Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
Azərbaycanın biznes ictimaiyyəti “Sahibkarlar Günü”nü qeyd etdi
"Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Məlum olduğu kimi 22 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 9 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü” kimi qeyd olunur.
"Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də "Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda Konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov (video müraciət), əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfəyə görə bir qrup sahibkar mükafatlandırılıb.
Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb.
"Sahibkar günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən Konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayevin çıxışı
Hörmətli Konfrans iştirakçıları, xanımlar və cənablar!
Sizi Azərbaycan Sahibkarlar Konfederasiyası adından ürəkdən salamlayıram!
Azərbaycan Respublikasının hazırkı dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsası xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, Fərman və Sərəncamlar verməsi, dövlət proqramlarının qəbul edilməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.
Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və 14 may tarixində xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramları təsdiq olunmuşdur.
Məhz bu görüşlərin azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi qeyd olunur.
Ötən illər ərzində Azərbaycanda iqtisadiyyatın dayanıqlığı üçün sahibkarlığın inkişafı prioritet istiqamət kimi ölkə Prezidentinin diqqət mərkəzində olmuş və bu sahədə mühüm uğurlar əldə edilmişdir.
Azərbaycanda biznesin, sahibkarlığın inkişafı, biznesə münbit şəraitin, dövlət təşviq mexanizmlərinin yaradılması, xüsusən də 44 günlük Vətən müharibəsindəki və 23 saatlıq lokal antiterror əməliyyatındakı qələbəmiz biz sahibkarların işləmək əzmini daha da artırıb.
Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.
Ölkə Prezidenti çıxışlarının birində yerli sahibkarlara müraciət edərək demişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Bu gün biz deyə bilərik ki, Azərbaycan sahibkarları bunu öz gündəlik işilərində daim hiss edirlər.
Belə ki, son illərdə dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da artmışdır. Təchizat zəncirində yaranmış problemlər, həmçinin enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin artması qlobal inflyasiyanın yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur. Qeyd edilən proseslər fonunda Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam etmişdir.
Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2024-cü ilin ilk üç ayında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, xüsusilə iqtisadiyyatın qeyri neft-qaz sektorunda 7 faizə yaxın artım müşahidə olunmuşdur. Bu dövrdə qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 4,8 faiz artmış, əsas kapitala yönəldilmiş investisiyaların 80 faizini daxili investisiyalar təşkil etmişdir ki, bu da ölkədə sahibkarlığın inkişafının real göstəricisidir.
Ölkədə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlər əldə edilmiş, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin formalaşması, iri şəhərlərlə yanaşı regionlarda da sahibkarlığın inkişafına münbit şərait yaranması nəticəsində özəl bölmənin Ümumi Daxili Məhsulda payı 83,5 faiz, məşğulluqda payı isə təqribən 78 faiz təşkil etmişdir.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2023-cü ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır.
Belə ki, Fiç Reytinq beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini müsbət qiymətləndirərək, proqnozun "sabit”dən "pozitiv”ə doğru yüksəldiyini bildirmişdir.
Məlum olduğu kimi, bu ilin fevral ayında keçirilmiş növbədənkənar prezident seçkilərində azərbaycan sahibkarları öz seçimini etmiş və seçkilərdə birmənalı olaraq cənab İlham Əliyevə səs vermişlər.
Çünki keçən 20 il sübut etdi ki, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, etimad və etibar ünvanı saydığı rəhbərdir.
Prezident seçkiləri başa çatdıqdan sonra cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkəmizdəki biznes mühiti barədə qeyd etdi ki, "Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.”
Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Öz ətrafında minlərlə sahibkarlıq subyektini, iqtisadi və sosialyönümlü assosiasiya və ittifaqları birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Konfederasiya 15 daimi komissiya, xarici ölkələrdəki 26 nümayəndə və respublika üzrə 48 rayonda olan nümayəndə ilə təmsil olunur.
Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Hökumətin tərəfdaşı kimi, Azərbaycan Sahibkarlar Konfederasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
Hörmətli tədbir iştirakçıları,
Məlum olduğu kimi, iqtisadiyyatın dayanıqlı inkişafı üçün ölkədə aparılan işlər arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi xüsusi uğur kimi qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Təşkilatda özəl sektoru Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil edir.
Təsadüfi deyil ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir.
Odur ki, ölkə başçısının sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənmişdir.
Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür və Azərbaycan sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə dəstək verməyə hazırdır.
Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq Şuralarıdır. Hazırda Konfederasiyanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şuraları fəaliyyət göstərir. Bu Şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir.
Bütün bunlarla yanaşı Azərbaycan Sahibkarlar Konfederasiyası hər il beynəlxalq əlaqələr sahəsində işini təkmilləşdirir və müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq imkanlarından istifadə edir. Belə ki, Konfederasiya Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Türk Ticarət və Sənaye Palatası, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi və digər təşkilatlarda yüksək səviyyədə ölkəmizi təmsil edir.
Hörmətli Konfrans iştirakçıları,
Bu il yaranmasının 25 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq.
Əminik ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılmasında ümumilikdə isə iqtisadiyyatımızın inkişafında mühüm rol oynayacaqdır. Bu istiqamətdə qət edəcəyimiz yolda dövlət-özəl birliyi öz töhfəsini verməkdə davam edəcəkdir.
Hər birinizi Sahibkarlar günü və 25 illik yubileyimiz münasibətilə ürəkdən təbrik edir, Konfransın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm!
Oxşar xəbərlər
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 2024 23:22
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Almaniyada MATƏM elan edildi
21 dekabr 2024 23:38
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya