Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
![](https://www.nuh.az/uploads/posts/2024-06/thumbs/big_1719349451_orfu.jpg)
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Ordunun yaradılmasından 106 il ötür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.
Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.
Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu formalaşdırıldı. Ali Baş Komandan Heydər Əliyevin cəbhə bölgələrinə səfərləri də ordu quruculuğunda mühüm mərhələdir.
1994-cü ilin mayında Ermənistanla atəşkəsin əldə olunmasından sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.
Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.
Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü artıq dördüncü ildir ki böyük Zəfərlə qeyd olunur.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən Müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.
Bu gün Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan Ordusunun arsenalında ən güclü müasir silah və texnikalar var. Azərbaycan Silahlı Qüvvələri yeni pilotsuz uçuş aparatlarına, zərbə dronlarına və digər hərbi vasitələrə malikdir.
Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilib. Bundan əlavə, orduda islahatların aparılması, yeni komando briqadalarının yaradılması xalqımızın təhlükəsiz yaşaması naminə ali rəhbərliyin dövlətimizin müdafiəsinə ayırdığı diqqətin göstəricisidir. Ermənistan-Azərbaycan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması da Azərbaycan Ordusunun gücünün göstəricisidir.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Prezident İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.//Report
- İlham Əliyev, Ərdoğan və Şahbaz Şərif arasında üçtərəfli görüş oldu - Fotolar
3 iyul 2024 21:11
- İlham Əliyev Astanaya getdi
3 iyul 2024 12:28
- Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
3 iyul 2024 11:47
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
2 iyul 2024 11:55
- Azərbaycan Polisinin yaranmasından 106 il ötür
2 iyul 2024 00:37
- NAR komandası Breyn Rinq yarışının qalibi oldu
1 iyul 2024 15:24
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
1 iyul 2024 12:48
- İlham Əliyev səfirləri qəbul etdi - Yenilənir
1 iyul 2024 11:19
- Avtobus və metroda gedişhaqqı 50 qəpik oldu
30 iyun 2024 21:26
- BENZİN BAHALAŞDI
30 iyun 2024 20:57
- Yoldaşı vəfat etmiş Cavan Zeynallı tanınmaz hala düşdü (FOTO)
04 iyul 00:03
- Bu yolla qara ciyərinizi təmizləyə bilərsiniz
03 iyul 21:38
- İlham Əliyev, Ərdoğan və Şahbaz Şərif arasında üçtərəfli görüş oldu - Fotolar
03 iyul 21:11
- Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO
03 iyul 20:37
- İlham Əliyev Astanaya getdi
03 iyul 12:28
- Rəfail Mehdiyev işdən çıxarıldı - Yeni təyinat
03 iyul 12:16
- Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
03 iyul 11:47
- Səlim Müslümova ağır itki
03 iyul 00:23
- Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
02 iyul 12:13
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
02 iyul 11:55
- Fəxrəddin Qoca işdən çıxarıldı
02 iyul 10:41
- Azərbaycan Polisinin yaranmasından 106 il ötür
02 iyul 00:37
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
02 iyul 00:10
- NAR-ın bu departamentinə yeni direktor təyin edildi
01 iyul 21:39
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
01 iyul 21:24
- Zakir Sultanov azadlığa buraxıldı
01 iyul 21:08
- Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub
01 iyul 15:39
- NAR komandası Breyn Rinq yarışının qalibi oldu
01 iyul 15:24
- ƏHD Partiyasından YAP-a çağırış - 83 dairədən çox namizəd irəli sürmə!
01 iyul 13:34
- Ziyarət başa çatıb, HƏCİLƏRİMİZ Vətənə qayıdır
01 iyul 13:10
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
01 iyul 12:48
- Natiq Cəfərli qərarını verdi - Bu dairədən namizəd olacaq
01 iyul 12:23
- Bu gündən qadınların pensiya yaşı 64 oldu
01 iyul 11:40
- İlham Əliyev səfirləri qəbul etdi - Yenilənir
01 iyul 11:19
- Makronun koalisiyası seçkidə uduzdu - Video - Yenilənib
01 iyul 10:53
- Baş həkim azadlığını qorusa da, 1 MİLYON dəyəri olan QAMO-nu itirdi
01 iyul 10:48
- ZİBİL PULU 3 dəfədən çox artırıldı – Rəsmi
01 iyul 02:02
- Avtobus və metroda gedişhaqqı 50 qəpik oldu
30 iyun 21:26
- BENZİN BAHALAŞDI
30 iyun 20:57
- Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı - Video
30 iyun 20:47