverenistlərlə) qlobalistlər arasında böyük qarşıdurma var. Trampçılar dünyada azlıqda olsalar da (ABŞ-ın özündə belə onlara qarşı dayanan böyük qlobalist güclər var) ABŞ-ın böyük dövləti gücündən (pul, ordu, xüsusi xidmətlər və s.) istifadə etmək imkanları var. Qlobalistlər isə Aİ-də və Britaniyada hakimiyyətdədirlər. Qlobalistlər daha çoxsaylı olsalar da ABŞ-a qarşı zəif mövqedədirlər (o qədər pulları və güclü orduları yoxdur). Trampçılar və qlobalistlər arasında mübarizənin nəticəsi həm bir çox transmilli korporasiyalar, həm də Avropa ölkələri (Britaniya, Frana, Almaniya, Polşa) üçün həyati məsələdir.
Belə bir vəziyyətdə Avropa birdən-birə Türkiyəni "əzizləməyə" başladı. Avropa liderlərinin (qlobalistlərin) 2 mart London sammitinə Erdoğnın dəvət edilməsi (https://globkom.info/butun-xeberler/abs-ve-avropanin-ukrayna-uzerinde-oynadigi-tragikomik-tamasanin-real-detallari-analiz/) artıq bir siqnal idi: "Bizə qoşul". Erdoğan sammitə Hakan Fidanı göndərdi. Bununla o bildirdi ki, tərəf seçmək istəmir, çünki bu mübarizədə kimin qalib gələcəyinə əmin deyil. Ağıllı addım idi.
Qlobalistlərə isə Türkiyənin onların tərəfinə keçməsi çox vacibdir: Türkiyə NATO-da 2-ci böyük orduya malikdir (əsgər sayına görə-red.). Türkiyəsiz qlobalistlərin trampistlərə məğlub olması labüddür. Buna görə də onlar "kökə" metoduna əl atdılar.
12 martda Polşanın (Britaniyanın nəzarətində olan ölkə) baş naziri Donald Tusk zədəli ayaqla Ankaraya gəldi və bəyan etdi ki, biz Türkiyənin Aİ-yə üzv olmasını dəstəkləyirik. Əlbəttə, o yalnız Polşanın adından danışmırdı. Xatırladıram ki, Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir və onun nə vaxtsa üzv seçiləcəyinə heç kim inanmırdı. İqtisadi vəziyyətinin gündən-günə pisləşdiyi və geosiyasi məsələlərdə Aİ ilə fikir ayrılığının daha da artdığı bir vaxtda Aİ Türkiyəyə qarşı niyə belə "yumşalmalı" idi?!
Bu oyunda "kökə" nədir? 500 milyon nəfərlik premium Aİ bazarı.
Bəs bu "kökə"yə görə Türkiyə nə verməlidir? Öz ordusunu Aİ-nin sərəncamına verməlidir. Aİ isə ondan Ukraynada və Qara dənizdə Rusiyaya qarşı, Qrenlandiyada ABŞ-a qarşı və s. istifadə edə bilməlidir. "Dəvəni toya niyə çağırarlar? Odun daşmağa, su daşımağa."
Türkiyə ordusu onillər boyu ABŞ-ın Orta Şərqdə "dəyənəyi" olmuşdu. Erdoğan uzun mübarizədən sonra bu "dəyənəyi" ABŞ-ın əlindən ala bildi. İndi onu Aİ-nin əlinə verə bilərdimi?!
Erdoğan əvvəllər Türkiyənin Aİ-yə üzv olması üçün çox çalışıb, lakin indi də bunu istəyirmi? Aİ-nin taleyi sual altındadır. Tramp bütün Aİ məhsullarına qarşı aprel ayından azı 25% tarif sanksiyaları tətbiq edəcəyini bəyan edib. Aİ-nin daxili bazarı isə daralmaqda davam edir. Yəni hazırda Aİ üzvlüyü müsbət iqtisadi perspektivlər vəd etmir. Bundan başqa, Aİ-yə üzv olarsa, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır, Kipr və adalar məsələsində Yunanıstana güzəştə getməlidir, Cənubi Qafqaz iddialarından (Fransanın xeyrinə), həmçinin Azərbaycana hərbi-siyasi dəstəkdən əl çəkməlidir, İrana qarşı sanksiyaları dəstəkləməlidir və s.
Aydındır ki, Aİ-nin təklifi Erdoğanı sevindirmədi. Çüman ki, o, Tuska Aİ-nin istədiyi cavabı verməyib. Bəs bu halda Aİ nə etməlidir? Aİ-nin A planı Erdoğanın təklifə razılığını almaq idisə, bunun baş vermədiyi hal üçün B planı da olmalı idi. Rumıniya hadisələri göstərdi ki, qlobalistlər suverenistlərə qarşı hər qanunsuzluğa hazırdırlar: https://globkom.info/butun-xeberler/liberallar-artiq-ozlerini-ifsa-etdi-demokratiya-maskasinin-arxasindaki-seytan-sifeti-faktlar
Yuxarıda qeyd etmişdim ki, bu onlar üçün həyati məsələdir. Lazım gəlsə, siyasi sui-qəsdlərə də gedəcəklər. Bunları da görəcəyik.
