Əhməd haradadır? filminin Ceyranı: 80 yaşında bir aktrisa axtarırsınızsa, mən hazır - MÜSAHİBƏ
![](https://www.nuh.az/uploads/posts/2025-02/thumbs/big_1739046439_ehmdh.jpg)
Azərbaycanda “Əhməd haradadır?” filmindəki Ceyran obrazı ilə məşhurlaşan, hazırda Tbilisidə Rustaveli adına Milli Teatrın aktrisası olan, Gürcüstanın Xalq artisti Nonna Paçuaşvili “Report”un yerli bürosuna müsahibə verib.
Aktrisa karyerası, həm də Azərbaycanla bağlı maraqlı hiss və təəssüratlarını bölüşüb:
- Nana xanım, hazırda teatr aktrisasısınız, lakin Azərbaycan tamaşaçısı sizi daha çox “Əhməd haradadır?” filmindən tanıyır. Ümumiyyətlə, bu filmdən sonra kino karyeranız necə oldu? Başqa rollar üçün dəvət gəldimi?
- Bəli, mən elə bir filmdə rol almışam ki, artıq o, demək olar, tarixi bir filmə çevrilib. Çünki kinematoqrafiyada bu filmi çox sevirlər, xüsusilə də orada oynayan aktyorlar – hamısı çox məşhur, çox dəyərli insanlardır və mənim onlarla çox yaxşı dostluq bağlarım var idi.
19 yaşım olanda rejissor Adil İsgəndərov nədənsə düşündü ki, mən Ceyranam. Mən o vaxtlar kürən idim, üzümdə çillər vardı, heç Ceyrana oxşamırdım. Amma rejissor istəyəndə hər şey mümkün olur. Saçımı qara rəngə boyadılar. Dili isə bilmirdim, amma hər şeyi anlayırdım...
- Filmin çəkiliş prosesi zamanı başınıza bədbəxt hadisə gəldi və həyat yoldaşınızı itirdiniz. Həssas məsələ olsa da, maraqlıdır, nə vaxtsa özünüzü məhz Bakıya gəldiyiniz, o filmə çəkildiyiniz üçün qınadınızmı?
- Bəzən bu barədə danışanda göz yaşlarımı saxlaya bilmirəm, elə indi də özümü pis hiss edirəm. Bəlkə də, o vaxt çəkilişlərdə iştirak etməsəydim, daha yaxşı olardı. Çünki o vaxt çox çətin bir vəziyyət yaranmışdı. Mən sonralar oğlumla baş-başa qaldım. O zaman ona cəmi ikiaylıq hamilə idim. Film çəkilişləri zamanı sona qədər özümlə mübarizə apardım ki, iş başa çatsın. Hətta düşündüm ki, bir daha Bakıya gəlməyəcəm. Lakin sonradan teatrın qastrol səfəri oldu və mən Bakıya getməyə məcbur qaldım.
![](https://static.report.az/photo/709eb5ee-520d-3226-82cf-67e2d192076e.jpg)
Zaman keçir və bu ağrı da yavaş-yavaş azalır. Başa düşdüm ki, azərbaycanlılar istiqanlı və mehriban bir xalqdır. Çünki orada yaşadıqlarımı azərbaycanlı dostlarım da mənimlə birlikdə yaşadılar, hiss etdilər. Aktyor qrupu hər zaman yanımda idi.
Bu günə qədər də mən azərbaycanlıları çox sevirəm. Biz bu teatrda 2023-cü ildə Heydər Əliyevin yüzillik yubileyi münasibətilə Leyla Əliyevanın (Heydər Əliyev Fondunun vitse-prezidenti - red.) şeirləri əsasında çox möhtəşəm bir tamaşa hazırladıq. Tərcüməsi də çox uğurlu alındı, böyük bir iş idi.
Demək istəyirəm ki, bu dostluq böyük uğur və istiliklə davam edir. Biz gürcülər azərbaycanlıları həqiqətən çox sevirik. Bu sevgi təkcə yaradıcılıqda deyil, həyatda da açıq-aşkar görünür.
- Filmdəki əsas tərəfmüqabiliniz Elxan Qasımov iki il öncə vəfat etdi. Onu necə xatırlayırsınız?
