Çar Romanovun xələfi ola bilməyən kommunist Romanov – o, -mülayim Qorbaçov-a uduzmasaydı...

Fransanın 20-ci prezidenti Valeri Jiskar d'Esten (1974-1981) SSRİ rəhbəri Leonid Brejnevin siyasi xələfi olaraq Qriqori Romanovun adını çəkib. Bunu ona Polşa kommunistlərinin lideri Edvard Gerek deyib.
Onun Fransa prezidentinə dedikləri aşağıdakı kimi olub: “Brejnev hələ kifayət qədər sağlam olsa da, o, artıq özünə əvəz axtarmağa başlayıb və bu tamamilə təbiidir. Düşünürəm ki, onun kimi hədəfə aldığını bilmək sizin üçün faydalı olacaq. Təbii ki, bu, bizim aramızda qalmalıdır. Söhbət Qriqori Romanovdan gedir... O, hələ gəncdir, lakin Brejnev hesab edir ki, Romanovun təcrübə toplamaq üçün vaxtı olacaq və o, bacarıqlı insandır”.
Hələ 1972-ci ildə İtaliyanın baş naziri Culio Andreotti Moskvaya səfər edəndə onu qəbul edən hökumət başçısı Aleksey Kosıgin italiyalı qonağa deyib: “Unutmayın ki, SSRİ-nin gələcək siyasi həyatında əsas fiqur Romanov olacaq”.
Ancaq necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır.
Zamanın gərdişi Jiskar d`Esteni də, Gereki də, Kosıgini də, elə Romanovun özünü də aldanmış vəziyyətdə qoyub.
Bu necə baş verib? Uzun söhbətdir. Öncə qısaca Romanovun bioqrafiyasına baxaq.
Qriqori Vasilyeviç Romanov 7 fevral 1923 -cü ildə Novqodordda sadə ailədə doğulub. Onun Romanovlar sülaləsinə aiddiyyatı yoxdur. Hərçənd onların taxt-tacına yiyələnə, qırmızı rus imperiyasının başına keçə bilərmiş.
O, 1938-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, gəmiqayırma texnikumuna daxil olub. 1941-45-müharibəsində iştirak edib, rabitəçi olub. Müharibədən sonra SSRİ Gəmiqayırma Sənayesi Nazirliyinin Jdanov adına zavodunda işləyib. 1953-cü ildə qiyabi olaraq Leninqrad Gəmiqayırma İnstitutunu bitirb, mühəndis ixtisası alıb. 1954-1957-ci illərdə həmin zavodda partkom olub. Sonra Leninqradın Kirov rayon komitəsinin katibi, birinci katibi, Leninqrad şəhər komitəsinin katibi, vilayət komitəsinin ikinci katibi, 1970-ci il sentyabrın 16-dan 1983-cü il iyunun 21-dək Sov.İKP Leninqrad vilayət komitəsinin birinci katibi olub. Siyasi Büroya seçildikdən sonra o, dövlət rəhbəri postuna əsas namizədlərdən birinə çevrilib.
Romanov işlədiyi vəzifələrdə prinsipiallığı, təşkilatçılığı, işgüzarlığı ilə seçilib. Onun Leninqrada rəhbərlik etdiyi dövrdə şəhərdə 20 metrostansiya açılıb.
Brejnevin ölümündən sonra onu Moskvaya aparıblar və Mərkəzi Komitənin katiblərindən biri təyin ediblər. MK-nın rəhbərliyində Romanov SSRİ-nin hərbi sənaye kompleksi ilə bağlı məsələlərə nəzarət edib, onun rəqibi Mixail Qorbaçov isə kənd təsərrüfatına cavabdeh olub.
