Gömrükdəki 70 minlik malı məhv edildi, 2 dəfə dələduzluqla üzləşdi TƏFƏRRÜAT
Pul qazanmaq üçün Türkiyədən şokolad gətirən şəxsin başına iş gəlib. Həm malını itirib, həm də iki dəfə dələduzluğun qurbanı olub.
Musavat.com xəbər verir ki, Vidadi.M Türkiyədən 70 min manatlıq şokolad sifariş verib. Mal Bakıya çatanda Qida Təhlükəsizliyi Agentliyindən sertifikat almaq məsələsində problemi yaranıb. Əvvəlcə bir gömrük əməkdaşı ondan bu məsələni həll etmək üçün pul alıb. Amma uzun müddət keçsə də problemi həll etməyərək onu aldadıb.
Bu problemlə üzləşən Vidadi tanışı 46 yaşlı Raminlə məsləhətləşib. Raminlə birlikdə polisə gedərək həmin gömrük əməkdaşından şikayət ediblər. Gömrük əməkdaşı cəzalandırılıb. Bundan sonra Ramin özü Vidadiyə qarşı dələduzluq edib.
Ramin Xarici Kəşfiyyat Xidmətində Katibliyin rəisi vəzifəsində çalışdığını, rütbəsinin kapitan olduğunu deyərək bu məsələni həll edəcəyini bildirib. Bu məqsədlə ondan 8600 manat pul alıb.
Ramin əslində Nəsimi rayonu ərazisində kirayə götürdüyü mağazada çap xidmətləri ilə məşğul olurmuş. Özünün dediyinə görə 2020-2023-cü ilə qədər də “Ulu Zirvə” agentliyində baş redaktorun müavini işləyib.
İstintaqla müəyyən edilib ki, Ramin “İpək yolu” gömrük postunda saxlanılan məhsulları çıxarmaq üçün heç bir iş görməyib.
Bu vədlə Vidadiyə əvvəlcə gömrük xidmətində çalışan bir nəfərin nömrəsini verib. Lazımi sənədləri əldə etməsini təşkil edib. Lakin sonradan müxtəlif vədlərlə onu aldadıb. Aldığı pulu da şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkmiş Vidadi pul qazanmaq istədiyi işdən külli miqdarda ziyanla çıxıb. Çünki uzun müddət keçdiyi üçün onun gömrükdə olan məhsullarının son istifadə müddəti bitib.
Ramin ifadəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, hadisə vaxtı xəstəlikdən əziyyət çəkdiyini bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Vidadi 8600 manat zərərin tam ödənilməsinə baxmayaraq şikayətçi olub. Buna səbəb isə gömrükdə mallarının məhv olmasıdır. Çünki malların son istifadə müddəti keçdiyi üçün məhv edilib. Vidadi məhkəmədən ona dəymiş 70 min manat ziyanın da Ramindən tutulmasını istəyib. Məhkəmə isə bildirib ki, zərərçəkmiş şəxs bunun üçün mülki iddia qaldırmalıdır.
Məhkəmə Ramini dələduzluq ittihamı ilə cəzalandırıb. Onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
- Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?
2 fevral 2025 00:59
- Bu gün Gənclər Günüdür
2 fevral 2025 00:12
- Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ
1 fevral 2025 22:09
- Şumerlər: Tarixin ən böyük sivilizasiyalarından birinin açılmayan sirri
1 fevral 2025 12:25
- Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimə məhkəməyə gəlmədi
31 yanvar 2025 16:52
- Prezident MÜHÜM sərəncam imzaladı
30 yanvar 2025 21:33
- Heydər Əliyevin məşhur tərüməçisi hardadır? — FOTOLAR
30 yanvar 2025 21:20
- Əhməd əl-Şaraa müvəqqəti prezident elan edildi
30 yanvar 2025 00:28
- Akif Əlizadə: Məsləhət oldu ki istefa verim, Ramiz Mehdiyev gəlsin - Müsahibə
29 yanvar 2025 11:17
- Mənim xəbərim yoxdur, yalan məlumatlardır
28 yanvar 2025 22:22
- Türkiyə parlamentinin deputatı, erməni Qaro Paylanın anti-Azərbaycan bəyanatları…
02 fevral 15:23
- Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK
02 fevral 14:55
- ƏHD Partiyasının Baş katibi vəfat edib
02 fevral 14:03
- SON DƏQİQƏ! Əhməd əş-Şara Türkiyəyə gedir – İLGİNC DETALLAR
02 fevral 12:49
- Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik etdi
02 fevral 12:41
- Rusiyanın itkiləri 840 MİN NƏFƏRİ keçdi – Siyahı
02 fevral 12:30
- Azərbaycan Pakistana 2 milyard dollar sərmayə yatıracaq
02 fevral 11:34
- Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?
02 fevral 00:59
- Bu gün Gənclər Günüdür
02 fevral 00:12
- Gömrükdəki 70 minlik malı məhv edildi, 2 dəfə dələduzluqla üzləşdi TƏFƏRRÜAT
01 fevral 22:18
- Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ
01 fevral 22:09
- Hikmət Hacıyev İrana GETDİ - Mühüm görüşlər keçirdi FOTO
01 fevral 21:54
- Müəllimimiz Məmməd Yaqubovun doğum günüdür
01 fevral 21:01
- Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı
01 fevral 19:59
- Öcalan yaxın günlərdə bəyanat yayacaq
01 fevral 19:39
- Bakıda 12 yaşlı qız dəm qazından zəhərlənərək ölüb
01 fevral 19:29
- Azərbaycanda MEYİTLƏRİN yandırılması üçün mərkəzlər yaradılacaq - Video
01 fevral 19:16
- Bu kişi 60 ildir yatmır - DƏHŞƏTDİR...dözülməzdir...
01 fevral 17:49
- İlyas İsmayılovun vəziyyəti necədir? - Partiyasından açıqlama
01 fevral 17:36
- Kiyev Bakını Vardanyanı cəzalandırmağa çağırdı
01 fevral 17:09
- Şumerlər: Tarixin ən böyük sivilizasiyalarından birinin açılmayan sirri
01 fevral 12:25
- Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? (FOTOLAR)
01 fevral 12:16
- Rus dilli məktəblər ləğv olunmalıdır?- Tənzilə Rüstəmxanlıdan yeni təklif
01 fevral 12:06
- ADU-nun professoru Şəfəq Abdullayevanın monoqrafiyası çapdan çıxıb
31 yanvar 22:44
- Günorta yuxusunun FAYDALARI - 13 dəqiqə yetərlidir
31 yanvar 21:23
- Sabahdan çörək bahalaşacaq
31 yanvar 20:47
- Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir
31 yanvar 20:11
- Veysəloğlu Şirkətlər Qrupu və -OBA- marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib
31 yanvar 19:58
- Rus məktəbləri bağlansınmı? - Bakı sakinlərindən OLAY kimi cavablar
31 yanvar 19:41
- Makron müəyyən dairələrin siyasi sifarişlərini yerinə yetirir - Deputat
31 yanvar 18:59