Şəhid atası oğlunun banka borcunu ÖDƏYƏ BİLMİR - VİDEO
2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş oğullardan biri Məhərrəmov Cavad Sadiq oğlu Lerik rayonunun Almu kənd qəbristanlığında uyuyur. Ümumilikdə Almu kəndi Qarabağ uğrunda 6 şəhid verib, onlardan daha ikisi - Məlikov Vüsal Bəxtiyar oğlu və Tahirli Natiq Namiq oğlu da kəndin məzarlığında dəfn edilib.
Lənkəran-Lerik magistralından sola ayrılan 5 km-lik qum-çınqıllı yolla, meşənin içərisi ilə, dəniz səviyyəsindən təqribən 900 metr yüksəkliyə qalxıb Almuya yetişirik. İlk üz tutduğumuz ünvan şəhidimizin məzarı olur. Elə Cavidin atası Sadiq Məhərrəmovla birgə şəhidimizin məzarı başında qurulmuş evini – əbədi məkanını ziyarət edirik. Gələn ay şəhidliyinin birinci ildönümü qeyd olunacaq Cavid Məhərrəmov Müddətdən Artıq Xidmət Edən (MAXE) olaraq xidmətdə olub, Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərdə cəngavər kimi döyüşüb və Ağdərənin azad olunması əməliyyatında düşmən snayperi onu ürəyindən vurub. Qəhrəmanımızın atası Sadiq bəy oğlunun keçdiyi döyüş yolundan danışarkən məlum olur ki, ikinci oğlu da 8 aydır hərbi xidmətdədir, üçüncü oğlu isə oktaybrda Vətən borcunu ödəmək üçün əsgər gedəcək. Amma üzücü hal budur ki, Vətənə sipər oğulların atası özü borc içərisindədir. Elə “Yeni Müsavat”a dərdini danışmaq üçün müraciət etməsinə səbəb də məhz atanın öz borcu – bank kreditinə görə məhkəməyə verilməsi olub. Belə ki, şəhid Cavid Məhərrəmov şəhadətə qovuşmazdan öncə ev tikdirmək üçün “Yelo bank”dan 15 min manat kredit götürməyi tövsiyə edib. Bildirib ki, krediti aybaay öz maaşından ödəyəcək, təki atası evin inşaasına başlasın. Köhnə, yağış, qar yağarkən otaqlarına su daman iki otaqlı evi təmir etdirməyin mənasız olduğunu görən Cavid məsləhət görüb ki, ikimərtəbəli ev tikilsin, ata-anası və qardaşları ilə bir yerdə yeni evdə yaşasınlar. Qismət olmayıb, kredit götürülüb, ilk mərtəbə tikilib, iki aylıq ödənişdən sonra Cavid şəhid olub. Heç yerdə işləməyən Sadiq kişinin imkansız vəziyyətdə olması səbəbindən kreditin sonrakı ayları ödənməyib və iş məhkəməyə gedib çıxıb. Məzar başında atanı dinlədikdən sonra evə baş çəkirik, həm qəzalı vəziyyətdə olan, Xüsusi Təyinatlı Cavidin son yadigarlarının da toplandığı köhnə mənzilə, həm də şəhidimizin kreditlə binovrəsini qoyduğu yarımçıq tikiliyə... Daha yaxşısı budur oxucularımız şəhid atasının özünü dinləsinlər.
Musavat.com şəhid atası Sadiq Məhərrəmovun göz yaşları içərisində əlaqədar qurumlardan dəstək müraciətini, ümumiyyətlə, şəhid ailəsinin gerçək durumunu təqdim edir. Ümid edirik ki, müvafiq qurumlar məsələyə humanizm nöqteyi-nəzərindən yanaşacaqlar, əliqabarlı şəhid atasının müraciətinə biganə qalmayacaqlar.
P.S.Adı çəkilən bank rəhbərliyinin və digər əlaqədar qurumların mövqeyini dərc etməyə hazırıq.
Elşad Paşasoy,
Fotolar, video: Musavat.com
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 2024 13:15
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 2024 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 2024 18:20
- Həkimin burnuna yumruq vurdu... 6 AY HƏBS
29 oktyabr 2024 18:28
- Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu – VİDEO
29 oktyabr 2024 09:53
- Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı
29 oktyabr 2024 00:16
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14