27 Sentyabr - Anım Günü ilə bağlı II Fəxri xiyabanda şəhidlərin məzarları ziyarət olunur.
Musavat.com xəbər verir ki, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Haşımova da Anım Günündə oğlunun məzarı başındadır:
"Millət, Vətən, xalq sağ olsun. Həmişə Polad Haşımovun yanındadırlar. Qarabağ bu gün azaddır. Oğlum dişi ilə, dırnağı ilə Qarabağı azad etdi. O, valideynlərinin üzünü ağ etdi. Atasına, anasına, xalqına layiqli övlad oldu".