Nizamülmülk –Zalımların ən yaxşısı (Portret yazılar)
Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb.
Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda “ilk kövrək addımları” barədə “Vəzirin tərcümeyi-halı” adlı bir kitabda yazılır: “Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: “Ey Həsən, yaman kökəlibsən”. Sonra nəyi varsa, əlindən alıb deyərdi: “Sən katibsən, qələmin sənə bəsdir”. Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı”. Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s. dərindən öyrənmişdi. Dövlət işləri üçün önəmli fəaliyyətləri olsa da, öz məqsədinə çatmaq üçün heç bir tədbirdən, yeri gələndə xəyanət və cinayətlərdən də çəkinmirdi. Nəhayət, öz rəqiblərini bir-bir vuraraq vəzirliyə kimi yüksəldi.
Nizamülmülk və Həsən Sabbah
Səlcuqlu türklərin böyük, ədalətli və əzəmətli dövlətində özünə yer tutmaq üçün fars zadəganları xüsusi canfəşanlıq göstərirdilər. Hətta belə rəvayət var ki, Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxli yoxdur. Belə ki, Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə toqquşmalı olur. Məlumata görə, vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var, bunları üzə çıxarsa, özünə yaxşı mövqe qazana bilər. O, saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuz qazanmışdı. Amma bu, Nizamülmülkdə qısqanclıq doğurur. Bir gün Sabbah sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır. Təcrübəli Nizamülmülk yoxlamaya altı ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə iki həftə vaxta bu işi çözəcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu demək idi. Ona görə o, yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqda onu xəbərdar edir, sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan qeyzlənən Həsən əvvəl Misirə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrror təşkilatı yaradır və səlcuqilərə qarşı mübarizə aparır. O, türklərlə mübarizə üçün çox orijinal metod seçir: elan edir ki, türklər Adəmdən əmələ gəlməyiblər. Onlar cindən törəyiblər və onları və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. O, Nizamülmülkə də “borclu qalmır”. Ömrünün qoca çağlarında vəzir onun göndərdiyi terrorçunun əli ilə öldürülür. Bu barədə sonra.
Nizamülmülk atlı, hamı piyada
Nizamülmülk Səlcuqilər dövlətinin möhkəmlənməsi üçün əlindən gələni etsə də, fars aristokratlarını, öz yaxınlarını işə düzəltmək xüsusunda çox diribaş tərpənirdi. On iki oğlunun hamısına yaxşı vəzifə vermişdi. Bəzən onun əməlləri o qədər qabarıq olurdu ki, adamları qıcıqlandırırdı. Saraya şikayətlər gedirdi. Deyilənə görə, hətta bir dəfə Alparslan şah namaz qılan vaxtı qabağına imzasız bir şikayət məktubu atıblar. Məktubla tanış olan sultan Xacəni çağırıb belə deyib: “Əgər doğru söyləyirlərsə, əxlaqını düzəlt, iftiradırsa, onları bağışla və bu kimi şeylərə vaxt tapmamaları üçün mühüm işlərlə məşğul elə”. Amma Nizamülmülk bu böhrandan da çıxır.
11-ci əsrin sonuna doğru Səlcuqilərin nüfuzu daha da artmışdı. Məlikşah özünə vəliəhd seçmək qərarına gəlmişdi. Bu yandan da xəlifə Müqtədi hakimiyyətini möhkəmləndirmək üçün Məlikşahla qohum olmaq fikrinə düşmüşdü. Lakin xəlifənin vəziri 1082-ci ildə İsfahana gələndə şahın iki yaşlı oğlu Davud ölmüşdü. Bu səbəbdən bütün şəhər matəmə batmışdı. Türklər atlarının quyruğunu kəsmiş, yəhərlərini tərsiniə çevirmiş, qara geyinmişdilər. Qadınlar saçlarını yolurdular. Sultan günlərlə heç nə yemir, uşağı basdırmağa qoymurdu. Xəlifə bu xəbəri eşidəndə Bağdadda üç günlük matəm elan eləmişdi. Xəlifənin elçi gələn vəziri bu məsələni necə həll edəcəyini bilmədiyindən Nizamülmülklə məsləhətləşir. O isə vəziri Məlikşahın yox, baş hərəm Türkan xanımın yanına göndərir. Türkan xanım müəyyən şərtlərlə, xüsusən toyun səlcuq qaydası ilə keçirlməsi şərti ilə razılıq verir. O vaxt Nizamülmülkün qızın “hə” cavabının alınmasındakı xidmətləri xəlifə tərəfindən yüksək qiymətləndirilir. Bu barədə Nizamülmülk özü belə yazır: “Kəbin kəsiləcək gün Sultan əmr etdi ki, dünyanın hər yerindən dəvət edilmiş bütün əyan-əşraf xəlifənin hüzuruna piyada getsin. Xəlifə bunu eşitcək adam göndərib xəbər çatdırdı: “Nizamülmülk atlı, qalan hamı piyada gəlməlidir”. Xacə sonra yazır: “Alim və böyüklərin sayı qədər xələt gətirmişdilər.. Mənim xələtim çox naxışlı və bəzəkli idi. Üzərində yazılmışdı: “Dünyanın alim, adil vəziri Rəziyy (xoşbəxt) Əmirəlmöminin Nizamülmülkə”.
