Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - Fotolar

Bəhreynin kralı Həməd bin İsa Al Xəlifə Krallıqda səfərdə olan Heydər Əliyev Fondunun nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Leyla və Arzu Əliyevalar ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub.
Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini bir daha kral Həməd bin İsa Al Xəlifəyə çatdırıb.
Kral Həməd bin İsa Al Xəlifə Azərbaycanın və Prezident İlham Əliyevin regionda və dünyadakı nüfuzunu xüsusi qeyd edərək ölkəmizdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.
Həməd bin İsa Al Xəlifə Bakıda keçirilən COP29 tədbirinin uğurla təşkili münasibəti ilə bir daha Azərbaycanı təbrik edib və ölkəmizin beynəlxalq tədbirlərə daim yüksək səviyyədə ev sahibliyi etdiyini, bu beynəlxalq layihələrin həyata keçirilməsinə Azərbaycanın göstərdiyi müntəzəm dəstəyi xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan və Bəhreyn arasında davam edən siyasi dialoqun iqtisadiyyat və mədəniyyət sahələrində də əməkdaşlığa təkan olduğu bildirilib. Qeyd edilib ki, MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin bir aya yaxın müddətdə paytaxt Manamada təqdim olunması ölkələrimiz arasında sıx mədəni əlaqələrin mövcudluğuna bariz nümunədir. 2024-cü ildə Bakıda Heydər Əliyev Mərkəzindəki təqdimatından sonra Bəhreyn bu beynəlxalq layihəyə ev sahibliyi edən ilk ölkədir. Bildirilib ki, mədəni layihələr Azərbaycan və Bəhreyn arasında dövlət səviyyəsində mövcud əlaqələrin daha da genişlənməsinə, xalqlarımız arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən beynəlxalq layihələrinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi humanitar layihələr, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Fondun təhsil və mədəniyyətin inkişafı üzrə layihələrdəki fəalliyyətləri xüsusi vurğulanıb.



- Xocalı soyqırımından 33 il ötür
26 fevral 2025 00:08
- Onlar bu cür vəhşiliklərlə xalqımızı qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdılar
25 fevral 2025 23:49
- İcra başçısı olmaq istəmirdim... - Yarım milyon itirən iş adamı
25 fevral 2025 22:49
- Stalin ABŞ-a belə -аtıbmış- : 11,3 milyard əvəzinə 700 milyon
25 fevral 2025 22:22
- Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib - FOTO
25 fevral 2025 22:13
- Türkiyə Böyük Millət Məclisində Xocalı Soyqırımı ilə MÜHÜM TƏDBİR keçirildi - FOTOLAR
25 fevral 2025 20:27
- Qorbaçovun erməni köməkçisi öldü
25 fevral 2025 18:09
- Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?
25 fevral 2025 18:01
- Ölkəni sarsıdan terrorun 28-ci ili – Ziya Bünyadova qarşı cinayətin tarixçəsi
25 fevral 2025 16:42
- Ukrayna parlamenti Zelenski ilə bağlı qərar QƏBUL ETDİ
25 fevral 2025 14:58
- Xocalı soyqırımından 33 il ötür
26 fevral 00:08
- Onlar bu cür vəhşiliklərlə xalqımızı qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdılar
25 fevral 23:48
- Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - Fotolar
25 fevral 22:59
- İcra başçısı olmaq istəmirdim... - Yarım milyon itirən iş adamı
25 fevral 22:49
- Stalin ABŞ-a belə -аtıbmış- : 11,3 milyard əvəzinə 700 milyon
25 fevral 22:22
- Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib - FOTO
25 fevral 22:13
- Fərid Əsgərov Bəylər Əyyubova müavin təyin edildi
25 fevral 20:56
- Türkiyə Böyük Millət Məclisində Xocalı Soyqırımı ilə MÜHÜM TƏDBİR keçirildi - FOTOLAR
25 fevral 20:27
- Dünyanın ən GÜCLÜ pasportları: Azərbaycan neçəncidir?
25 fevral 18:15
- Qorbaçovun erməni köməkçisi öldü
25 fevral 18:09
- Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?
25 fevral 18:01
- Milyonlarla borc - Talıbovlar hakimiyyətindən qalıb?
25 fevral 17:50
- Ölkəni sarsıdan terrorun 28-ci ili – Ziya Bünyadova qarşı cinayətin tarixçəsi
25 fevral 16:42
- Niyazi Mehdinin ayağı amputasiya ediləcək
25 fevral 16:32
- Gəncədə şok hadisə: Əlindəki ziyili götürtmək istədi, şoka düşərək öldü
25 fevral 16:16
- Ukrayna parlamenti Zelenski ilə bağlı qərar QƏBUL ETDİ
25 fevral 14:58
- Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq
25 fevral 13:22
- Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum oldu
25 fevral 12:46
- Bu gün Su çərşənbəsidir
25 fevral 00:23
- Xeyli adam qırdım, Azərbaycanda məni axtarırlar -VİDEO
24 fevral 23:51
- Tramp yaxın zamanda Zelenski ilə görüşə bilər
24 fevral 23:31
- BMT Rusiya əleyhinə qətnamə qəbul etdi
24 fevral 22:53
- Kəmaləddin Heydərov zəng edib dedi ki... – Qədir Rüstəmovun xanımı...
24 fevral 22:27
- Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət edib
24 fevral 22:14
- Ərdoğan Lavrovu qəbul etdi
24 fevral 16:30
- Uşağını unitaza atan qadına 15 il həbs cəzası verildi
24 fevral 16:21
- Jukov haqqında həqiqətlər – Marşal doğrudan da talançı olub, Almaniyadan 19 vaqon qənimət gətirib
24 fevral 15:15
- Əli bəy Hüseynzadənin doğum günüdür
24 fevral 14:51
- Müşahidə etdik ki, qonşularımızın irəli getməsinin səbəbi qəzetlər, kitablar, məktəblər və teatrlar imiş
24 fevral 14:27
- Sabah 25 dərəcəyədək şaxta olacaq
24 fevral 14:16