- Elxan Qasımov mənim dostum idi. Bizim çox yaxın münasibətlərimiz var idi. Daim əlaqə saxlayırdıq, məni tez-tez Bakıya dəvət edirdi, görüşürdük. Onu tərəfmüqabili kimi çox sevirdim. Çox xarizmatik insan idi. O vaxt hər ikimiz gənc idik. Bu filmdə mən Nəcibə xanımı da (Nəcibə Məlikova - red.) çox sevirdim. O, həqiqətən anam kimi idi, mənə çox qayğı göstərirdi. Ümumiyyətlə, istər Elxan, istərsə də Nəcibə xanımla bağlı xatirələrim tamamilə yaradıcı və çox isti hisslərlə doludur (kövrəlir). Təəssüf ki, indi yalnız mən qalmışam. Hələlik Ceyran sağdır. Bu, kədərlidir, eyni zamanda, mənim üçün dəyərli xatirələrdir. Həyat isə davam edir.
![](https://static.report.az/photo/4aa024e7-3329-35b1-bedd-d99cfcb8c584.jpg)
- Nonna xanım, Azərbaycan kinosu hazırda durğunluq dövrünü keçirir. Gürcüstandakı vəziyyətlə o qədər də yaxından tanış deyilik. Burada film sektorunda vəziyyət necədir? Azərbaycanla əvvəlki qaydada müştərək layihələrin olmasını kino aktrisası kimi necə dəyərləndirirsiniz?
- O dövrdə əsl dostluq var idi. Kino xadimləri - həm Azərbaycan, həm də bizim kinematoqrafçılar çox sıx dostluq edirdilər və bu da birgə filmlərin çəkilməsinə gətirib çıxarırdı. Avto Maxaradze kimi elə aktyorlarımız var ki, azərbaycanlılar onları tanıyır.
İndi texnologiya inkişaf edib, dostluq sanki sırf yaradıcılıq baxımından əvvəlki kimi deyil. Nədənsə indi alınmır, amma yəqin ki, gələcəkdə alınacaq. Biz birlikdə daha güclü ola bilərik. Sizdə də müharibə olub, bizdə də. Ona görə də, məncə, getdikcə hər şey yaxşı olacaq. Çünki bizim ölkəmiz azərbaycanlılara böyük hörmət bəsləyir.
- Bu gün Azərbaycandan təklif gəlsə, yenidən Bakıya getmək, hansısa layihədə yer almaq istəyərsinizmi?
- Böyük məmnuniyyətlə. Əgər bir təklif olarsa, heç düşünmədən qəbul edərəm. Əgər 80 yaşında bir aktrisa axtarırsınızsa, mən hazıram!
- "Əhməd haradadır" filminin davamını çəkmək arzusu sizdə yaranıbmı?
- Bu barədə söhbət olmuşdu və Elxan bunu çox istəyirdi. O deyirdi ki, görək Əhməd 60 ildən sonra haradadır?! Xaricdə belə hallar tez-tez baş verir. Əgər bir film uğurlu alınırsa və sevilirsə, 40-50 ildən sonra aktyorların necə yaşlandığı, həyatlarının necə davam etdiyini görmək istəyirlər. Elxanın da belə bir arzusu var idi. O bu barədə danışırdı. Nədənsə biz həmişə bunun baş verəcəyini gözləyirdik. Amma olmadı.
![](https://static.report.az/photo/bc1299ac-ec0d-380a-8540-c763e641def8.jpg)
- Cəmi bir neçə filmdə rol almısınız. Bunun səbəbi nədir, rejissorlar dəvət etmədilər, ya özünüz istəmədiniz?
- 20 yaşımdan etibarən 60 ildir bu teatrda çalışıram. Artıq Xalq artistiyəm, fəxri aktrisayam. Rustaveli adına Milli Teatrda, demək olar ki, 100-ə yaxın rol oynamışam. Bu mədəniyyət ocağı Gürcüstanda bir nömrəli teatr sayılır. Kino sahəsində isə, bəli, çəkilmişəm, amma çox deyil. Çünki mən kinonu sevmirəm, kino da məni sevmir. Belə də olur.
- "Əhməd haradadır" filmi barədə indiyə qədər açıqlamadığınız hansısa bir xatirə və ya hadisə varmı?
- O vaxt mən gənc, cavan bir qız idim. Amma bilirsiniz, o faciədən sonra (həyat yoldaşının ölümünü nəzərdə tutur - müəl.) hansısa rolda oynamaq mənim üçün çox çətin oldu. Yalnız bunu xatırlayıram ki, yük maşınında oturmuşdum, Əhməd maşını sürürdü, hamilə idim, bətnimdə isə oğlum var idi. Həmişə düşünürdüm: ilahi, bu çəkiliş nə vaxt bitəcək? Amma bu, ekranda görünmür, hiss olunmur. Ekranda gülürəm, bax, aktyorların belə çətin dövrləri olur.
