Xocalıda soyqırımı törətməkdə ittiham olunan Beqlaryana hökm oxundu
Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub.
NUH.az “Report”a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 15 il müddətə azadlıqdan məhrum edilib.
Məhkəmədə Raşid Beqlaryanın hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, hadisəni törədərəkdən anlaqlı olduğu hesab olunub. Məcburi müalicəyə ehtiyac olmadığı bildirilib.
Həmçinin cinayət işinin materialları elan edilib. Məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Təqsirləndirilən şəxs məhkəmə istintaqının tamamlanmasına etiraz etməyib.
Daha sonra dövlət ittihamçısı R.Beqlaryanın 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxs Hüseynov Əkbər Hüseyn oğlu çıxış edərək təqsirləndirilən şəxsə daha ağır əza verilməsini xahiş edib:
"Əsgər yoldaşımı öldürüb qanımı mənə içiriblər. Bizi görəndən sonra o gedib Xocalıda danışdı. Yalan deyir, tamaşa etmişəm. Kino çəkmirdi. Gəlib indi məhkəməyə deyir tanımıram" .
Beqlaryan məhkəmədə son söz deyib:
"Mən ixtisasıma görə sürücü kimi orduya çağırdılar. Əmrdən heç kim qaça bilməz. Mənə nə deyiblərsə, maşına yükləyib daşımışam. Xahiş edirəm ki, insani və daha yüngül cəza verəsiniz".
Məhkəmə müşavirəyə yollandıqdan sonra hökm elan edilib. R. Beqlaryan 15 il müddətinə həbs edilib.
Qeyd edilib ki, o, 5 ili həbsxanada, yerdə qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər.
Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.
- Şəhidin oğlu faciəvi şəkildə vəfat etdi - Foto
8 avqust 2024 10:16
- Zamirə Hacıyeva Londondakı 30 milyonluq əmlakının müsadirəsinə razı oldu
6 avqust 2024 21:51
- Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var
6 avqust 2024 14:08
- Seçkiqabağı təbliğat kampaniyası başlayır - reklam şərtləri, qiymətlər
6 avqust 2024 10:00
- Bakıda iş adamı girov götürüldü - Hadisə anının GÖRÜNTÜLƏRİ
6 avqust 2024 09:21
- SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
6 avqust 2024 00:09
- O sirlər mənlə qəbrə gedəcək - VİDEO
5 avqust 2024 23:52
- Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb (FOTO)
5 avqust 2024 15:45
- Yəhudilərin Fəlakət günü – Avqustun 12-13-də nə baş verəcək,Tiş'a B'Av nə deməkdir?
5 avqust 2024 10:08
- Fazil Mustafa Baş prokurorluğun ittihama münasibətindən narazıdır: İnamım sarsılıb
5 avqust 2024 09:57
- QİYABİ TƏHSİL ləğv edildi
08 avqust 18:30
- Prezident Qazaxıstandadır - Foto
08 avqust 16:05
- Deputatın namizəd oğlu AVTOŞ çıxdı - FOTO
08 avqust 14:58
- Azadlıq Partiyasının BƏYANATI
08 avqust 12:32
- Şəhidin oğlu faciəvi şəkildə vəfat etdi - Foto
08 avqust 10:16
- Hər şey üçün çox sağ ol, sevgilim - Emindən xanımına - VİDEO
07 avqust 14:49
- Hamı məni BOMBA APARICI kimi tanıyırdı, 170 manat maaş alırdım
07 avqust 14:16
- Prezident icra başçısını işdən çıxardı
07 avqust 12:00
- Cəfər Hüseynzadə ilə xanımı qarət olundu - 90 minlik saatları oğurlandı
07 avqust 11:55
- Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, məbədlər yandırılır... - VİDEO
07 avqust 00:07
- Ana qızına təcavüz edən kişini diri-diri yandırdı
06 avqust 23:58
- Putin Xameneidən xahiş edib ki... - ŞOK DETALLAR AÇIQLANDI
06 avqust 23:21
- Zamirə Hacıyeva Londondakı 30 milyonluq əmlakının müsadirəsinə razı oldu
06 avqust 21:51
- Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var
06 avqust 14:08
- Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul etdi - YENİLƏNDİ
06 avqust 13:38
- General Akif Çovdarov həbsdən çıxan kimi arvadını boşayıb: 69 hektar ərazidə balıqçılıq təsərrüfatı..
06 avqust 13:29
- ŞOK ! Zamirə Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi
06 avqust 12:45
- Daha bir deputat geri çəkildi: Namizəd olmayacaq
06 avqust 11:36
- Seçkiqabağı təbliğat kampaniyası başlayır - reklam şərtləri, qiymətlər
06 avqust 10:00
- Bakıda iş adamı girov götürüldü - Hadisə anının GÖRÜNTÜLƏRİ
06 avqust 09:21
- SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
06 avqust 00:09
- O sirlər mənlə qəbrə gedəcək - VİDEO
05 avqust 23:52
- Direktor müəllimləri vətəndaşın üstünə saldı - Məktəbin yoluna görə dava - VİDEO
05 avqust 16:10
- Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb (FOTO)
05 avqust 15:45
- Baqladeşin Baş naziri İSTEFA VERİB ölkədən qaçdı
05 avqust 15:10
- Moldovada deputat ARI sancdı və ÖLDÜ
05 avqust 14:53
- Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO
05 avqust 12:51
- Yəhudilərin Fəlakət günü – Avqustun 12-13-də nə baş verəcək,Tiş'a B'Av nə deməkdir?
05 avqust 10:08
- Fazil Mustafa Baş prokurorluğun ittihama münasibətindən narazıdır: İnamım sarsılıb
05 avqust 09:56
- Prezident CAVANŞİR körpüsünün yerində tikilən yolun açılışında
05 avqust 09:31