90 %-i AC-YALAVAC yaşayan yazıçı dostlarıma
Şair Kəramət Kəramət yazr.
90 %-i ac-yalavac yaşayan yazıçı dostlarıma
ŞAPALAQLA-ŞƏKİL ÇƏKDİRMƏKLƏ
ÜZ QIZARDANLAR
ONUN-BUNUN PROBLEMLƏRİNƏ VURĞU YAPMAĞIMIZA BAXMAYIN-BU BİR PAFOS, YALAN, ÖZÜNÜ-SİZİ ALDATMAQ ANORMALİYASIDI.
ƏSLİNDƏ, MƏN DƏ BU ÇOXLUQ KİMİYƏM, SADƏCƏ BELƏ GÖRÜNMƏDƏBİYYATIN PROTEİN ÇATIŞMAZLIĞI-
ƏQLİ QÜSURU,
İSPAN QRİPİNDƏN PANDEMİYAYA
"İnşaatçılar" metrosunun qabağında limon
satan qadının yanından keçib Elmlərdəki kitab satan dostlarımın yanına gedərkən beş limonla bir kitabın qiymətindəki müqayisədən məmnundum.
....nə qədər ağır olsa da, qürurumuza toxunsa da bizim şair-yazıçıların 85%-i aclıq, səfalət içində yaşayır, əgər buna "yaşamaq" demək mümkünsə. Evsizlikdən tutun işsizliyə, kasıbçılıqdan tutun da gündə BİR ÖYNƏ yeməyə möhtaclığa qədər. Aclıqdan-səfalətdən, satılmış-sındırılmış ruhdan müasir yazıçı tipi-obrazımı umursan, bunu gözləməklə nə yanılqıya qapıldığını da bilmirsən.
Əvvəllər fərqində olmadığımdan indi xəcalət çəkirəm; axı bütün bunları hər gün görür, məclislərdə müşahidə edirdim. 100 qram araq, nəinki bir çaynik çay, bir stəkan çay üçün hamı biri-birinin əlinə baxır..uzun müddətdi belədi..insan kimi normal fiziki ehtiyaclarını ödəyə bilməyən biri..qidalanmasından tutun əyin-başına, ailənin dolanışığına, ürəyi istədiyi biriylə bir qismət çörək yeməsinə..teatra, kinoya, konsertə, bir ölkəyə ekskursiyaya getməsinə çoxdan "əlvida" deməsinə.qədər..yazar...nə desən yazar..yaradıcılığı olmaz.
SİZ BİZİM XOŞBƏXTCƏSİNƏ ÇƏKDİRDİYİMİZ ŞƏKİLLƏRƏ, ONUN-BUNUN PROBLEMLƏRİNƏ VURĞU YAPMAĞIMIZA BAXMAYIN-BU BİR PAFOS YALAN, ÖZÜNÜ-SİZİ ALDATMAQ ANORMALİYASIDI.
ƏSLİNDƏ, MƏN DƏ BU ÇOXLUQ KİMİYƏM, SADƏCƏ BELƏ GÖRÜNMÜRƏM...belə görünmədikcə də dostlarımın misgin həyatını görməzdən gəlir, özüm özümə də kor oluram..
ŞAHLAR HƏYATA SARAYLARDAN BAXDIĞINDAN RƏİYYƏTİ GÖRMÜR.
..dayanacaqda yazıçı dostumun məhzun görünüşlü "salam" laşmasından ürəyimdəki bir səs məni geri qaytardı, o qədər də yaxın münasibətim olmayan yazıçının cibinə əlimi saldım. Aralaşınca arxamca çağırdı və qucaqlayıb doluxsundu: "Sə nə bildin ki, evə çörək almaq haqqında düşünürdüm." Söhbəti dəyişib yoluma davam etdim. Pulum olanda dostlara pul vermək sevimli xobbimdi və özümü mənfur puldan qurtarıb yüngülləşirəm, təbi ki, eyni ürəkaçıqlığıyla dostlardan da utanmadan pul alıram..(az hallarda). Və bu maddi sıxıntılar, aclıq-səfalət yazıçı nühitini (təkcə yazıçılarımı) bürüyüb...
Onu deyirdim axı 1900-üncü illərdən başlayaraq dünyanı İspan qripi sardı , sonra dünya müharibəsi , 50 milyon insanın ölümü. Müxtəlif iqtisadi-sosial böhranlar bəşəriyyətin normal düzəndə addımlamasına əngəl oldu. Sonra da faşizm, 60 milyon insanın ölümüylə nəticələndi, indi də pandemiya..yeni-yeni xəstəliklərin dərmanı da özündən qabaq hazır.
"Can al gətir, imkan olmasa, yarımcan al"..belə bir deyimimiz var. Can-ət, yarımcan-yumurta anlamı daşıyır. Yumurta proteinin 15%-ini ödəyir ancaq. Protein çatışmazlığı özüylə birlikdə yeni xəstəlikləri gətirir , bədənin müqavimət gücü azaldığından hər bir xəstəliyə açıq hala gəlir. İlk növbədə bir tikə çörək üçün qula çevrilən insan-toplum yaradılır, Bərabərində də əqli-ruhi çatışmazlıq taun kimi yayılır. Çünki DÜŞÜNƏN insan gərək deyil, ağılsız şeirlər gərəkdi. Hay-huy..bir də "iki itə para sümük atdılar" (M,Araz) Kİ..boğuşun biri-birinizlə.