Vəzirin yuxusu
Nizamülmülkə göstərilən bu lütf, şübhəsiz, Məlikşahın qüdrət və əzəmətinə göstərilən hörmət idi. Səlcuqilər böyük bir imperiya yaratmışdılar. Alparslanın zamanında bu dövlət Amu Dəryadan Fərat çayına qədər uzanmışdı. Azərbaycan və Qafqazla yanaşı, Suriya və Fələstin də bu dövlətin ərazisində idi. Amma Xacənin də bu uğurlarda öz xidməti var idi. Nəticədə onda bir lovğalıq, təkəbbür hissləri baş qaldırır, batinində şeytani hisslər canlanır. Bu xüsusda onun yuxusu maraqlıdır: “Xəlifənin hüzurundan qayıdandan sonra gecə yatdım. Yuxuda gördüm ki, haman taxt daha uca bir yerdə qoyulub, əynimdə haman xələt, oturmuşam. Lakin tək-tənhayam. Dəhşət məni bürüdü. Birdən son dərəcə eybəcər və çirkin bir adam mənim yanımda, taxtın üzərində oturdu. Üfunətdən bağrım çatlayırdı. Bir az keçməmiş ondan da üfunətli bir başqası peyda oldu…”. Bu yuxunu o, dalbadal üç gecə görür. Hər səhər çoxlu sədəqə paylayır. Nəhayət, dördüncü gecə üzlərindən nur tökülən adamlar peyda olur, eybəcərlərsə yox olur. Xacə onlardan: “Siz kimsiniz, onlar kim idilər?” deyə soruşur. Belə cavab verirlər: “Biz sənin dünyadakı xoş əməllərin, onlar isə bəd əməllərin idi”.
“Ustadımın kefi necədir?”
Rəvayətə görə, Nizamülmülkün Mousili adlı bir ustadı olub. Xacə onu öz xidmətində saxlayar, münəccim kimi ondan faydalanar, tez-tez məsləhətləşər, mühüm işlərdə onun rəyini öyrənərmiş. Nəhayət, Mousili qocalır, taqətdən düşür və işləyə bilmədiyindən istefa verib Nişapurda öz evində yaşamağa başlayır. Onunla ayrılmaq Xacə üçün çətin olduğundan və ustadın sözünə son dərəcə inandığından getməzdən əvvəl Nizamülmülk ondan soruşur: “Ustad, deyə bilərsənmi, mənim ömrüm nə vaxt başa çatacaq?” Mousili deyir: “Mən öləndən altı ay sonra”. Bundan sonra o, Nizamülmülkə illik təqvim göndərər, ilin necə, nə üstündə təhvil olunacağını, hansı gün özünü necə aparmaq lazım gəldiyini yazarmış. Nizamülmülk onun uzun ömür sürməsi üçün xeyli təqaüd ayırır, çünki özünün ömrünün ondan asılı olduğunu düşünürdü. Nizamülmülk ustadının səhhəti ilə çox maraqlanırdı. Saraya Nişapurdan gələn olanda birinci sualı bu olurdu: “Mousili necədir?” Onun sağ-salamat olduğunu eşidəndə kefi kökələrdi. 1092-ci ilə qədər belə davam edir. Bu vaxt Nişapurdan bir adam gəlir. Xacə yenə ilk olaraq Mousilini soruşur. Nişapurlu baş əyib deyir: “İslam başçısının ömrü uzun olsun, Mousilinin ruhu göylərə pərvaz etdi”. Demə, onun ustadı altı aya yaxın müddət əvvəl dünyasını dəyişibmiş…
“Zalımların ən yaxşısı”
Nizamülmülk bu xəbəri eşidəndə çox kədərlənir. Demək, ölüm qapının ağzını kəsdirib. O, öz işlərini qaydaya salır. Torpaqlarını müxtəlif adamlara paylayır, qullarını azad edir. Borclarını qaytarır. Dostları, düşmənləri ilə görüşüb halallıq alır. Vəsiyyətnamə yazır. Bir sözlə, islam qaydası ilə ölümə hazırlaşan adamın edəcəyi hər işi görür. Ən maraqlısı isə onun o dövrəcən Şərqdə olmayan məhzər yazdırmasıdır. Məhzər indiki terminologiya ilə rəy sorğusu deməkdir. Bu dəftərdə hər kəs Xacə haqqında öz rəyini, düşündüklərini, onu necə insan hesab etməsini yazır. Nəhayət, dəftər gedib çıxır “Nizamiyyə” mədrəsəsinin rəhbəri Firuzabadiyə. Mədrəsə müdiri çox qısa şəkildə Nizamülmülkü belə xarakterizə edir: “Həsən xeyrüzzələmə” – yəni Həsən (Nizamülmülk) zalımların ən yaxşısıdır. Dəftər Nizamülmülkün əlinə çatanda oxuyur və Firuzabadinin sözlərinə çatanda deyir: “Böyüklərdən heç kəs onun qədər düz yazmayıb”…
Ustadının dediyi kimi də olur. Çox qısa zaman ərzində Nizamülmülk dünyasını dəyişir. Onun Həsən Sabbahın terrorçuları tərəfindən öldürülməsi fikri çox geniş yayılıb. Deyilənə görə, qatil Nizamülmülk camaatın içinə çıxanda məktub vermək adı ilə ona yaxınlaşıb və xəncərlə onu öldürüb.
