Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
NUH.az gununsesi.info saytında yayımlanan müsahibəni təqdim edir:
İstisna nazirlərdən olub ki, postu ilə vidalaşandan sonra ictimai fəaliyyətlə məşğul oldu.
Halbuki ölkəmizdə vəzifəsini itirən nazirlərin əldə etdiyi əmlakın böyük hissəsinin təhvil-təslim etməsinin və əlində qalan biznesinin idarəçiliyi ilə məşğul olmasının şahidi olmuşuq.
Müsahibimiz isə belələrindən olmayan sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərovdur.
Hazırda Qərbi Azərbaycan İcmasında fəaliyyət göstərən və UNEC-də kafedra müdiri olan sabiq nazirlə söhbətimizə də bu məsələlərdən danışmaqla körpü saldıq.
–Əvəz müəllim, Azərbaycanda təsadüfi hallarda uzun illər hökümətdə vəzifə tutmuş şəxslər sonradan ictimai fəaliyyətlə məşğul olur. Bu gün sizin də ictimai fəaliyyətlə məşğul olduğunuzu görürük. Bir haldakı ictimai fəaliyyətlə məşğul olursunuz, niyə parlament seçkilərinə getmədiniz?!
-Əvvəla, məni yada saldığınız, gəldiyiniz üçün təşəkkür edirəm. Böyüyə, keçmiş nazirlərə, sanballı professorlara dəyər verirsiniz, bunun özü də cəmiyyətimiz üçün müsbət haldır. Bilirsiniz, əfsuslar olsun ki, bəzi dostlarımız elə bilirlər, vəzifə daimidir, ölənə qədər vəzifədə, nazir, baş nazir olmalıdırlar. Bu, belə deyil. Mən hazırda iki kitab üzərində işləyirəm. Onun biri istefa mədəniyyəti haqqındadır və orada “nazir hansı hallarda istefa verməlidir” sualına cavab axtarmışam. Məsələn, nazir işinin öhdəsindən gəlmirsə, Cənab Prezident ondan narazıdırsa və ya sağlamlığı imkan vermirsə, yenilikləri özündə təcəssüm etdirə bilmirsə, getməlidir. Düşünürəm, nazir üçün ən uzun iş müddəti 10 ildir. O, ya daha yüksək yerə getməlidir, təbii ki, əgər Prezident də istəyirsə, ya da bizneslə məşğul ola, o cümlədən diplomat da ola bilər. Bir də mənim kimi kafedrada çalışa bilər. Mən başqalarından fərqli olaraq universitet alimlərinin içində olmuşam, elə bura gələndə də məni yaxşı qarşıladılar. Qaldı ictimai işlərə gəlməyimə, açıq danışım, vəzifədən gedəndən sonra 1-2 il gözlədim. Bu da bir qismətdir. Zənglər oldu ki, daha yüksək yerə gedəcəm. Bəlkə də, günah bir az da özümdədir ki, deyilən yerlərə bir qədər vasvasılıq elədim. Ona görə də alınmadı. Bütün hallarda obyektiv qəbul edirəm.
– Seçkiyə niyə getmədiniz?
-Açığı, həvəsim var idi. Düşünürdüm, biliyim, bacarığım ölkəyə kömək edər. Fikirləşirdim ki, Milli Məclisdə İqtisadi Komitə var. Onu iki yerə bölmək olar. Biri iqtisadiyyat və sahibkarlığa dəstək, birini də maliyyə-büdcə məsələləri komitəsi formasında təşkil etmək olar. Hətta haradan namizəd olacağımı da düşünmüşdüm, icmamız da dəstək verirdi. Amma bizdə etika var. Hökümət məni tanımasa, gedib ərizə verərəm. Amma səni tanıyırlarsa…
– Yəni, “məsləhət olmayıb”…
-Bir-iki yerə müraciət elədim, di gəl, arxasına düşmədim. Gözlədim ki, zəng olacaq, deyəcəklər get, namizəd ol.
–Siz müsahibələrinizin birində demişdiniz ki, Prezidentlə aranıza girən adamlar olub, amma heç vaxt ad çəkməmisiniz. Bəlkə elə indi ad çəkəsiniz?
