Rektoru öldürən Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Hakim Fərid Əyyubovun sədrliyi ilə bu gün keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.//APA
- PKK-nın daha bir qolundan ÇAĞIRIŞ
3 mart 2025 00:26
- Biləsuvarda internet MODEMİNİN alışması evi külə döndərdi
2 mart 2025 22:03
- Qazaxıstanda bir ailənin 7 üzvü, 5 uşаq qazdan zəhərlənərək ölüb
2 mart 2025 20:11
- Kardioloq təzyiq ilə bağlı təhlükəli mifi dağıtdı - Səhv bilirmişik
2 mart 2025 17:42
- Öcalanın müraciəti gözəl müraciətdir, amma real nəticəsi olmayacaq...
2 mart 2025 11:20
- Tramp ingilis dili ilə bağlı fərmanı imzaladı
2 mart 2025 10:37
- Azərbaycanda tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ
2 mart 2025 01:01
- SON DƏQİQƏ! Ukrayna Böyük Britaniya ilə ANLAŞDI - ŞOK MƏBLƏĞ
2 mart 2025 00:24
- Hərbi qulluqçumuz vəfat etdi
1 mart 2025 22:27
- PKK atəşkəs elan etdiyini açıqladı
1 mart 2025 11:48
- PKK-nın daha bir qolundan ÇAĞIRIŞ
03 mart 00:26
- Volodimir Zelenski Kral Çarlsla görüşdü
02 mart 23:39
- İftara xoruz kəsmək istəyən kişi həyatından oldu
02 mart 23:19
- Pezeşkian və Xamenei arasında fikir ayrılıqları yaranıb
02 mart 22:24
- Biləsuvarda internet MODEMİNİN alışması evi külə döndərdi
02 mart 22:03
- Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHI
02 mart 21:50
- Qazaxıstanda bir ailənin 7 üzvü, 5 uşаq qazdan zəhərlənərək ölüb
02 mart 20:11
- Avropa liderləri Ukrayna üçün Londonda - Fotolar
02 mart 19:50
- Bakıda xəstə daşıyan АMBULАNS АŞDI - Yaralılar var
02 mart 18:22
- Kardioloq təzyiq ilə bağlı təhlükəli mifi dağıtdı - Səhv bilirmişik
02 mart 17:42
- Azərbaycanda siyasətçi vəfat etdi
02 mart 13:37
- Bakıda hoteldə dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb
02 mart 13:22
- Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edib?
02 mart 11:32
- Öcalanın müraciəti gözəl müraciətdir, amma real nəticəsi olmayacaq...
02 mart 11:19
- Yazıçının oğlunun evdən qaçmasının günahkarı… - ŞOK AÇIQLAMA
02 mart 10:48
- Tramp ingilis dili ilə bağlı fərmanı imzaladı
02 mart 10:37
- Azərbaycanda tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ
02 mart 01:01
- SON DƏQİQƏ! Ukrayna Böyük Britaniya ilə ANLAŞDI - ŞOK MƏBLƏĞ
02 mart 00:24
- Dünyanın ən güclü orduları: 2025-ci ilin siyahısı - Azərbaycan neçəncidir?
01 mart 23:28
- Hərbi qulluqçumuz vəfat etdi
01 mart 22:27
- Berlində minlərlə insan Putinə qarşı KÜÇƏLƏRƏ AXIŞDI
01 mart 20:28
- SSRİ-də edam edilən yeniyetmələr - onlar tatuaja, valideynlərinə və qətllərə görə güllələniblər
01 mart 18:09
- Bir evə 1000 NƏFƏR ŞƏXSİ necə QEYDİYYАTА SАLMАQ OLАR ? )))
01 mart 16:55
- 13 qətlin üstü 20 İL SONRА açılıb
01 mart 16:32
- Günel Anarqızı: Atamın əsərlərini oxumağa vaxtım olmayıb
01 mart 15:36
- Zelenski dalana dirənib, Ukraynanı hərbi çevriliş xilas edəcək
01 mart 14:28
- Həşərat və böcəkləri Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq – Ölkələrin siyahısı
01 mart 14:08
- Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi
01 mart 13:02
- PKK atəşkəs elan etdiyini açıqladı
01 mart 11:48
- İlham ƏIiyev Barselona-nın prezidentini qəbul etdi
01 mart 11:36