Təxminən bir il, ya il yarım əvvəl məni Marneuliyə dəvət etdilər və orada "Əhməd haradadır?" filmi nümayiş olundu. Kinoteatrda mənimlə görüş keçirildi və xeyli adam gəlmişdi. Hamı böyük zövqlə izləyirdi, gülüş səsləri eşidilirdi. Nümayişdən sonra mənə güllər bağışladılar. Maraqlısı odur ki, bu film artıq 60 ildən çoxdur ki, yaşayır. Mənim indi 80 yaşım var, amma orada çəkiləndə 19 yaşında idim. Gənclər məni görərək "bravo, bravo!" deyirdilər, sevinirdilər ki, mən sağam və film bu günə qədər yaşayır...
![](https://static.report.az/photo/5c24074a-bc14-3c11-867b-88632859c7e1.jpg)
Həmişə bazardan Azərbaycan narı alıram. Bir dəfə də nar alanda ortayaşlı bir nəfər mənə baxaraq dedi - “Ay, sən necə də Ceyranın anasına oxşayırsan”. Dedim ki, mən anası deyiləm, elə Ceyranın özüyəm, amma artıq illər keçib. O, elə sevindi ki... Hətta Bakıda bir dəfə Elxanla küçədə gedirdim, o, yüksək səslə deyirdi: “Bax, bu Ceyrandır, mən isə Əhmədəm. Baxın, görün, biz yaşayırıq”. Elxan bizi daim hamıya göstərmək istəyirdi və bu, ona çox böyük sevinc bəxş edirdi. Amma filmin çəkilişinə başlayan zaman orada məndən daha gözəl olan qızları görürdü və onlara baxırdı. Mənə isə diqqət ayırmırdı, ən azından, o zaman (gülür).
- Vaxtilə Gürcüstan televiziyasında veriliş aparırdınız və bildirmişdiniz ki, proqramlardan birini "Əhməd haradadır?"a həsr edəcəksiniz. Bunu etdinizmi?
- Bəli-bəli, mən "Birinci Kanal"da aparıcı olmuşdum. Altı il orada veriliş apardım və istəyirdim ki, bizim dostluğumuz haqqında iki-üç söz deyim. Verilişdə musiqi ifa edən qrupdan xahiş etdim ki, şən bir Azərbaycan musiqisi səsləndirsinlər, ona uyğun bir neçə söz deyə bilim. O musiqinin fonunda çıxış edərək Azərbaycanı, oradakı dostlarımı, kinematoqrafçıları Yeni il münasibətilə təbriki etdim, “Əhməd haradadır?” filmindən danışdım. Öz münasibətimi və istiliyimi yeddi-səkkiz dəqiqə ərzində çatdırmağa çalışdım.
Əminəm ki, Azərbaycanda da bu filmi çox sevir və qiymətləndirirlər. Çünki orada çox yaxşı aktyorlar iştirak edib. Bu, tamamilə Azərbaycan filmi idi. Musiqisi, rəqsləri, mahnıları və aktyorları çox gözəl idi, mən onlardan öyrənirdim. Filmin çəkilişləri zamanı rəqsləri Əlibaba Abdullayev qururdu. O, mənə çox şey öyrədirdi. Musiqi, rəqs və bir neçə cümləni birləşdirmək çətin idi, amma mən gənc və həvəsli olduğum üçün bunu tez öyrənirdim. Rəqslər mənim üçün ən yaxşı şəkildə qurulmuşdu. Mən də çox cəsarətli idim, elə Ceyran kimi, sanki həm rəqs edir, həm də oxuyurdum, hər şeyi edirdim. İzləyicilər bu filmi niyə sevirlər, bilirsinizmi? Çünki orada tamamilə azərbaycanlı rəqsi, Azərbaycan mahnısı və musiqisi çox yaxşı şəkildə birləşdirilib.
![](https://static.report.az/photo/44cd3f5d-1088-30d7-9237-3f883ba843c1.jpg)
- Bəs sevimli aktyorumuz Lütfəli Abdullayevi necə xatırlayırsınız? Onun haqqında nə deyə bilərsiniz?