-Ad çəkərəm, qorxum da yoxdur, o adamı da özümə düşmən hesab edirəm. Mən həm Prezident Heydər Əliyevlə, həm də İlham Əliyevlə işləmişəm. İkisinin də dilindən eşitdiyim “Mənim bir nömrəli nazirim” ifadəsi olub. Bu sözlər isə mənim etibarlılığım, səriştəliyim, dövlətə bağlılığım, cəmiyyət qarşısında üzü ağ olduğuma görə olub, deyilib. Bilirsiniz, padşah vaxtından buyana qədər bütün dünyada siyasi oyunlar var. Bu oyunda da uduzanlar həmişə istəyirlər ki, kiməsə ziyan versinlər. Mən nazir gələn günündən bunu müşahidə edirdim.
–Kimlər ziyan vermək istəyirdi?
-Ümumi adlar deməyəcəm, amma mənimlə münasibəti kəskinləşdirəni və bizim aramıza girəni konkret deyəcəm. Bunu deyim ki, maliyyə naziri super bir vəzifədir…
– Əvəz müəllim, o adamın adını deyin…
-O adamın adı Eldar Mahmudovdur. O, dəhşətli adam idi. 3-4 gün qabaq artıq mülkləri də tapılıb. Ölkədə incitmədiyi adam qalmamışdı.
– Məni də həbs etmişdi…
– Xatırlayıram, siz qəhrəmansınız. Onu ifşa edirdiniz.
–Sizinlə niyə yola getmirdi, dərdi nə idi?
-Eldar Mahmudov hələ daxili işlər orqanlarında işləyərkən, məndə olan məlumata görə, düz dörd dəfə vəzifəsini ləğv ediblər. Keçmiş “Obexeyis” deyirlər…
O, nazir təyin olunanda mən inanmamışam. Təxminən bir-iki ay sonra ali rəhbərlikdəki şəxslərə dedim ki, bu təyinat problem yaradacaq.
– Sizlə problemi nə idi? Bunu danışın.
-Əslində, onunla aramızda qohumluq da var. Amma bu qohumluq əlaqəsi də onu maraqlandırmır. Eldar Mahmudovun gözü doymur, siyasəti də odur ki, kiməsə ziyan vursun, kölə eləsin, pulunu alsın. Böyük qardaşım Sabir Ələkbərov rəhmətə gedib. Hərbi sənaye nazirinin birinci müavini olub. Sabirin qızı Konstitusiya məhkəməsinin hakimi Fikrət Babayev oğlunda ərdədir. Fikrətlə Eldar Mahmudovun da ataları bibiuşağıdır. Amma o təyin ediləndə iki həftəlik icazə alaraq Bodrumda dincəlirdim. Gecə 3-4 radələrində zəng vurub dedilər ki, belə bir təyinat var. İnanmadım. İki oğlum, yoldaşım, bir də Abbas Allahverdiyev idi, onların yanında dedim ki, Eldar ölkəyə bəla olacaq, bizi də işləməyə qoymayaq. Bu söhbət olub onun təyinatı günündə.
–Sonra nə oldu bəs?
-Heç nə, gəldim Bakıya. Ağır dövrlər idi. Beynimdə dediyim-demədiyim fikirlər o idi ki, bu maliyyə nazirliyini alverə döndərməyə çalışacaq. İşə başladım və bunun bir-iki işçisi yanıma gəldilər. İndi o adamlar sağdır. Dedilər, çox xahiş edirik, Eldar Mahmudov istəyir ki, onu yanına gedib hədiyyə ilə təbrik edəsiniz. Dedim, mən niyə onun yanına gedirəm? Bu nə deməkdir? Mənim yanıma Fikrət Məmmədov gəlirdi, Namiq Abbasov, Ramil Usubov, Səfər Əbıyev, Baş Prokuror gəlirdi. Yəni ki, işimə görə, büdcəyə, dəstəyə görə gəlirdilər. Ancaq mən getmədim. Hökümət telefonu ilə zəng vurdum, o cür təbrik elədim. Sonra yenə yanıma gəldilər ki, nahaq elə etdiniz, sizi “qara siyahı”ya saldı. Mən bir neçə səbəbə görə getmədim onun yanına. Birincisi, düşündüm ki, getsəm, boynuma öhdəlik qoyacaq. Üstəlik, o, özünü hamıya göstərirdi, mən də stabil adamam, nəyə gedim? O öhdəlikləri də boynuma heç kim qoya bilməzdi. Orqanların gücündən, fəaliyyət istiqamətindən asılı olmayaraq maliyyə nazirliyi hər yeri yoxlaya bilər. Mən Milli Məclisi də, Prezident Aparatını da, Nazirlər Kabinetini də yoxlamışam, məruzə etmişəm. İndi gedib ona baş əyərdim? Əlaqələrimiz sonra da zəif idi. Bir gün bu Cənab Prezidentə məktub yazdı ki, avadanlıq almaq üçün 16-20 milyon dollar civarında pul lazımdır. Məbləğ tam yadımda deyil. Cənab Prezident də məktubu mənə göndərdi, yoxladım, Eldar Mahmudova yenə hökümət telefonu ilə zəng vurub dedim ki, buna hazırda real imkan yoxdur. Amma bu il 4 milyonu dövlət büdcəsinin ehtiyat fondundan ayıra bilərəm, qalan hissəni də gələn il üçün nəzərdə tutarıq. O isə mənə çox sərt cavablar verdi, dedi, “maliyyə işini sizdən yaxşı bilirəm, üstəlik, siz dövlətçiliyə mane olursunuz. Baxarıq, mən sizinlə danışaram”. Konkret olaraq belə, nazir nazirə bunu dedi.
