Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 9 milyon 934 min 931 manat 61 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Qeyd edək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
2023-cü ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.
“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.
- Məni neçə dəfə öldürmək istəyiblər, deyiblər ki, ay köpəkoğlu, bura gəl - “Fəryad” filminin Xoreni
23 fevral 2025 14:20
- Niyə yumurtanı qəhvə və ya çayla yemək olmaz? - CAVAB
23 fevral 2025 12:12
- Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək
23 fevral 2025 11:44
- Bakıda yas yerində ehsan yeyən kişi boğulub öldü
22 fevral 2025 21:30
- AĞILLILAR VƏ AĞILSIZLAR - Nadir Qocabəyli
21 fevral 2025 14:33
- Heydər Əliyev gənc yaşlarınızda sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin edib
20 fevral 2025 20:13
- Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA +FOTOLAR, VİDEO
20 fevral 2025 18:36
- Həbsdə olan bəstəkarla bağlı yeni xəbər: Avropa Məhkəməsi işə qarışdı
19 fevral 2025 19:27
- General Mədət Quliyevin oğlu yenə soyundu: İndi də şalvarı -yoxa çıxıb- FOTOLAR
19 fevral 2025 13:23
- Prezident və birinci xanım Ağdama səfər edib (YENİLƏNİB)
18 fevral 2025 15:18
- Bu məhsul 10 manat bahalaşdı
24 fevral 00:47
- Lavrov Türkiyədə
24 fevral 00:32
- Hökumənin həyat yoldaş: Allah onu cənnətə apardı - VİDEO
24 fevral 00:07
- Bakıda lükə düşən gənc qızı vətəndaşlar xilas etdi - Video
23 fevral 23:39
- Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə gediblər? – Tam siyahı
23 fevral 23:03
- Fransa və Britaniya Ukraynaya 30 min hərbçi göndərmək istəyir
23 fevral 22:52
- Bərdədə 17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır
23 fevral 22:18
- Avropanın ən böyük orduları Ukraynada və Türkiyədədir - Zelenski
23 fevral 21:44
- Sabah bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək
23 fevral 21:10
- Türkiyə MİT Trotski ilə bağlı məxfi sənədləri yaydı - Erməni agentin ifşası - FOTO
23 fevral 20:13
- Zelenskidən MÜHÜM AÇIQLAMALAR: Baydenlə razılaşmışdıq ki..."
23 fevral 20:06
- Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib
23 fevral 19:09
- DƏHŞƏTLİ - Vahiməli ənənə: Ölüləri ilə birlikdə yaşayırlar- FOTOLAR
23 fevral 18:44
- Ərdoğan yenidən AK Partiyanın sədri SEÇİLDİ
23 fevral 18:33
- Bələdiyyə sədri : Arvadı mühasib, qardaşı oğlu müavin
23 fevral 17:36
- Rektor tələbələri ilə -bənövşə- oynadı - VİDEO
23 fevral 17:26
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
23 fevral 16:11
- Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı- 10 min alıb...
23 fevral 15:00
- Məni neçə dəfə öldürmək istəyiblər, deyiblər ki, ay köpəkoğlu, bura gəl - “Fəryad” filminin Xoreni
23 fevral 14:20
- Məhərrəmlik ayı bu tarixdə başlayacaq - TƏQVİM AÇIQLANDI - FOTO
23 fevral 13:40
- Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
23 fevral 13:36
- Prezident Yoxan Eliaşı qəbul etdi
23 fevral 12:45
- Zelenski zəmanəmizin Çörçilidir... Tramp isə heç də dəli deyil... –Saakaşvili video-müraciət etdi
23 fevral 12:19
- Niyə yumurtanı qəhvə və ya çayla yemək olmaz? - CAVAB
23 fevral 12:12
- Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək
23 fevral 11:44
- Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?
23 fevral 11:36
- Bərdədə yasda kütləvi zəhərlənmə olub - Yenilənib
23 fevral 11:11
- Erməni generaldan Xocalı ETİRAFI - GÖRÜN NƏLƏR DEDİ
23 fevral 11:03
- İlahi rəhmət mövsümü...
23 fevral 02:18
- Müdafiə naziri dünyanın ən hündür göydələnindən paraşütlə atıldı - ANBAAN VİDEO
23 fevral 02:02