Bu şəxslər SOSİAL YARDIM ala bilər - AÇIQLANDI
Son illər ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətlər xeyli artıb. Lakin vətəndaşların bir çoxu müraciətlərinin əksər hallarda imtina ilə nəticələnməsindən gileylənirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşların ünvanlı sosial yardım alması yalnız bu hallarda mümkündür:
“Ünvanlı dövlət sosial yardım "Ünvanlı sövlət sosial yardımı haqqında" qanuna əsasən verilir. Bu aztəminatlı ailələrə dövlətin göstərdiyi pul yardımıdır. Həmin vəsait ailələrə ehtiyac meyarı ödənmədikdə təyin olunur.
Qanuna əsasən, əsas ehtiyac meyarı həddidir. Yəni ailənin 12 ay ərzində ümumi gəliri adambaşına bölündükdə 350 manatdan aşağıdırsa, yerdə qalan hissəni dövlət ödəməlidir. Sosial yardımın verilməsi üçün mütləq şəkildə tələb olunur ki, vətəndaşın əmək fəaliyyəti olsun və ya fərdi qaydada sahibkar olaraq fəaliyyət göstərsin.
Bundan başqa, vətəndaş 1-ci qrup əlil olduqda və ailənin ehtiyacları ödənmədikdə, öhdəliyində 18 yaşına qədər əlilliyi təsdiqlənmiş övladı olduqda da sosial yardım təyin oluna bilir.
8 yaşına çatmamış uşağa qulluq etdikdə, ailənin əmək qabiliyyətli üzvü 23 yaşına qədər əyani şəkildə ali təhsil aldıqda, ailə üzvü məhkəmə qərarı ilə itkin düşmüş və ya ölmüş hesab olunduqda, şəxs öz gəlirləri barədə məlumatlar təqdim etməklə, ünvanlı sosial yardıma müraciət edə bilər”.
Ramil Süleymanov ünvanlı sosial yardımın alınması qaydaları və müraciət formasını da izah edib:
“Bununla bağlı, şəxs birinci növbədə yaşadığı ərazi üzrə icra hakimiyyəti orqanından və ya ASAN Xidmət mərkəzlərindən ailə tərkibi haqqında arayış götürür və həmin arayış notarial orqanda təsdiq edildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun nəzarətində olan sistem üzərindən lazım olan məlumat və sənədləri daxil etməlidir. Bu istiqamətdə yoxlamalar həyata keçirilir, məlumatlar dəqiqləşdirilir və şəxsin təqdim etdiyi məlumatlar təsdiqini tapdıqda ona 2 ay ərzində ünvanlı sosial yardımın ödənilməsi üçün müvafiq kart təqdim olunur. Həmin kart əsasında, vətəndaş ona təyin olunan vaxtdan 1 il ərzində dövlət tərəfindən təyin olunan məbləği almağa başlayır.
"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun 10.2-ci maddəsinə əsasən, şəxsin tədim etdiyi məlumatlar real vəziyyəti əks etdirmədikdə və ya sosial yardım aldığı zaman sonradan aşkar olunmuş məlumatlar şəxsin real vəziyyətini ifadə etmədikdə bu yardımın verilməsi dayandırılır. Son zamanlar ünvanlı sosial yardımın verilməsi bəzən əsassız olaraq imtina edilir. Vətəndaşlar bilməlidir ki, bu imtinanı rəsmi qaydada aldıqdan sonra 1 ay ərzində yaşadığı yer üzrə məhkəmə orqanında bunun mübahisələndirilməsini həyata keçirə bilər”.
- Ərini öldürdü, amma həbs olunmadı - Bakıda idmançının qətlinin TƏFƏRRÜATI
22 oktyabr 2024 10:29
- Narin Güranın qətlində yeni təfərrüat üzə çıxdı: Qatillərin cəzası bəlli oldu
22 oktyabr 2024 09:58
- ABŞ 4 ölkənin şirkət və fiziki şəxslərini qara siyahıya saldı - SƏBƏB
22 oktyabr 2024 01:48
- Ermənistan Konstitusiyasında nələr yazılıb? - Türkiyədən bu ərazilər, Naxçıvan və Gədəbəydən isə...