– Faktiki hədələyib…
– Bəli, açıq şəkildə hədələdi. Bizim bir ümumi dostumuz da var idi. Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə. Onunla bir yerdə oxumuşdular, sözü olanda ona deyirdi, elə mən də də ona deyirdim ki, get, sakitləşdir. Çünki bu təşkilata başqa cür baxmaq olmaz. Bu, dövlətin ürəyi, xəzinəsidir, inkişaf strategiyasının bir nömrəli vasitəsidir, hər şey bu nazirlikdən asılıdır. Beynəlxaq təşkilatlar da Bakıya gələndə birinci mənim yanıma gəlirdilər. Məsələn, Dünya Bankı, Beynəlxaq Valyuta Fondu və sair təşkilatların rəhbərləri ilə görüşürdüm. Biz ildə bir dəfə Amerika Prezidentinin iştirakı ilə onların illik toplantısına da gedirdik. Həm də mənim bir statusum da var idi. Deməli, Amerika və Azərbaycan iqtisadi komissiyasının həmsədri idim. Yəni ki, Azərbaycanda gedən islahatlar, Valyuta Fondunun iştirakı, Azərbaycan neftinin, qazının şaxələndirilməsi və başqa bir neçə proqramda da iştirak edirdik.
–Əvəz müəllim, əvvələ qayıdaq, o proseslərin sonu necə oldu?
-Əvvəlcə onu xatırladım ki, Eldar Mahmudovu bir dəfə Vaşinqtona da öz qrupumda aparmışdım. Orada çıxış elədi, inanın, hamı güldü. Keçmiş Sovet sistemində sosialist əmlakın necə dağılmasına qarşı mübarizə stilində bir çıxış elədi. Hamı orada idi, hamı. Nazir müavinləri də, səfir də. Gülməyən qalmadı.
-Əvəz müəllim, Eldar Mahmudovdan sonradan zərbələr almadınızmı? Məsələn, uşaqlarınıza, qohumlarınıza qarşı nələrsə oldu?
-Qohumlarımıza filan olmadı. Demək, bizdə Nəzarət-Təftiş Departamenti var idi. İki nəfər işçimi zorla bir-iki günlük tutdu. Onlar məndən qorxurdu, heç vaxt qanunsuz iş görməzdilər. Əleyhimə ifadə almaq istədilər. Amma mən təmiz idim. Sonradan məlum oldu ki, o, cəza çəkən nazirlərə də deyib ki, Əvəz Ələkbərovdan nə deyə bilərsiniz?!
–Siz bunları ali rəhbərlikdəki şəxslərə necə, çatdırırdınızmı?
-Müvafiq insanlara müraciət elədim ki, çatdırılsın. Desinlər, bu insanları işləməyə qoymur, mane olacaq. Onda dediyim kimi, bir ay idi vəzifəyə gəlmişdi. Bir dəfə də münasibətləri qurmaq üçün birinci müavin vasitəsi ilə çörək yeməyə getdik. Oturduq, ətraflı söhbət elədik, amma söhbətim birinci və axrıncısı o idi ki, maliyyə dəstəyi vermək lazımdır, yoxsa çıxıb gedin. Üzünə dedim ki, sən kimsən? Hələ onu da dedi ki, dövlət orqanlarında nə baş versə, mənə məlumat verin.
