Prezident sahibkarlarla bağlı Fərman imzaladı
“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilib.
NUH.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra sahibkar investisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. İnvestisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətə Nazirlik 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” qanunlara uyğun olaraq baxır. İnvestisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə Nazirliyin qəbul etdiyi inzibati akt 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Sahibkar investisiya təşviqi sənədi verilmiş layihəsini (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərini, həmin layihə ilə bağlı hüquq və öhdəliklərini) digər sahibkara (bundan sonra − yeni sahibkar) ötürə bilər. Bu məqsədlə investisiya təşviqi sənədini almış sahibkar və yeni sahibkar investisiya təşviqi sənədində dəyişiklik edilməsi üçün aşağıdakı sənədlər də əlavə edilməklə birgə ərizə ilə Nazirliyə müraciət etməlidirlər.
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1−18.2.4-cü maddələrində nəzərdə tutulan sənədlər (yalnız yeni sahibkara münasibətdə);
- investisiya təşviqi sənədinin əsli;
- investisiya təşviqi sənədi verilmiş layihənin (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərinin, həmin layihə ilə bağlı hüquq və öhdəliklərin) yeni sahibkara ötürüldüyünü təsdiq edən sənədlərin surəti.
Nazirlik 2-ci hissədə nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” qanunlara uyğun olaraq baxır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə yeni sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda, investisiya təşviqi sənədi və həmin investisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə qəbul edilmiş inzibati akt yeni sahibkara, bununla bağlı məlumat isə investisiya təşviqi sənədinin ilkin sahibinə 2 iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
- Azərenerji-nin BABA-sına ŞİDDƏTLİ TÖHMƏT - RƏSMİ
5 oktyabr 2024 15:34
- Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
5 oktyabr 2024 14:05
- Onlara Prezident təqaüdü veriləcək - Siyahı
5 oktyabr 2024 13:37
- Prezident ailəsi film təqdimatında - Fotolar
5 oktyabr 2024 11:43
- COP29 tədbiri ilə bağlı Bakıda toylar QADAĞAN OLUNACAQ ?
4 oktyabr 2024 22:07
- Ağdamda da Müəllimlər Günü qeyd edildi - Fotolar
4 oktyabr 2024 20:16
- Mürsəl İbrahimov Qaradağın VOYENKOM-unu İŞDƏN ÇIXARDI
4 oktyabr 2024 17:53
- Laçın İcra Hakimiyyəti yarım MİLYONU görün nəyə xərcləyəcək - Bir sıra işlər...
4 oktyabr 2024 16:35
- Əhaliyə at əti satanlar tutuldu - Fotolar
4 oktyabr 2024 14:53
- Japarov qırğız milyarderləri pullarını xaicdə saxlamamağa çağırıb
4 oktyabr 2024 13:17
- Azərenerji-nin BABA-sına ŞİDDƏTLİ TÖHMƏT - RƏSMİ
05 oktyabr 15:34
- Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
05 oktyabr 14:05
- Onlara Prezident təqaüdü veriləcək - Siyahı
05 oktyabr 13:37
- Komitə sədrinin müavini - Cərimələri artırmaqla büdcə doldurmaq yanlış iqtisadi üsuldur
05 oktyabr 12:33
- Prezident ailəsi film təqdimatında - Fotolar
05 oktyabr 11:43
- Zəncəfil, sarımsaq və limon qarışımının nələrə qadir olduğunu bilirdinizmi?
05 oktyabr 10:48
- Bu gün Beynəlxalq Müəllimlər Günüdür
05 oktyabr 10:29
- COP29 tədbiri ilə bağlı Bakıda toylar QADAĞAN OLUNACAQ ?
04 oktyabr 22:07
- Putinin şəxsi həyatı və övladları - yeni rezonans doğuran ARAŞDIRMA
04 oktyabr 21:55
- Ağdamda da Müəllimlər Günü qeyd edildi - Fotolar
04 oktyabr 20:16
- Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir
04 oktyabr 19:08
- Mürsəl İbrahimov Qaradağın VOYENKOM-unu İŞDƏN ÇIXARDI
04 oktyabr 17:53
- Laçın İcra Hakimiyyəti yarım MİLYONU görün nəyə xərcləyəcək - Bir sıra işlər...
04 oktyabr 16:35
- Əhaliyə at əti satanlar tutuldu - Fotolar
04 oktyabr 14:53
- Cəlilabadda 4 KİSƏ NOXUDA görə 2 fəhləyə 2 İL 5 ay 26 gün + 2 İL 2 ay 28 gün CƏZA
04 oktyabr 13:42
- Japarov qırğız milyarderləri pullarını xaicdə saxlamamağa çağırıb
04 oktyabr 13:17
- Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
04 oktyabr 13:08
- Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
04 oktyabr 11:34
- Hindistanda mağarada 188 yaşlı kişi tapıldı
03 oktyabr 22:20
- Ona Zəngilanda vəzifə verildi
03 oktyabr 22:02
- Prezident və birinci xanım Cəbrayıla səfər edib
03 oktyabr 16:00
- Prezident İlham Əliyev Cəbrayıla GETDİ
03 oktyabr 13:46
- Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib
03 oktyabr 13:36
- Ali Məhkəməyə yeni hakimlər təyin edilir - ADLAR
03 oktyabr 13:28
- Şahdağa qar yağdı
03 oktyabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür
03 oktyabr 10:20
- Hindistanda 11 yaşlı şagirdi QURBAN KƏSDİLƏR
02 oktyabr 23:21
- Prezident sahibkarlarla bağlı Fərman imzaladı
02 oktyabr 21:02
- Tüpürüm döşünün medallarına, Şalvarı baftalı GENERALLARIN
02 oktyabr 20:17
- Milli Məclis: Heyvanlarla rəhmsiz rəftar edənləri cəza...- BƏS MİLLƏTLƏ..?
02 oktyabr 20:00