22 oktyabr 2024 01:30
- Qardaşı oğlu Fətullah Gülənlə bağlı NƏLƏR DANIŞDI
21 oktyabr 2024 21:41
- Ramiz Mehdiyev cinayət işindən danışdı
21 oktyabr 2024 21:33
- Bakıda içərisində sakinlər olan evi sökdülər DƏHŞƏTLİ VİDEO
21 oktyabr 2024 16:15
- Mehdiyevin dövründəki qanunsuzluqlarla bağlı - Cinayət işi açıldı
21 oktyabr 2024 15:13
- Jan Klod Van Dammın Qəbələdəki heykəli götürüldü - Səbəb açıqlandı
21 oktyabr 2024 12:54
- SON DƏQİQƏ! Fətullah Gülən ÖLDÜ
21 oktyabr 2024 11:23
- Bakıda məktəbin hasarı uçdu, dərslər dayandırıldı - Foto
22 oktyabr 12:22
- Milli Məclisdə SİQARETLƏ bağlı cərimə qəbul edildi - 700 MANAT CƏRİMƏ
22 oktyabr 12:14
- Eks-prezidentə RÜŞVƏTƏ görə 20 ildən çox iş verildi ))
22 oktyabr 12:04
- Hərbçimiz güllədən öldü
22 oktyabr 11:46
- Bu universitetə yeni prorektor təyin edildi
22 oktyabr 11:26
- Prezident MAN TruckBus şirkətinin baş direktorunu QƏBUL ETDİ
22 oktyabr 11:21
- Musa Qasımlı vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
22 oktyabr 11:14
- Ərini öldürdü, amma həbs olunmadı - Bakıda idmançının qətlinin TƏFƏRRÜATI
22 oktyabr 10:29
- Bağırov körpüsünü su basdı: Eldar Əzizov əraziyə baxış keçirdi - FOTO
22 oktyabr 10:12
- Narin Güranın qətlində yeni təfərrüat üzə çıxdı: Qatillərin cəzası bəlli oldu
22 oktyabr 09:58
- ABŞ 4 ölkənin şirkət və fiziki şəxslərini qara siyahıya saldı - SƏBƏB
22 oktyabr 01:48
- Ermənistan Konstitusiyasında nələr yazılıb? - Türkiyədən bu ərazilər, Naxçıvan və Gədəbəydən isə...
22 oktyabr 01:30
- Ət əvəzinə dil və qaraciyər yeyin – Superqidanın sirləri
22 oktyabr 01:14
- Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam - Tramp
22 oktyabr 01:02
- Gülənin ölümünü belə qeyd etdilər - Fotolar
22 oktyabr 00:27
- SSRİ-nin kosmosda həlak olan ilk kosmonavtı kim olub? –FOTO
21 oktyabr 23:07
- Cəfər MTK yanğın HOVUZU üzərində obyekt tikir- FHN, Nərimanov RİH hara baxır ?
21 oktyabr 22:04
- Qardaşı oğlu Fətullah Gülənlə bağlı NƏLƏR DANIŞDI
21 oktyabr 21:41
- Ramiz Mehdiyev cinayət işindən danışdı
21 oktyabr 21:33
- Xaricdən 3 manata gətirilən toyuq əti marketlərdə 2 DƏFƏ BAHA satılır – Qiymətlər
21 oktyabr 21:18
- Bakıda küçədə 2 BOMJ ÖLDÜ
21 oktyabr 20:55
- 400 min manat dövət vəsaitini mənimsəyən ŞAYBA (halqa ) şirkətinin rəisi məhkəməyə əsa ilə gəldi
21 oktyabr 20:43
- Dövlət ŞƏHƏRƏSALMA Komitəsi DƏHŞƏTLİ SÖKÜNTÜNÜ dayandırdı - VİDEO
21 oktyabr 20:01
- Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?
21 oktyabr 19:54
- General-mayor işdən çıxarıldı
21 oktyabr 19:27
- İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi
21 oktyabr 19:10
- Millət vəkili Qüdrət Həsənquliyev Şeyxülislam haqqında nəlır dedi - VİDEO
21 oktyabr 18:55
- Gömrük Komitəsi 59 MİN MANATA GÜL-ÇİÇƏK ALIR. Neylir ? ))
21 oktyabr 18:18
- Məktəbdə DİZ ÇÖK-məyən şagirdi ŞİKƏST ETDİLƏR - FOTO
21 oktyabr 17:44
- Bakıda içərisində sakinlər olan evi sökdülər DƏHŞƏTLİ VİDEO
21 oktyabr 16:15