AZAD QARADƏRƏLİ QUYRUQ DOĞDU
![](https://www.nuh.az/uploads/posts/2022-08/thumbs/big_1659728711_quyr.jpg)
AZAD QARADƏRƏLİ
QUYRUQ DOĞDU,
yaxud quyruq dondu deyimlərinə bir ötəri baxış
Kamran Məhərrəmliyə
Bu barədə, bir neçə dəfə yazmışam, radioda dönə-dönə veriliş hazırlamışam deyə, çalışacağam ki, məsələni qısa kəsim.
Radioda yeni işləyən vaxtlarım idi. Baş redaktorumuz Eldar Baxış xəstələnmiş, xəstəxanaya düşmüş, sonra da o məşum zəhərlənmədən vəfat etmişdi. Bir növ başsız qalmışdıq. Müvəqqəti də olsa, baş redaktorun vəzifəsini müavin Qaçay Köçərli icra edirdi.
Bir gün Qaçay müəllim bizi toplayıb bir neçə məsələdən danışdı, sonra elan etdi ki, bəs, indiyə qədər səhv yazmışıq, “quyruq doğdu” deyil, “quyruq dondu” olmalıdır və bu barədə fikri qətidir. Qarşıdan quyruq doğan günlər gəlirdi və tapşırdı ki, uşaqlara bu barədə səhih məlumat verin.
Hamı mənə baxdı. Yəni, sən nə düşünürsən?
Qaydaya görə, baş redaktorun vəzifəsini icra edənin dediyini müzakirə etmirlər. (Yəni bizim ölkədə belə bir xəstəlik hökm sürüb, sürür və sürməkdədir: rəhbər desə ki, qatıq qaradır, sən denən lap zil qaradır. Türkiyə türkləri demişkən, malesef, bu yolxucu xəstəlik karona virusdan da qorxuludur və elə onun kimi yayğındır.)
Mən isə bildirdim ki, “quyruq doğdu” bir xalq sözüdür və min illərdir ki, bütün türk xalqlarında bu gələnək var. “Quyruq doğdu” adi deyim deyil, bir astronomik vahiddir: quyruq doğanda, yəni avqustun 6-da yay yarı olur. İlk balı onda süzürlər, küləşi tarladan yığışdırır, yay şumu aparırlar. Axar sular sərinləyir, gecələr otların üzərinə şeh düşür. Quzuları qırxar, yaylaqdan bir az aşağılara enmək hazırlığı aparılır. Deyilənə görə, quyruq doğandan sonra dəvələr yaylaqda üzü arana yatarlar... O ki qaldı “quyruq dondu” deyiminə, bu, sadəcə, onun izahlarından biri ola bilər və s... Hə, bir də Firidun bəy Köçərli, Həsən Bəy Zərdabi kimi mütəfəkkirlərimiz “Quyruq doğdu” yazıblar, elə bilirəm ki, biz də bu cür yazmalıyıq...
Müzakirə böyük mübahisəyə səbəb oldu, sonra da az qala qanqaraçılığına dönəcəkdi...
Allah Qaçay müəllimə rəhmət etsin. Özünəməxsus şeirlər yazardı, baxmayaraq ki, şeir estetikası baxımından baxışlarımızda fərqlər vardı, amma kişinin də klassik üslubu və müəyyən dairədə oxucuları mövcud idi. Və o romantika dolu 90-lardan gəlmə bir yaxşı adət vardı ki, yeni sözlər yaratmaq, əcaib söz və ifadələrdən qurtulmaq, rus və ərəb dillərindən gəlmə bir çox ağır ifadələrə əlvida demək kimi mətləblər də daxil, hər deyimə şübhə ilə baxır, yenisini yaratmağa cəhd edirdilər. Bunlar yaxşı hal olsa da, bəzən aşırı romantika üzündən səhvlərə də aparıb çıxarırdı...
