Porsche-dən oğurlanmış 94 minlik Rolex saatı Etibar Pirverdiyevindir?
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proseslərdən biri başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə qarşısına çıxarılan 1994-cü il təvəllüdlü Röyal Ocaqlı və 1998-ci ildə anadan olmuş Elzamin Abdullayev Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndiriliblər.
Bildirilib ki, hər iki şəxs Goranboyun Boluslu kəndinin sakinidir və Bakının Nərimanov rayonu Etibar Qocayev küçəsində birgə avtoyuma məntəqəsində işləyiblər. Onlar Səməd adlı şəxsin avtoyuma məntəqəsinə gətirərək yumaya təqdim etdiyi “Porsche Cayenne” markalı avtomobilin saxlanc yerindən 93 500 manat dəyəri olan “Rolex GMT-Master İİ Rot Beer” markalı qızıl qol saatını oğurlayıblar. Hadisədən 1 gün sonra Səməd maşındakı bahalı saatın yerində olmadığını görərək “moyka”ya qayıdıb. O, saatın orada oğurlanmasından şübhələnərək Röyalı sorğu-sual edib. Bir neçə gün ərzində həmin məntəqəyə gəlib-gedən və Elzaminin işdə olmamasından daha da şübhələnən şəxs saatını geri ala bilməyincə polisə müraciət edib.
Röyal və Elzamin polis tərəfindən saxlanıldıqdan sonra qızıl saatın onlar tərəfindən oğurlanması müəyyən edilib. Bəlli olub ki, hər iki şəxs əvvəlcə saatı satmaq üçün Gəncəyə gediblər. Lakin orada sata bilməyərək Bakıya qayıdıblar və “Laçın” ticarət mərkəzində yerləşən qızıl mağazasında 163 qram çəkisi olan saatı qramı 70 manatdan, cəmi 11 500 manata satıblar. Pul da hər iki şəxsin arasında bölünüb.
Təqsirləndirilən şəxslərdən Röyal Ocaqlının yaxınları məhkəmə iclası zamanı saatın oğurlandığı “Porsche” markalı avtomobilin “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu və Səməd adlı şəxsin onun sürücüsü olduğunu iddia ediblər.
Röyal Ocaqlının anası Rübabə Sərdarlı isə saytımıza açıqlamasında qeyd edib ki, sözügedən bahalı saat da E.Pirverdiyevə məxsusdur və onun sürücüsü sadəcə önə verilir.
Zərərçəkmiş şəxs qismində tanınan Səməd adlı sürücü isə saatın özünə məxsus olduğunu və Abbas adlı şəxsin ona hədiyyə etdiyini, lakin bu qədər bahalı olduğunu bilmədiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə təqsirləndirilən şəxslərin hər birinə 7 il həbs cəzası verilib.
Təqsirləndirilən şəxslərin yaxınları işə sədrlik edən hakim Telman Hüseynovun Etibar Pirverdiyevin yaxın qohumu olduğunu bildirərək işə düzgün baxılmadığını düşündüklərini qeyd ediblər və apellyasiya instaniyasına şikayət ediblər.
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
2 iyul 2024 00:10
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
1 iyul 2024 21:24
- Nə qədər ki, o, hakimiyyətdədir, Azərbaycanla yeni savaş başlanmasına yol verməyəcək...
29 iyun 2024 11:54
- Ermənistan ya konstitusiyasını dəyişməlidir, ya da dəyişməlidir: İlham Əliyev dedisə, bitdi!
26 iyun 2024 21:14
- Etibar Əliyevdən Fransaya sərt etiraz- De Qol dövründən Makron dövrünə qədər pendir növünün sayı kəskin azalıb
25 iyun 2024 14:37
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
24 iyun 2024 15:06
- Dövlət qurtaran möhtəşəm QADIN! - Altuncan xatun
23 iyun 2024 22:57
- Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı
12 iyun 2024 13:52
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
8 may 2024 16:23
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- ZƏNGİLANDA QALAN DÜNYAM
06 iyul 23:02
- Latviya Ukraynaya 2500 dron verir
06 iyul 22:01
- Vahid Əhmədovun prokuror oğlu işdən çıxarıldı
06 iyul 19:58
- Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm- İranın yeni prezienti
06 iyul 19:45
- Prezident Pezeşkianı Azərbaycana dəvət edib
06 iyul 10:58
- İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
06 iyul 10:43
- Sabahdan Məhərrəmlik ayı başlayır
06 iyul 10:30
- Azərbaycanlılar Pezeşkianın qələbəsini belə qeyd edir – VİDEO
06 iyul 10:15
- İranın yeni Prezidenti o seçildi - Yenilənib
06 iyul 10:03
- Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi? - MARAQLI SORĞU
06 iyul 01:50
- Ərdoğana Şuşaya deyil, Almaniyaya getməsini Əliyev təklif edibmiş - RƏSMİ DAİRƏLƏR AÇIQLADI
06 iyul 01:40
- İranda prezident seçkiləri başa çatdı: Səslər sayılır
06 iyul 01:34
- Bakıda qardaş bacısını əxlaqsızlığa sövq edən anasının qatili oldu - Hadisənin DETALLARI - VİDEO
06 iyul 01:28
- Orban Azərbaycana gəldi
06 iyul 00:27
- ANAMA-da nələr baş verir..? Cinayətkar PESOK OĞRUSU Ramiz Əlqəməyev necə sektor müdiri oldu..?
06 iyul 00:13
- Azercell-dən müştərilərin əleyhinə DAHA BİR QƏRAR - BUNDAN SONRA..
05 iyul 23:05
- Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır – FOTOLAR
05 iyul 22:23
- 25 ildir deputat olan oliqarx Azər Kərimlinin top dağtmaz mülklərinin – ŞOK SİYAHISI
05 iyul 21:34
- Gömrük məmuru arvadını bıçaqladı
05 iyul 21:17
- General-polkovnik vəzifəsindən AZAD EDİLDİ - Yeni komandan o oldu
05 iyul 21:03
- Rəsul Quliyev builki parlament seçkilərindən danışdı - Özümü Don Kixot vəziyyətinə salmaq istəmirəm
05 iyul 20:06
- İqlim dəyişikliyi və COP-29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
05 iyul 19:27
- Bu kolleclərə direktorlar təyin olundu - Foto
05 iyul 18:53
- 6 yaşlı RUMINİYA-lı CORC MİKAYIL azərbaycanlı atasını və babasını axtarır ÖZƏL
05 iyul 16:51
- Prezident İsa bulağı-nda çay içdi - Fotolar
05 iyul 16:22
- NAR Azərbaycanda turizmin inkişafını dəstəkləyir
05 iyul 16:16
- Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin hansı sədri SƏLƏMƏ milyonlarla pul verir ?
05 iyul 15:29
- Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin gəlini ilə bağlı QƏRAR verdi
05 iyul 14:26
- Bakı İlahiyyat Kollecinə yeni direktor təyin olundu - DOSYE
05 iyul 13:55
- Mövcud konstitusiya ciddi gərginlik yaradır, yenisinə ehtiyac var- PAŞİNYAN
05 iyul 13:36