Andropov özündən sonra MK-nın baş katibi postuna Romanovun təyin edilməsini nəzərdə tuturmuş. Ancaq o, öləndə Siyasi Büronun ən nüfuzlu üzvü, xarici işlər naziri Andrey Qromıkonun səyi sayəsində baş katib vəzifəsinə ağır xəstə Konstantin Çernenko seçilib. Çernenkonun dövründə gizli əleyhdarları Romanovu gözdən salmaq üçün xarici mətbuatda belə bir məqalə dərc etdiriblər ki, guya Romanov qızına dəbdəbəli toy təşkil edib və qonaqlara yeməyi çariça Yekaterinanın dövründən qalmış, Ermitajda saxlanılan qab-qacaqdan istifadə edib, hətta boşqabların bir hissəsi sınıb. Georgi Poçeptsov qeyd edir ki, bu şayiə və ona əsaslanan məqalə DTK-nın təhriki ilə yayılıb və məqsəd Romanovu “vurmaq”, Qorbaçovu önə çıxarmaq olub.
Belə anlaşılır ki, bu fəaliyyət həlledici nəticə verib. Çünki Çernenko öləndə Siyasi Büro yenə Qromıkonun səyi ilə Qorbaçovu əvvəlcə dəfn komissiyasının sədri, sonra isə baş katib seçib. Birinci seçki zamanı Romanov Litvanın Palanqa şəhərində məzuniyyətdə olub. Çernenkonun ölümü haqqında ona 10 saat gec xəbər veriblər. Klaypedadan Moskvaya uça bilməyən Romanov Vilnüsə gedib. O, yalnız ertəsi gün Moskvaya gələndə görüb ki, iş işdən keçib, baş katibliyə digər namizəd olan Şerbitskinin ABŞ-də olmasından istifadə edən Qorbaçov hər şeyi düzüb-qoşub, Siyasi Büronun əksər üzvlərini öz tərəfinə çəkib.
Sonralar Romanov Amerika mediasına verdiyi müsahibədə bu seçkiyə toxunaraq deyib: "Heç kim Qorbaçovu ciddi hesab etmirdi, amma biz Moskvaya gələndə o, artıq bizi gözləmədən, Siyasi Büroda mövcud olan qaydaların tələbinə baxmayaraq, hər şeyi etmişdi. O, onların hamısı ilə gizli şəkildə sövdələşmişdi”.
Romanovun Qorbaçova uduzmasının səbəblərindən danışarkən güman ki, bunun əsas səbəbini onların xasiyyətlərində axtarmaq lazımdır. Romanov prinqipial partiyaçı olub, prinsipcə, Andropov kimi işləyəcək, Siyasi Büro üzvlərinin, nazirlərin, MK katiblərinin bir çoxu ilə tezlikıə vidalaşacaqdı. Qorbaçov isə yumşaq təbiətli, qılıqlı, sövdələşməyi bacaran adam olduğundan çoxları onunla ümumi dil tapmağın daha asan olduğunu düşünüb. Ona görə də Kremlin baş avtoriteti, Stalinin kadrı, vaxtilə Ruzveltlə, Çörçillə, Şarl de Qolla və 20-ci əsrin digər nəhəng siyasi xadimləri ilə işləmiş Qromıkonun Qorbaçova xeyir-dua verməsi “şahlıq quşunu” Mixail Sergeyeviçin xallı başına qondurub.
O isə hakimiyyətə gələndən üç ay sora Romanovu 62 yaşında “sağlamlığına görə” təqaüdə göndərib. “Səhhətində problem olan” Romanov ondan sonra 23 il yaşayıb və 2008-ci ildə, 86 yaşında vəfat edib.
Onu köhnə yoldaşlarından yalnız Rusiya prezidenti Boris Yeltsin unutmayıb. Yeltsinin əmri ilə Romanovun təqaüdünə əlavələr edilib.
Qromıko hakimiyyətin Qorbaçova ötürülməsini təşkil etdiyinə görə tezliklə peşman olub. Ancaq artıq gec idi.
SSRİ-nin dağılmasının əsas günahkarı kimi Qorbaçovun adı çəkilsə də, obyektiv tarixçilər qeyd edirlər ki, bu prosesin qarşısını Qriqori Romanov da ala bilməyəcəkdi. Ancaq hamı bir fikirdə yekdildir ki, Romanov SSRİ-nin dağılması prosesini ləngidə bilərdi. Necə? Əlbəttə ki, repressiya və qırğınlar yolu ilə.
Bizim ölkə onsuz da “mülayim Qorbaçov”dan çəkdiyini çəkdi, görün, iş başında “sərt Romanov” olsa, nə olardı. Çünki ermənilər onsuz da gec-tez Qarabağ uğrunda hərəkata başlayacaq, bizi də münaqişəyə çəkəcək, işə salacaq, Kremllə üz-göz edəcəkdilər.
Araz Altaylı, Musavat.com
- Qorxu və qisas
20 mart 2025 23:45
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 2025 00:01
- Əmisi oğlu ilə -parnik- salan nazirin pulu batdı – QALMAQAL
16 mart 2025 12:52
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 2025 23:47
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- Stalinin məktubları -Günəşin doğuşu- nu dayandırıb
11 mart 2025 15:21
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
8 mart 2025 17:04
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
8 mart 2025 16:26
- Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?
8 mart 2025 14:05
- MƏRCАN klinikasının həkimi Elman Əzimovun görüntüləri gündəm oldu- VİDEO
22 mart 00:23
- Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22 mart 00:05
- SON DƏQİQƏ! İstanbulda çoxminli etiraz mitinqi keçirilir – Əkrəm İmamoğluna azadlıq tələb edilir
21 mart 23:04
- Çinlə müharibəyə hazırıq - Trampdan ŞOK AÇIQLAMA
21 mart 22:32
- Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb
21 mart 21:36
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 21:12
- CHP qurultaya gedir
21 mart 20:16
- Uzunömürlü SABİQLƏR
21 mart 19:47
- SON DƏQİQƏ! Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapıldı
21 mart 18:17
- Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərdən biri də SAXLANILDI - DTX-dən ƏMƏLİYYAT
21 mart 16:18
- Novruz bayramı münasibətilə 897 məhbus Ə F V edilib
21 mart 15:49
- Putin Azərbaycan Prezidentini təbrik edib
21 mart 12:53
- Bu gün Beynəlxalq Novruz günüdür
21 mart 12:27
- Qar uçqununa düşən əsgərlərimiz... – Fotolar
21 mart 00:53
- Ermənistan rəsmisinin sensasion etirafı: Azərbaycanın iddiaları təsdiqləndi, gizlinlər üzə çıxdı
20 mart 23:58
- Qorxu və qisas
20 mart 23:45
- Prezident Mirziyoyevlə danışdı
20 mart 22:42
- Türk düşmənləri durduruldu
20 mart 16:51
- Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
20 mart 15:05
- İmamoğlu kimdir: Ərdoğanın əsas rəqibini zirvəyə və həbsə götürən ÖMÜR YOLU
20 mart 14:47
- Bakıda Kollecin direktorunu rüşvətə görə EŞŞƏK kimi döydülər
20 mart 14:20
- Hər gün REYHАN yeyin
20 mart 14:14
- Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
20 mart 13:58
- Mehdiyev 671 manat borca görə vətəndaşı məhkəməyə verdi
20 mart 13:29
- Azərbaycanda Novruz bayramıdır
20 mart 12:49
- Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - Foto
20 mart 12:33
- Bakcell DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!
20 mart 12:18
- 20 Yanvar stansiyasında törədilən terror aktından 31 il keçir
19 mart 22:28
- NАR-ın dəstəyi ilə -Breyn Rinq-in yeni mövsümü başlayır
19 mart 22:27
- CHP İmamoğluna görə təcili toplanır - Türkiyədən AÇIQLAMA
19 mart 11:33