- Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar
- Afiyəddin Cəlilovun nəvəsindən yenidən qeyri-etik PAYLAŞIM - Bu dəfə... - VİDEO
- Naxçıvan aeroportunda qızlara göz vurdu, həbs edildi
- Əfqanıstanda saqqal saxlamaq istəməyən 281 polis işdən çıxarıldı
- FHN-in keçmiş əməkdaşının kim güllələyib ? - Foto
Trampa qarşı sui-qəsd cəhdi: Özü yaralandı, iki nəfər öldü (FOTO/VİDEO)
ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Qaynarinfo xəbər verir ki, mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər.
ABŞ prezidenti Co Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib. Bu barədə Amerika liderinin bəyanatında bildirilib.
"Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.
Dövlət başçısı "Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların "bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.
Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində "güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.
Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu "Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.
Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.
Bu barədə "New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.
NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
Oxşar xəbərlər
- Afiyəddin Cəlilovun nəvəsindən yenidən qeyri-etik PAYLAŞIM - Bu dəfə... - VİDEO
22 avqust 2024 09:24
- Məsud Pezeşkianın hökumət kabineti: Üç azərbaycanlı nazir... (SİYAHI)
21 avqust 2024 21:09
- Ramiz Mehdiyevin gəlini Bank BTB-dəki payını 77 faizə yüksəltdi
21 avqust 2024 18:05
- Azərbaycan Prezidenti məni təriflədi - Video
20 avqust 2024 13:58
- FHN-in keçmiş əməkdaşının kim güllələyib ? - Foto
20 avqust 2024 11:50
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 2024 07:45
- Putinin Azərbaycana səfəri başa çatdı - Foto
20 avqust 2024 07:24
- Şəhid atası oğlunun banka borcunu ÖDƏYƏ BİLMİR - VİDEO
19 avqust 2024 22:25
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yenilənib - VİDEO
19 avqust 2024 21:57
- Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO
19 avqust 2024 21:38
Xəbər lenti
- Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar
22 avqust 12:01
- Elçibəyin vəfatından 24 il ötür
22 avqust 11:51
- Afiyəddin Cəlilovun nəvəsindən yenidən qeyri-etik PAYLAŞIM - Bu dəfə... - VİDEO
22 avqust 09:24
- Məsud Pezeşkianın hökumət kabineti: Üç azərbaycanlı nazir... (SİYAHI)
21 avqust 21:09
- Ramiz Mehdiyevin gəlini Bank BTB-dəki payını 77 faizə yüksəltdi
21 avqust 18:05
- Prezidentdən müddətli həqiqi hərbi xidmətlə bağlı - Sərəncam
21 avqust 17:52
- Naxçıvan aeroportunda qızlara göz vurdu, həbs edildi
21 avqust 14:43
- Əfqanıstanda saqqal saxlamaq istəməyən 281 polis işdən çıxarıldı
21 avqust 08:50
- Azərbaycan Prezidenti məni təriflədi - Video
20 avqust 13:58
- FHN-in keçmiş əməkdaşının kim güllələyib ? - Foto
20 avqust 11:50
- Lukaşenkodan Ermənistanla bağlı ŞOK AÇIQLAMA - Kimə lazımdırlar...
20 avqust 11:33
- Məktəblər sentyabrın 15-də açılmayacaq - RƏSMİ
20 avqust 11:18
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 07:43
- Putinin Azərbaycana səfəri başa çatdı - Foto
20 avqust 07:24
- Şəhid atası oğlunun banka borcunu ÖDƏYƏ BİLMİR - VİDEO
19 avqust 22:25
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yenilənib - VİDEO
19 avqust 21:57
- Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO
19 avqust 21:38
- Prezidentlərin məhdud tərkibdə görüşü başladı
19 avqust 13:42
- Taxikardiya nədir?
19 avqust 11:40
- Nəcməddin Sadıkovun oğlunun biznes ortağı...
19 avqust 11:07
- Sirr açılır: Stalinin türk agenti - Ənvər Paşanın qatili olan ermənini o öldürübmüş
19 avqust 10:44
- SON DƏQİQƏ! Rus ordusu Nyu Yorku aldı
19 avqust 10:30
- 33 il öncə 19 avqustda... QİYAM BAŞ TUTSAYDI...Qorbaçovu..
19 avqust 09:42
- Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq
19 avqust 09:02
- Mövqelərimiz yenə atəşə tutuldu
19 avqust 08:52
- Prezident İlham Əliyev və Mehriban Əliyeva evlərində Vladimir Putinlə şam ediblər
18 avqust 21:37
- Vladimir Putin Azərbaycana SƏFƏRƏ GƏLDİ
18 avqust 21:18
- Şahin Fazil vəfat etdi
18 avqust 20:12
- Alen Delonun övladları atalarının ölüm səbəbini AÇIQLADI
18 avqust 18:59
- Ramiz Rövşən xəstəxanaya düşdü - FOTO
18 avqust 17:05
Video & Fotoqalereya
Video
Fotoqalereya