Sıxdı məni bu mövzu..gəlin "soobrazim" eləyək..amma məndə indilikdə pul yoxdu..bir gülək Səməd Qaraçöp çox təmiz adamdıı, onda AYB-də bufet vardıı. Səmədə dedim ki, mənə iki pivə ala bilərsənmi? Dayanıb üzümə xeyli təəccüblə baxdı, elə bilir ki, zarafat eləyirəm..."Sən başın, doğrumu deyirsən?"..Nəhayət, inandıra bildim ki, mənim də pulum olmaya bilər və mənə pivə aldı. Hər yadıma düşəndə gülürəm, Allah səni güldürsün, ay Səməd.
Oxşar xəbərlər
- DİQQƏT! SABAH 70 MİN abonent QAZSIZ qalacaq
1 oktyabr 2024 14:35
- Dünyanın ən yaşlı timsahının neçə yaşı var? - 10 mindən çox nəslin ATASI - VİDEO
30 sentyabr 2024 22:59
- Vəkil Adəm Məmmədovla bağlı ŞİKAYƏTLƏR DAVAM EDİR
30 sentyabr 2024 18:28
- Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır- Qənimət Zahid
30 sentyabr 2024 10:22
- Həyat yoldaşından intiqam almaq üçün Trotski ilə eşq yaşayan Frida Kalonun İNANILMAZ HƏYAT HEKAYƏSİ - VİDEO
29 sentyabr 2024 12:23
- Yazıçı Anar və Rəşad Məcid Elza Seyidcahana XƏBƏRDARLIQ ETDİLƏR - FOTO
22 sentyabr 2024 11:18
- İki ƏSRƏ barəbər GÜN - ƏLİ MƏSİMLİ
19 sentyabr 2024 20:22
- Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
19 sentyabr 2024 12:02
- Qarabağdakı antiterror əməliyyatından bir il ötür
19 sentyabr 2024 10:21
- Bakıda LAÇIN məktəbində kütləvi dava: Şagirdlər himn yerinə söyüşə qulaq asdılar - VİDEO
17 sentyabr 2024 14:51
Xəbər lenti
- Azərenerji-nin BABA-sına ŞİDDƏTLİ TÖHMƏT - RƏSMİ
05 oktyabr 15:34
- Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
05 oktyabr 14:05
- Onlara Prezident təqaüdü veriləcək - Siyahı
05 oktyabr 13:37
- Komitə sədrinin müavini - Cərimələri artırmaqla büdcə doldurmaq yanlış iqtisadi üsuldur
05 oktyabr 12:33
- Prezident ailəsi film təqdimatında - Fotolar
05 oktyabr 11:43
- Zəncəfil, sarımsaq və limon qarışımının nələrə qadir olduğunu bilirdinizmi?
05 oktyabr 10:48
- Bu gün Beynəlxalq Müəllimlər Günüdür
05 oktyabr 10:29
- COP29 tədbiri ilə bağlı Bakıda toylar QADAĞAN OLUNACAQ ?
04 oktyabr 22:07
- Putinin şəxsi həyatı və övladları - yeni rezonans doğuran ARAŞDIRMA
04 oktyabr 21:55
- Ağdamda da Müəllimlər Günü qeyd edildi - Fotolar
04 oktyabr 20:16
- Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir
04 oktyabr 19:08
- Mürsəl İbrahimov Qaradağın VOYENKOM-unu İŞDƏN ÇIXARDI
04 oktyabr 17:53
- Laçın İcra Hakimiyyəti yarım MİLYONU görün nəyə xərcləyəcək - Bir sıra işlər...
04 oktyabr 16:35
- Əhaliyə at əti satanlar tutuldu - Fotolar
04 oktyabr 14:53
- Cəlilabadda 4 KİSƏ NOXUDA görə 2 fəhləyə 2 İL 5 ay 26 gün + 2 İL 2 ay 28 gün CƏZA
04 oktyabr 13:42
- Japarov qırğız milyarderləri pullarını xaicdə saxlamamağa çağırıb
04 oktyabr 13:17
- Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
04 oktyabr 13:08
- Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
04 oktyabr 11:34
- Hindistanda mağarada 188 yaşlı kişi tapıldı
03 oktyabr 22:20
- Ona Zəngilanda vəzifə verildi
03 oktyabr 22:02
- Prezident və birinci xanım Cəbrayıla səfər edib
03 oktyabr 16:00
- Prezident İlham Əliyev Cəbrayıla GETDİ
03 oktyabr 13:46
- Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib
03 oktyabr 13:36
- Ali Məhkəməyə yeni hakimlər təyin edilir - ADLAR
03 oktyabr 13:28
- Şahdağa qar yağdı
03 oktyabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür
03 oktyabr 10:20
- Hindistanda 11 yaşlı şagirdi QURBAN KƏSDİLƏR
02 oktyabr 23:21
- Prezident sahibkarlarla bağlı Fərman imzaladı
02 oktyabr 21:02
- Tüpürüm döşünün medallarına, Şalvarı baftalı GENERALLARIN
02 oktyabr 20:17
- Milli Məclis: Heyvanlarla rəhmsiz rəftar edənləri cəza...- BƏS MİLLƏTLƏ..?
02 oktyabr 20:00
Video & Fotoqalereya
Video
Fotoqalereya