(Açığı, o inqilabi-romantika dolu günlərin xiffətini hərdən çəkirəm. Nə olaydı, bir gün hamımızı yığıb deyəydilər ki, milli soyadlarımızı bərpa edirik, sabahdan hamı –ov, -yev şəkilçisi əvəzinə -lı,-li,-lu, -lü soyadına keçir! Və bir də deyəydilər ki, sabahdan dilimiz Azərbaycan türk dili adlandırılır! Və bir də...)
Bir neçə gün sonra mənim uşaqlar üçün yazdığım bir neçə kiçik hekayəni rəhmətlik Əhəd Muxtar “Şəhriyar” qəzetində çap etmiş, mənə də bir nüsxə qəzet və müəyyən miqdarda qonarar da gətirmişdi. O, qəzetdən birini də Qaçay müəllimə verib getdi. Kişi qəzeti vərəqlədi və mənim uşaqlar üçün yazdığım “Məhsətinin nağılları” silsiləsindən hekayələri, o cümlədən “Quyruq doğdu” hekayəmi oxudu, bir siqaret yandırdı, bir qədər dəhlizdə gəzişdikdən sonra içəri girib əlini mənə uzatdı, dedi:
-Sən haqlısan. “Quyruq doğdu” olmalıdır. Bu hekayəni “Günlərin bir günü” verilişinə salacam...
(“Günlərin bir günü” uşaqlar üçün ədəbiyyat proqramı idi və Qaçay müəllim yazır, o vaxt balaca uşaq olan Bəxtiyar Səxavətoğlu – mərhum müğənni Səxavətin oğlu - aktyorlardan biri ilə aparırdı.)
İçimdə bir fərəh vardı. Ona görə yox ki, məndən yaşlı adamı fikrindən döndərə bilmişdim, ona görə ki, qatığın qara olmadığını vəzifəli adama və onun tabeliyindəkilərə inandıra bilmişdim...
O ki qaldı o hekayəyə...
O uşaq hekayəsi budur...
QUYRUQ DOĞDU
(“Məhsətinin nağılları” silsiləsindən)
Avqustun əvvəlləri idi. Yaylaqda havalar soyumağa başlamışdı. Bir gün bizə qonaq gələn çoban Qələndər dedi:
-Həəə, havalar soyuyur yavaş-yavaş. Quyruq ki, doğdu, yaylaqda, elə aranda da hava sınar, istilər səngiyər...
Çoban gedən kimi Məhsəti yaxamdan yapışdı ki, bəs “quyruq doğdu” nə deməkdir?
Mən nə qədər çalışsam da, onu başa sala bilmədim. Sonra onu dürüst bilgiləndirmək üçün meşəyə yollandım.
Palıd ağacının yarpaqları üzərində qoyun quyruğuna oxşayan, ağ-çəhrayı rəngə çalan qovucuqları qırıb alaçığa döndüm. Sonra Məhsətini yanıma çağırıb dedim:
-Quzum, bax, avqustun əvvəllərində palıd yarpağı üzərində qoyun quyruğuna bənzəyən belə şeylər əmələ gəlir. Bir də səmada bu vaxtlar quyruqlu ulduz görünür. Buna görə “quyruq doğdu” deyirlər. Bir də deyirlər ki, bu günlərdə havalar soyumağa başladığı üçün, dağ yerində quyruq yağı donur. Ona görə bəzi yerlərdə buna “quyruq dondu” deyirlər.
Məhsəti üstü “quyruqlu” palıd yarpaqlarına baxa-baxa dedi:
-Ata, day bəsdi yaylaxda qaldıx, gedək arana, evimizə.
Mən təəccüblə soruşdum:
-Niyə mənim balam, axı aran hələ istidir?
O, başını bulayıb dedi:
-Yox, ata, gedək. Qoyunlarımızın quyruğu donar axı...
- Qusarın icra başçısı o oldu
8 iyul 2024 19:10
- Prezidentin Beyləqana təyin etdiyi icra başçısı kimdir? - DOSYE
8 iyul 2024 18:01
- Həbsdə olan vəkilə SÜNBÜLƏ xanım məhkəmə zalından azadlığa buraxıldı
8 iyul 2024 11:51
- 40 min məhbusu AZAD EDİLƏCƏK
8 iyul 2024 11:40
- Mircəfər Bağırovun evlilik təklifini rədd edən qadın - İlk pianoçumuz niyə güllələnmişdi?
