MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...

Parlamentə yeni düşən partiyalar da Mərkəzi Seçki Komissiyasında təmsilçilik istəyir
2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 68, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.
Partiyasız şəxslər 44 mandat götürüb.
Parlamentin yenilənməsi Mərkəzi Seçki Komissiyasının (MSK) da yenidən formalaşdırılmasını diktə edir.
Prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin referendumların hazırlanmasına və keçirilməsinə məsul MSK-da 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır.
Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Məzahir Pənahov MSK-nın sədri postuna yenidən təyin ediləcək və dekabrda nəzərdə tutulan bələdiyyə seçkilərini də o keçirəcək. MSK-nın üzvlərinin isə tərkibində bəzi dəyişikliklərin olacağı deyilir. Bəzi üzvlər bu dəfə MSK-ya üzv təqdim edilməyəcək.
Parlamentdə yeni təmsilçilik qazanan partiyalar da yeni formalaşdırılacaq seçki komissiyalarında, xüsusən də MSK-da təmsil olunmaq istəyirlər.
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, yeni seçiləcək MSK-da rəhbərlik etdiyi partiyanın da olmasını arzulayır: “MSK-da işləyə biləcək layiqli nümayəndələrimiz var”.
Elşad Musayev
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, yeni parlament formalaşıb: “Seçki komissiyaları yenidən formalaşdırılmayıb. Dekabr ayında isə bələdiyyə seçkiləri keçirilməlidir. Seçkiyə çox az müddət qalıb. Ona görə də görünən budur ki, dekabr ayına planlaşdırılan bələdiyyə seçkilərini də hazırda fəaliyyət göstərən MSK keçirəcək. Bizdə olan məlumata görə, növbəti ilin fevral-mart aylarında seçki komissiyaları yenidən formalaşdırılacaq. İlkin olaraq Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq, sonra isə DSK və məntəqə seçki komissiyalarının formalaşdırılması gündəmdədir. Komissiyaların üçdə bir hissəsi parlamentdə azlıqda olan partiyalar tərəfindən təşkil olunacaq. Həmin üçdə bir hissə hesab edirəm ki, razılaşmalar və ya əvvəlki təcrübədən çıxış edərək püşkatma yolu ilə də müəyyən edilə bilər. Milli İstiqlal Partiyası da yeni parlamentdə mandat qazandığı üçün seçki komissiyalarında təmsilçiliyi olmalıdır. Biz artıq komissiyalarda partiyamızdan kimlər təmsil oluna bilər deyə araşdırmalarımızı aparırıq. Yerli rayon təşkilatlarımıza da bildirmişik ki, DSK-lar və məntəqə seçki komissiyalarına namizədlərini müəyyənləşdirsinlər. Eləcə də MSK-da təmsil olunacağıqsa, partiyanı kimin təmsil edəcəyi ilə bağlı məsələləri partiyanın daxilində müzakirə edib müyyənləşdirmək istiqamətində işlərə start vermişik".
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
7 aprel 2025 13:19
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Yenidən CHP sədri seçildi
6 aprel 2025 17:45
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 2025 21:03
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46