-Siz nə dediniz?
-Dedim, “şpion” deyiləm. İkincisi də, mənim işim var. Əlavə olaraq da instansiyalar var. Harda nə baş versə, aidiyyatı üzrə bildirilir. Mən niyə sənə niyə hesabat verməliyəm? Vəziyyət gərginləşdi, bir az da şərab içmişdik. Amma o, araq içirdi deyə daha aqressiv idi.
– İşdən necə oldu getdiniz? Bunu danışın…
– Bir dəfə yenə 5-6 nəfərin iştirakı və onun öz xahişi ilə görüşdük. Həmin görüşdə üç nazir var idi. Yaxşı axşam keçmişdi. Orada bir söhbət oldu. Mən danışdım ki, gəlin, biz məsuliyyətimizi Cənab Prezidentə ötürməyək. Hamımız öz işimizi elə görək, qərarları elə verək ki, xalqımız Cənab Prezidentimizin komandasına dəyər versin, insanlar narazı olmasın, məktub filan yazaraq şikayət etməsinlər. Bu isə getdi bu sözü nə cür dedi, necə dedi, bilmirəm. Sonra mən nazir vəzifəsindən kənarlaşdırıldım. Mən işdən çıxandan sonra Gənclikdə həyət evim var idi, xudmani bir ev tikmişdim. O, iki nəfər 24 saat növbəti qoymuşdu mənim üçün…
–Sizi izlədirdi?
-Dedilər, telefonu da dinləyir. Amma mənim nə işim ola bilərdi? Məişət, iş məsələləri. Dövlətimizə qarşı olası deyildim ki. Dövlət bizə iş verib, çörək verib, ev verib, bu gün bizi zəfərli edib. Nəhayət, torpaqlarımızı qaytarmışıq. Amma bu, yəqin ki, kimlərlər görüşmək istədiyimi filan da bilmək istəyirdi. Bunu da necə bildik? Bu iki nəfər o qədər bezib, heç nə tapa bilməyib ki, axırda mənim sürücümə deyiblər, bizi bura qoyublar, amma bu kişi təmiz adamdı, nə istəyirlər ondan?
–Sonra nə oldu?
-Oğlumun kiçik bir turizm firması var idi. O vaxt turizm də geniş deyildi. Cəmi dörd işçisi var idi. Turistlərin qarşılanması, yerləşdirməsi , gəzdirilməsi və sair xidməti göstərirdi. Bir mənzili kirayə götürmüşdü ofis üçün. Orada da buna ilişib ki, guya nə bilim, Rusiyanın hansısa şirkətini reklam edir. Hələ də məlum deyil heç. İstədilər, oğlumu tutsunlar. 3-4 günlük Lənkərana yolladım, özüm də gedəndə arxamca maşınlar gəldiyini gördüm. Bəzi adamlara müraciət elədim, effekti olmadı. Neyləyim, düşüb əlbəyaxa olaydım? Bəlkə elə silahlı idilər? Oğlumun qaynatasını da çox incitdi, özü də, heç nələrin üstündə. O şirkəti də satdıq axırda. Bizim ailə bir həftə yatmadı ona görə. Oğlumu birtəhər xilas etdim.
– Azərbaycanda nazirlər işdən çıxarılanda onların mülkləri, xaricdə olan sərvətləri, ofşor hesabları və sair tapılır. Amma siz deyəsən, onlardan bir az fərqli nazir oldunuz…
-Vicdanla deyirəm ki, işlədiyim, işdən çıxdığım dövrdə də nə əmlakım olub, nə də başqa bir şey. Birincisi, xaricdə pul saxlamaq da asan deyil. İkincisi də, bu yolun yolçusu deyiləm. Üçüncüsü isə açığı, çox var-dövlətdən, puldan qorxuram. Atam deyərdi, çox pul arxasınca çox şey gətirir, bəladı. Amma indi bircə nəfər desin ki, mən kiməsə təmannalı iş görmüşəm. Onlarla adamı qovmuşam yanımdan bu kimi şeylərə görə.
