Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladı
![](https://www.nuh.az/uploads/posts/2024-03/thumbs/big_1710169658_feyz.png)
Böyük Britaniya Ali Məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Londonda dəyəri 50 milyon funt sterlinqdən çox olan əmlak portfelinin dondurulması barədə qərarı qüvvədə saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Transparency International” məlumat yayıb.
Bildirilib ki, Milli Cinayət Agentliyi əmlakın çirkli pullar hesabına alındığından şübhələnir.
“İndi Milli Cinayət Agentliyinin daşınmaz əmlakın “cinayət yolu ilə əldə edilmiş gəlirlər”lə əldə edildiyini sübut etmək imkanı var. Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan resurslarla təmin etməli və Birləşmiş Krallığın çirkli pulların sığınacağı roluna son qoymalıdır. Bu, OCCRP tərəfindən ilk dəfə 2017-ci ildə bildirilmiş, çox milyard dollarlıq “Azərbaycan Laundromat” çirkli pulların yuyulması əməliyyatı ilə bağlı araşdırmalar üçün əhəmiyyətli bir hadisədir”, - qərarı şərh edən “Transparency İnternational” UK təşkilatının Tədqiqatlar və Təhqiqatlar şöbəsinin rəhbəri Stiv Qudriç bildirib.
Xatırladaq ki, fevralın 22-də Britaniya Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxmağa başlayıb.
Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) saytında məlumat dərc olunub.
Bildirilib ki, söhbət deputat və həyat yoldaşının qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilən 22 mülkdən gedir. Qeyd olunur ki, 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış sözügedən əmlaklar 2023-cü ilin iyununda Ali Məhkəmənin qərarı ilə dondurulub.
“Feyziyev məlumat dərc olunan vaxtda şərh vermək tələblərinə cavab verməyib. Feyziyevlərin vəkili isə iddia edir ki, Milli Cinayət Agentliyi (NCA) bütün lazımi prosedurlara əməl etməyib və bu daşınmaz əmlaklardan hər hansı birinin qanunsuz yolla alındığını mübahisələndirmək üçün kafi əsaslar yoxdur.
Bundan əvvəl siyasətçinin ailəsi Milli Cinayət Agentliyinin diqqətini bank hesablarında milyonlarla funt sterlinq vəsaitin olması ilə cəlb etmişdi. Agentlik iddia edirdi ki, bu vəsaitlər bank hesablarına OCCRP-nin 2017-ci ildə aşkar etdiyi və “Azərbaycanın pulyuyan maşını” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə gəlib”, - OCCRP-nin məlumatında deyilir.
NCA-nın məlumatına görə, Feyziyev və onun həyat yoldaşı tərəfindən satın alınmış əmlakların satışına və ya başqasına ötürülməsinə mane olan son qərarlar, çirkli pulların yuyulmasına dair əldə edilən əsaslı sübutlara görə qəbul edilib.
“Məhkəməyə təqdim edilən sənəddə Agentlik qeyri-adi, yalan və ya uydurma təsvirlərlə müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərə qədər izlənilə bilən fövqəladə mürəkkəblikdə pul axınlarını təsvir edib”, - OCCRP yazır.
Qeyd olunur ki, dondurulanlar arasında ən bahalı mülklər “Chelsea Barracks” kompleksində 26 milyon funt sterlinqdən (56 milyon manat) baha qiymətə alınmış iki iqamətgahdır. Bildirilir ki, bunlar 2020-ci ildə Britaniya hakimiyyəti onun həyat yoldaşı, oğlu və qardaşı oğlu barədə çirkli pulların yuyulmasında dair araşdırma apardığı ərəfədə alınıb.
“Dondurulmuş digər mülklər arasında “Regent Parkı”na baxan bir mənzil, həmçinin Şimali Qərbi Londondakı bir binadan alınmış 19 mənzil daxildir. Feyziyev 2008-2018-ci illər arasında həmin mülkləri 10 milyon funt sterlinqdən (21,5 milyon manat) çox qiymətə alıb və sonradan heç bir ödəniş etmədən fondun mülkiyyətinə verib”, - məlumatda deyilir.
Qeyd edək ki, C. Feyziyev 2010-cu ildən 2022-ci ilədək Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Böyük Britaniya məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə - həyat yoldaşı, böyük oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus 5,6 milyon funt-sterlinq (12,9 milyon manat) məbləğində vəsaitin müsadirə olunması haqqında qərar verib. Deputatın ailə üzvlərinə məxsus olan və üzərinə həbs qoyulan 9,7 milyon funt-sterlinq (22,3 milyon manat) isə onlara geri qaytarılıb.