- Lütfəli Abdullayev... Bilirsiniz, o, elə şeylər edirdi ki, hamı gülürdü, mən başa düşmürdüm. Sonra Nəcibə xanım deyirdi ki, bax, o belə dedi. Amma dili bilməsəm də, onun xarakterindən anlayırdım. Lütfəli çox istedadlı bir aktyor idi. Ona baxanda bilirdin ki, bu, istedaddır. Amma o, həyatda belə deyildi. Rolunu oynayırdı, hər şeyi aktyorcasına edirdi. Yaxşı olanı heç vaxt unutmursan. Və buna görə bu film hələ də yaşayır və sevilir...
- Bakının mərkəzində general-leytenantı KİM ÖLDÜRDÜ ?
10 fevral 2025 20:33
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 2025 00:18
- Hipertoniya həkimlərin nağılıdır , hansına ki, pul və sağlamlığınızla ödəyirsiz!
8 fevral 2025 14:21
- Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
7 fevral 2025 22:04
- Günə iki qutu siqaret çəkirdim...”
7 fevral 2025 14:58
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
5 fevral 2025 15:42
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
5 fevral 2025 12:30
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
5 fevral 2025 12:00
- Ərdoğan Suriyanın yeni liderini belə qarşıladı - TARİXİ GÖRÜNTÜLƏR
4 fevral 2025 21:38
- Səməd Vurğun yaltaq idi, onun qədər yaltağı olmayıb - Əlisa Nicatla MÜSAHİBƏ
3 fevral 2025 19:46
- NАR-ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
10 fevral 23:19
- Azərbaycan ərazisinin 80 faizi 8 ballıq seysmik...
10 fevral 23:01
- Rusiya agenti olduğu deyilən Əbülxoz Bəydən EKSKLÜZİV AÇIQLAMA
10 fevral 22:49
- Ali Məhkəmədən xarici diplomlarla bağlı - Açıqlama
10 fevral 21:32
- Bakıda II İohann Pavelin adına kilsə tikiləcək
10 fevral 21:21
- Bakıda məktəbli qız binanın damından özünü АTDI
10 fevral 21:09
- 300 min azərbaycanlı Ermənistana qayıdacaq, Zəngəzur da həmçinin - Oskanyan
10 fevral 20:58
- PEYK zavodunun 2 milyona yaxın vergi borcu var
10 fevral 20:47
- Bakının mərkəzində general-leytenantı KİM ÖLDÜRDÜ ?
10 fevral 20:33
- Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu deyilən Elmar Məmmədyarov danışdı
10 fevral 20:13
- Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
10 fevral 19:44
- Yalnız iki vedrə su və yorğanlardan istifadə ediblər
10 fevral 18:42
- Köçəryan Ağdamın işğalını detalları ilə etiraf etdi: Mənə zəng gəldi, dedim ki..
10 fevral 18:22
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 00:18
- Ana südü buynuz qişanın zədələrinin sağalmasını sürətləndirir
10 fevral 00:06
- Şəfqət və mərhəmət ayı...
09 fevral 23:32
- 7 yaşlı idmançı faciəli şəkildə öldü
09 fevral 23:03
- 13 il əvvəl Dəməşqdə generalları kim öldürmüşdü?- Əsədin BАLDIZI sirləri açdı
09 fevral 22:34
- Azərbaycanda əmək müqaviləsiylə işləyən nə qədər insan var? – Son 10 ilin statistikası
09 fevral 22:18
- Öcalandan PKK-nın taleyi ilə bağlı sensasion sözlər
09 fevral 17:06
- Nаzir Sahil Babayev KАRАTEÇİ olub - ŞOK FOTOLAR
09 fevral 16:54
- Ölülərlə EVLƏNMƏK : Qəribə adət hələ də davam edir
09 fevral 14:46
- Qırmızı DİPLOM HEÇ NƏYƏ YАRАMIR - VİDEO
09 fevral 14:31
- Ötən il vəkillərə 5.5 MİLYON manat ödəniş edilib - SƏBƏB
09 fevral 13:51
- Ardıcıl 7 GÜN İŞ olmayacaq - Hansı tarixlərdə?
09 fevral 13:34
- Bakıda yeni yol salınır: 1000-dən çox ağac köçürüləcək - VİDEO
09 fevral 13:10
- DƏHŞƏT YAŞANDI: eyni anda 40 NƏFƏR həlak oldu
09 fevral 13:00
- Azərbaycan bu ölkədən 1 MİLYАRD dollarlıq qızıl aldı
09 fevral 12:52
- Azərbaycanda 100 min Rusiya casusu var ! – Politoloq israr edir
09 fevral 12:26
- Serbiya Prezidenti ölümcül АVTO QƏZA keçirdi
09 fevral 12:08