7 iyul 2024 17:57
- ZƏNGİLANDA QALAN DÜNYAM
6 iyul 2024 23:02
- Vahid Əhmədovun prokuror oğlu işdən çıxarıldı
6 iyul 2024 19:58
- General-polkovnik vəzifəsindən AZAD EDİLDİ - Yeni komandan o oldu
5 iyul 2024 21:03
- Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
5 iyul 2024 12:35
- Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi? - Sonuncu seçkimdir
5 iyul 2024 12:22
- Azərbaycan niyə düyünü Pakistandan yox, Hindistandan alır?
08 iyul 22:28
- Azərbaycan niyə düyünü Pakistandan yox, Hindistandan alır?
08 iyul 22:28
- Müsavat Partiyası seçkiyə bu namizədlərlə gedir
08 iyul 21:59
- Prezident onlara diplomatik rütbələr verdi - Siyahı
08 iyul 19:21
- Qusarın icra başçısı o oldu
08 iyul 19:10
- Prezidentin Beyləqana təyin etdiyi icra başçısı kimdir? - DOSYE
08 iyul 18:01
- Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE
08 iyul 17:55
- Onun TƏQAÜDDƏ olan vaxtıdır - SÜPÜRGƏÇİNİ maşın vurub öldürüb
08 iyul 12:02
- Həbsdə olan vəkilə SÜNBÜLƏ xanım məhkəmə zalından azadlığa buraxıldı
08 iyul 11:51
- 40 min məhbusu AZAD EDİLƏCƏK
08 iyul 11:40
- Deputat həbs olundu
08 iyul 11:33
- AQTA-nın göz yumduğu dəhşətli cinayət - partiya lideri həyəcan təbili çalır...
08 iyul 11:02
- VİTSE-SPİKER İCRA BAŞÇISI TƏYİN OLUNUR – Prezidentin sərəncamı gözlənilir...
08 iyul 10:43
- Pezeşkian keçmiş İran prezidentləri ilə görüşdü - FOTO
08 iyul 10:25
- Bakıda avtomobillərin çoxalması rifah səviyyəsinin yüksəkliyi ilə bağlıdır - Duputat
08 iyul 01:40
- Padla Qəzənfər-in bacısı, ilk qadın nazirimiz Ayna Sultanova niyə güllələndi? – VİDEO
08 iyul 01:22
- Marketlərdə satılan bu yağlar ömrü qısaldır - Bir çox ölkələrdə satışı qadağan olunub
08 iyul 01:07
- Yatmazdan öncə balqabaq tumu yeməyin 15 faydası
08 iyul 00:58
- Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR?
08 iyul 00:28
- 25 TON YABANI ÇƏTƏNƏ OLAR? Şəmkirdə 25 tona yaxın çətənə bitkisi məhv edilib
07 iyul 22:08
- Satışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı
07 iyul 21:54
- İranda prezident seçkisinin nəticələri rəsmən TƏSDİQLƏNDİ
07 iyul 21:47
- Evi qanunsuz sökülən qadınla bağlı yeni xəbər
07 iyul 21:39
- Azərbaycanda İLK DƏFƏ - Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”
07 iyul 19:41
- Xoyskinin Rəsulzadəyə MƏKTUBU - Bu əraziləri ermənilərə vermək...
07 iyul 19:27
- Afrikanın üç ölkəsi birləşərək KONFEDERASİYA yaradır
07 iyul 19:14
- Dənizdə batan qadını XİLAS elədi və özü BOĞULDU
07 iyul 19:01
- Gürcüstanda, Ermənistanda BENZİN UCUZLAŞDI
07 iyul 18:32
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
07 iyul 18:01
- Mircəfər Bağırovun evlilik təklifini rədd edən qadın - İlk pianoçumuz niyə güllələnmişdi?
07 iyul 17:57