Erdoğan başa düşür ki, Aİ-nin "kökəsinə" etiraz etsə, "kötəyini" dadmalı olacaq. Bəs Aİ-nin "kötəyi" nədir? Türkiyənin qərbpərəst, daha doğusu, qlobalist müxalifəti. Erdoğan suverenistlər cərayanına aiddir. Elə bu baxışlarına görə o, qlobalistlər üçün arzuolunan fiqur deyil. Aydındır ki, Erdoğanın Aİ-nin təklifinə qəti etiraz etməsi Gürcüstandakı kimi Ankara, İstanbul və İzmirdə (qlobalistlərin güclü olduğu şəhərlərdə) "Maydan"ların yaranmasına səbəb olacaqdı (Tiflisdə də əhali eyni bahanədən qaldırılmışdı). Ukraynadakı kimi zor yolu ilə hakimiyyəti devirib, İmamoğlunu hakimiyyətə gətirə bilərdilər – onsuz da onun əhali arasında reytinqi yüksəkdir. Onun keçid hökumətinə müvəqqəti rəhbərliyini Aİ tanıyacaqdı. İmamoğlu 3-4 ay sonra növbədənkənar prezident seçkiləri keçirəcək və təbii ki, əhalinin böyük sevinci ilə qalib gələcək və legitim prezident olacaqdı. Buna görə o həm də Aİ-yə minnətdar olacaqdı. Aİ-yə də bu lazım deyildimi?! Türkiyə əsgərləri isə qlobalistlər üçün qurban gedəcəkdi – amma bunu əhali gec anlayacaqdı.
Erdoğan hadisələri qabaqladı – zərbəni birinci endirdi. Potensial "Maydan"ın şəksiz liderini (İmamoğlunu) həm fiziki (həbs), həm də hüquqi (diplomun ləğv edilməsi) zərərsizləşdirdi. "Maydan"a rəhbərlik edə biləcək 2-ci, 3-cü dərəcəli yüzə yaxın liderləri də həbs etdi. Əlbəttə, bunlar qeyri-demokratik, avtoritar addımlar idi. Amma indi harada demokratiya var ki?! Məsələ dövlətin taleyinə gələndə demokratiya yada düşən ən axırıncı məsələ olur.
Soruşa bilərsiniz ki, bəs Erdoğan İmamoğlunun tutulacağı halda baş verə biləcək xalq etirazlarından qorxmurdumu? Məncə, o bunu da planında nəzərə alıb. Xalq etirazları da bütün proseslər kimi entropiya qanuna tabedir: https://www.facebook.com/share/p/15txWno6Px
Yəni təbii halda o yavaş-yavaş sönməlidir. Getdikcə vüsət alması üçün ona kənardan əlavə enerji verilməlidir (süni müdaxilə olmalıdır). "Maydan"larda həmin enerji puldur. İndiyədək "Maydan"ların enerji mənbəyi, əsasən, USAID olmuşdu. USAID artıq ləğv edilib. Tramp da Türkiyədə qlobalistlərin hakimiyyətə gəlməsində maraqlı deyil. Düzdür, Aİ də "Maydan" üçün büdcə ayıra bilər və yəqin ki, ayıracaq, lakin Aİ-nin "Maydan"a USAID qədər büdcə ayırmaq imkanı yoxdur. Yəni Erdoğan ümid edir ki, küçə etirazları uzun çəkməyəcək, əhalinin qəzəbi soyuduqca küçələr boşalacaq.
Asif Şəfəqqətov
P.S. Məsələyə daha da dərindən (ABŞ-ın, Rusiyanın, İsrailin, İranın hadisələrdə rolları və mövqeləri və s.) baxmaq olardı, amma onlar bu məsələdə həm 2-ci planda oynayırlar, həm də o halda yazımız həddən çox uzanardı.
P.P.S. Bu yazıda məqsədim Erdoğana haqq qazandırmaq deyil (mənim də onunla razılaşmadığım çox məqamlar var), Türkiyədə baş verən hadisələrə alternativ baxış təqdim etməkdir.
P.P.P.S. Bu yazımda sadəlik üçün qlobalistlər yazmış, lakin əslində ultraqlobalistləri nəzərdə tutmuşam.
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 2025 13:30
- Bаkıdа HƏBSXАNАDА Planşet, bahalı viski...
26 mart 2025 12:05
- Əli Mirəliyevin var-dövləti üzə çıxdı: İki bağ, Türkiyədə ev, Bakının mərkəzində 3 ev də...
25 mart 2025 18:26
- 80 ildən çox ərinin qayıtmasını gözləyirdi - ÖLDÜ
25 mart 2025 01:35
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46