- Malayziyada sarı paltar niyə qadağandır?
28 iyun 2024 00:52
- Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO
27 iyun 2024 23:20
- Qara siyahı-ya düşən boks müəllimi Sumqayıt küçələrində dərs keçir - VİDEO
27 iyun 2024 23:07
- Musiqi məktəbinin direktoru 1 MİLYON MƏNİMSƏYİB
27 iyun 2024 18:06
- Seçkilərlə bağlı qərar verildi - Yenilənib
27 iyun 2024 17:42
- İlham Əliyev italyan naziri qəbul etdi - Yenilənib
26 iyun 2024 17:32
- Vüqar Qurbanovdan yeni TƏYİNAT
26 iyun 2024 11:41
- 219 nəfər MİLLİ QƏHRƏMAN-dan 15-i SAĞDIR
26 iyun 2024 11:06
- Hacıbəla Qız qalası-nı da uçurdub, yerində göydələn tikəcəkdi
26 iyun 2024 09:49
- Hacı Salmanın həbsinə səbəb olan - Görüntülər
26 iyun 2024 09:37
- Malayziyada sarı paltar niyə qadağandır?
28 iyun 00:52
- İran bu gün yeni prezidentini seçir
28 iyun 00:43
- Bakının mərkəzində başından güllələnən Tural niyə qətlə yetirilib? - VİDEO
27 iyun 23:20
- Qara siyahı-ya düşən boks müəllimi Sumqayıt küçələrində dərs keçir - VİDEO
27 iyun 23:07
- Komandan vəzifəsindən nazir kürsüsünə - azərbaycanlı general Stalindən də təşəkkür alıb...
27 iyun 22:36
- Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
27 iyun 22:01
- Musiqi məktəbinin direktoru 1 MİLYON MƏNİMSƏYİB
27 iyun 18:06
- Cavanşir Nuriyev yüksək vəzifəyə təyin edildi
27 iyun 17:49
- Seçkilərlə bağlı qərar verildi - Yenilənib
27 iyun 17:42
- Ermənistan ya konstitusiyasını dəyişməlidir, ya da dəyişməlidir: İlham Əliyev dedisə, bitdi!
26 iyun 21:14
- Özündən gözəlləri öldürən, itləri əsirlərlə bəsləyən -MƏLƏK- VİDEO
26 iyun 20:37
- İlham Əliyev italyan naziri qəbul etdi - Yenilənib
26 iyun 17:32
- Qəzəbli Stalinə cavab verməkdən çəkinməyən general – o, bir il ərzində özünü doğrultmağı bacarıb...
26 iyun 14:23
- Bakı küçələrində hərbçilərin yürüşü keçirilir - Fotolar
26 iyun 12:41
- Rusiyanın İTKİSİ 538 060 nəfər (son sutkada 1220 nəfər) insan -ŞOK
26 iyun 11:58
- Vüqar Qurbanovdan yeni TƏYİNAT
26 iyun 11:41
- Qumarda 4 milyon dollar uddu və...ürəyi dayandı öldü - VİDEO
26 iyun 11:20
- 219 nəfər MİLLİ QƏHRƏMAN-dan 15-i SAĞDIR
26 iyun 11:06
- DUZ və BALı qarışdırıb YEYİN - MÖCÜZƏ
26 iyun 10:34
- FETÖ ilə əlaqəsi olan 9350 şübhəli saxlanılıb –ƏRDOĞAN
26 iyun 10:19
- Diş çıxaran dərman satışa çıxarılır, PROTEZ bitir - Yapon alimi
26 iyun 09:58
- Hacıbəla Qız qalası-nı da uçurdub, yerində göydələn tikəcəkdi
26 iyun 09:49
- Hacı Salmanın həbsinə səbəb olan - Görüntülər
26 iyun 09:37
- Ermənilər bu namizədin İran prezidenti olmasından qorxurlar: Azərbaycana...
26 iyun 01:15
- Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
26 iyun 01:05
- Zakir Quliyev xidmət rəisi təyin edildi
26 iyun 00:54
- İlham Əliyev onlara general rütbəsi verdi (SƏRƏNCAM)
26 iyun 00:10
- Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verildi
25 iyun 23:56
- DSX və DTX Xəzərdə əməliyyat keçirib, silah tətbiq olunub.... VİDEO
25 iyun 20:59
- Elçibəy dedi ki, Azərbaycanın beli qırıldı - Arif Əliyev...)))
25 iyun 20:39