–İndiki gənc nazirlərə necə baxırsınız? Belə bir fikir var ki, indikilər “paket”ə oturublar, artıq milyonçuya çevrilən nazir yoxdur…
-İndiki nazirləri tanımıram, heç marağım da yoxdur. Adicə bir-ikisinə zəng vurdum təbrik etməyə, telefonu götürmədilər. Onların davranışını da bilmirəm. İki dəfə İdman və Gənclər nazirini görmüşəm, o da deyəsən, olduqca sərbəst adamdır, rahatdır, velosiped sürür, küçəyə çıxır. Bəzi şeylər bir-iki şeylə əlaqəlidir. Birincisi odur ki, sanballılıq özünü doğrultmadı. İkincisi də, bu xaricdə oxuyanların, ingilisdillilərin yaşamı da, başı da başqadır. Məsələn, biz qalstuksuz işə getməzdik, bir tədbirə gecikməzdik. Rübdə bir dəfə qəbul günüm olurdu. Olmayıb ki, o, bir dəfə pozulsun. 120-130 nəfər gəlirdi, danışırdıq, yol göstərirdik, kömək edirdik. Pul elədir ki, adamı dingildədir, oynadır. Varsa, özünü xaricdə də göstərəcək, burda da, toyda da, ad günündə də…
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Sabiq nazirin oğlu şirkət rəhbəri təyin edilib
11 noyabr 2024 15:28
- Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI
8 noyabr 2024 14:36
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
6 noyabr 2024 12:00
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
5 noyabr 2024 10:37
- Obamanın qızı atasının soyadını istifadə etmir
2 noyabr 2024 12:09
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
1 noyabr 2024 15:21
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
1 noyabr 2024 10:35
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Ərdoğan və xanımı Prezidentin ailə üzvləri ilə görüşdü (FOTOLAR)
12 noyabr 22:17
- Prezident Böyük Britaniyanın Baş naziri ilə görüşdü
12 noyabr 21:57
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 18:58
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 17:14
- Şəfəq Günəş Elektrik Stansiyasının TƏMƏLİ QOYULDU
12 noyabr 14:32
- Prezident Ərdoğan və xanımını belə qarşıladı - FOTO
12 noyabr 12:58
- 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
12 noyabr 12:03
- Nə olur olsun, burada ev almalıyam - Abel Məhərrəmov - VİDEO
12 noyabr 11:16
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 20:52
- Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb
11 noyabr 18:57
- Sabiq nazirin oğlu şirkət rəhbəri təyin edilib
11 noyabr 15:28
- Lukaşenko COP29-da iştirak etmək üçün Bakıya gəlib
11 noyabr 15:01
- Hansı ürək döyüntüsünün həyat üçün təhlükəli olduğu AÇIQLANDI
11 noyabr 13:50
- İlham Əliyev Monqolustan Prezidenti ilə görüşdü (FOTO)
11 noyabr 11:19
- OSMANLI İMPERİYASI BU İMİŞ ....
10 noyabr 21:33
- Millət vəkili Əli Məsimli Zəfər Günü bayramı ilə əlaqədar Şəki və Qax şəhərlərində yerləşən Şəhidlər Xiyabanlarını ziyarət etmişdir
10 noyabr 21:05
- Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
10 noyabr 16:43
- İraqda yeni qanun layihəsi- Qızları 9 yaşında ƏRƏ verəcəklər
10 noyabr 16:19
- Mustafa Kamal Atatürkün ANIM günüdür
10 noyabr 12:30
- Olaf Şolts İlham Əliyevə zəng etdi
10 noyabr 10:13
- İLK DƏFƏ! TALİBAN nümayəndələri BAKIYA GƏLİR
10 noyabr 10:01
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
09 noyabr 18:57
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SIYAHI YOXDUR - VİDEO
09 noyabr 18:30
- Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
09 noyabr 18:15
- BMT Baş katibi həftəsonu Bakıya gəlir
09 noyabr 12:33
- Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
09 noyabr 12:17
- Sadhqulu da COP29-da iştirak edəcək
08 noyabr 21:11
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
08 noyabr 18:54
- Trampın qələbəsi ilə bağlı unikal aksiya – SEKS ORUCU- Kişilərdən İMTİNA EDİN
08 noyabr 18:36
- Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? - TAM SİYAHI
08 noyabr 14:36