“Siyasətnamə”dən parça
Padşahların Allah-taalanın verdiyi nemətlərin qədrini bilmələri haqqında
Xalqın dühası şahın dühası ilə birləşəndə ölkə möhkəmlənər, günü-gündən inkişaf edər, dövlət qapıları açılar və xoşbəxtlik hökmdarın üzünə gülər; bu dünyada yaxşı ad qazanar, o dünyada hesabı yüngül olar. Odur ki, deyiblər: “Dövlət küfr ilə dağılmaz, zülm ilə dağılar”.
Rəvayət. Deyirlər Abdullah bin Ömər əl-Xəttab (Allah onların hər ikisindən razı olsun) atası can üstündə olarkən ondan soruşdu: “Ey ata, səni nə vaxt görəcəyəm?” Dedi: “O dünyada”. Dedi: “Tez istəyirəm”. Dedi: “Ya birinci, ya ikinci, ya da üçüncü gecə yuxuda görəcəksən”. On iki il keçdi, lakin onu yuxuda görmədi. On iki ildən sonra onu bir dəfə yuxuda gördü və soruşdu: “Ata, sən deməmişdinmi ki, üç gecədən sonra səni yuxuda görəcəm?” Dedi: “Başım qarışıq idi, oğul. Bağdadın kənarında bir körpü uçmuşdu, məmurlar onu təmir etməmişdilər. Körpüdən keçəndə bir qoyunun ayağı deşiklərdən birinə keçib sınmışdı. İndiyə qədər onun cavabını verməklə məşğul idim”. Dünyanın hökmdarı bilməlidir ki, ondan hökmü altında olan camaatın cavabını o böyük gündə soruşacaqlar və başqasının boynuna atsa, qəbul etməyəcəklər. İndi ki belədir, şah xalqın işindən qafil olmamalıdır. Açıq və gizli məsələləri bilməli, xalqın qeydinə qalmalı, uzun əlləri qısaltmalı, zalımların zülmünün qarşısını almalıdır. Onda Allahın köməyi ilə onun dövləti güclənər, çörəyi bərəkət tapar, ölkədə bolluq olar”.
Hicab əhli… haqqında
Şah əlaltılarının başçı olmalarına imkan verilməməlidir. Bundan böyük zərər törəyər. Şah qədir-qiymətdən düşər, xüsusilə hicab əhli olan arvadların üzündən. Çünki bunların ağlı kamil olmaz. Bunlar nəsli davam etdirmək üçündür, nə qədər əsil-nəcabətli olsalar, o qədər dəyərli, nə qədər həyalı, ismətli olsalar, o qədər tərifəlayiq hesab edilərlər. Qədim zamanlarda da şahın arvadı şaha ağalıq edəndə fitnə-fəsad, şur və şərdən başqa heç bir şey etməyiblər.
Rəvayət. Tarixdə yazıblar ki, İsgəndər Rumdan gəlib əcəm şahı Dara oğlu Daranı məğlub etdikdən sonra Dara qaçmağa məcbur olmuş və öz xidmətçilərindən biri tərəfindən öldürülmüşdü. Onun misilsiz gözəlliyə malik bir qızı var imiş. Yaxın adamları İsgəndərə təklif edirlər ki, Daranın qızı ilə evlənsin. İsgəndər belə cavab verir: “Mən onların kişilərini məğlub etmişəm. İndi yaxşı olmaz ki, onların qadınları bizi məğlub eləsin”.
Vasif Sadıqlı
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 2024 10:08
- Bu Avropa xalqının əcdadı azərbaycanlılardır - Nadir sənəd
25 oktyabr 2024 13:04
- Bakıdakı bu mağazaların paltardəyişmə otağında KAMERA var: Sahibkarlar 2 il həbs ediləcək-ŞİKAYƏT
10 sentyabr 2024 15:41
- Rusları yanmaqdan xilas edən azərbaycanlı elə şeylər danışdı ki... Daxili işlər naziri zəng etdi...
8 sentyabr 2024 15:13
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 2024 07:45
- Şəhid atası oğlunun banka borcunu ÖDƏYƏ BİLMİR - VİDEO
19 avqust 2024 22:25
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56