Rusiya yavaş-yavaş Trampın oyununa gəlir...
Müsahibə20 fevral 2025 16:45

ÜMİD Pаrtiyаsının sədri İQBАL Аğаzаdə
Yavaş yenicə başlayanda ABŞ Bayden administrasiyası vasitəsilə Rusiyaya qarşı böyük cəbhə yaratmağa çalışdı. Lakin istər Avropa dövlətlərinin bəziləri, istər Çin, istərsə də Türkiyə sanksiyalardan kənarda qalmağa, Rusiyaya qarşı aktiv ittifaqda olmamağa üstünlük verdilər.
Tramp siyasi gedişləri dəyişdi. O, ABŞ-ın çağırışlarına qoşulmayan ölkələri fərqli yerdən Rusiyanın qarşısına çıxartmaq planını işə saldı.
ABŞ Rusiya ilə birbaşa təmaslara keçməklə, dünyada yeni xof yaratdı. Hamı belə düşünür ki, bu iki supergücün birbaşa təması digərlərinin marağını zərbə altında qoyacaq, dünyada gedən oyunlardan hamı kənarda qalacaq.
ABŞ-Rusiya danışıqlarından sonra heç kim (Daha çox Avropa, Çin, Türkiyə nəzərdə tutulur) Putinin onları tərəf kimi qəbul edəcəyinə haqlı olaraq inanmır və bir-birinin ardınca Ukraynanın ərazi bütövlüyü məsələsində israrlı olduqlarını xüsusi bəyanatla təsdiqləyir, Ukraynaya yardımın yeni formalarını düşünürlər.
Əslində, alt yapıda Trampın istədikləri bu idi. ABŞ bu savaşda hamını əlini daşın altına qoymağa çağırırdı. "Hamı" isə ABŞ-ı gözləyirdi.
İndi Tramp sanki Rusiyanın müttəfiqi kimi çıxış etməklə, nəinki Avropanı, hətta Çini belə hərəkətə gətirib. ABŞ Ukraynanın yanında olacaq, lakin savaşın ilk cərgəsinə Avropa ölkələrini düzəcək, yardım kampaniyasında Avropa ölkələrinin payı çoxalacaq, Çin isə bu savaşda daha ehtiyatlı mövqe tutub, Rusiyaya açıq-gizli dəstəyini durduracaq. Ən azı oyunun sonunu gözləyəcək.
İsrarla Zelenskinin üzərinə gedən Tramp onun qoruyucu zirehini yaradır. Avropa ölkələrinin hamısında, o cümlədən Ukrayna daxilində Zelenskinin mövqelərini möhkəmləndirir.
Hər kəsi Rusiyaya qarşı cəbhədə birləşdirəndən sonra, ABŞ Rusiyaya son zərbəni vuracaq.
Türkiyənin də bu məsələlərdə rolu fərqlidir. Suriyada olduğu kimi, Ukraynada da Türkiyə ABŞ-ın ən yaxın müttəfiqidir. Türkiyəyə vəd edilən Yaxın Şərq siyasətindəki qazanclar, Ukraynada da keçərlidir. Tramp Avropadan çox, Türkiyəyə güvənir. Elə Ərdoğan-Zelenski görüşü və bu görüşdən sonra Ukrayna prezidentinin inamlı bəyanatları məsələlərin mahiyyətindən bixəbər olmadığının göstəricisidir.
Bu, Rusiya üçün ağır tələdir.
Bundan qurtula biləcəkmi?
Demək çətindir, lakin Rusiya da ehtiyatlı oynamağa üstünlük verir. Trampın oyunlarından xəbərdar kimi davranır. Lakin alternativi də demək olar ki, yoxdur.
Rusiya məcburiyyət siyasəti aparır.
Kim daha yaxşı oynayacaq?
Bu savaşda Rusiya məğlub olacaq - hansı oyun getsə belə, geci, ya tezi var.
Biz Ukraynanın yanındayıq, çünki o haqlıdır.
Biz Ukrayna ilə birlikdəyik, çünki o postsovet ölkələrinin hamısını Rusiyanın əlindən xilas edə bilər.
Biz Ukraynanın dəstəkləyirik, çünki imperialist güclərin məğlubiyyəti azadlıq və demokratiyanın yolunu açır.
Rusiya işğalçıdır, işğalçılara qarşı durmaq isə hər kəsin borcudur...
P.S. ABŞ NATO-nu bu savaşda məğlub və prinsiplərindən imtina edəcək səviyyəyə çatdırmaz, çatdıra bilməz. Provokasiya xarakterli bəyanatlar sadəcə oyunun səmimiliyinə hamını inandırmaq xarakteri daşıyır. ABŞ təkcə prezident və komandası tərəfindən idarə olunmur..
Oxşar xəbərlər
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 2025 02:53
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
9 mart 2025 10:54
- Azercell bizi niyə SOYUR ?
8 mart 2025 20:01
- Ruslar Donetskdə dinc əhalini BOMBALADI: xeyli ölən, yaralı var, binalar dağıdılıb...
8 mart 2025 13:46
- Putin oruc tutur?
7 mart 2025 13:13
- Rəsulzadənin iki məktubu, həyat yoldaşının xəstəliyi, türkəçarə... - Nadir dəfn fotoları
6 mart 2025 18:47
- Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanır: Anbarlarda 100 MİLYON yumurta var
6 mart 2025 17:38
- Putin ABŞ-yə səfir təyin etdi: Görün KİMDİR - FOTO
6 mart 2025 12:28
- Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
6 mart 2025 00:53
Xəbər lenti
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 11:29
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 02:48
- Ofeliya Sənani başına gələnləri danışdı - İnfarkt keçirdim...
09 mart 21:56
- Dəmir çatışmazlığını göstərən simptomlar açıqlandı
09 mart 20:41
- Mən vətənpərvərəm, siz həyasızsınız - Puqaçova jurnalistlə dalaşdı
09 mart 15:14
- Sabah yaz havası olacaq
09 mart 13:21
- Suriyada DƏHŞƏT - 3 gündə 532 mülki vətəndaş həlak olub
09 mart 12:06
- Fuad Nağıyevə qarşı ittihamlar: Hər şeyi ermənilərə verdilər, pula satdılar
09 mart 11:09
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
09 mart 10:53
- İmişlidə DƏHŞƏT - Bir ailənin 3 üzvü DƏM qazından ÖLDÜ, daha ikisi xəstəxanaya yerləşdiridi
09 mart 02:05
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
09 mart 01:55
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
09 mart 01:49
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
08 mart 22:31
- Azercell bizi niyə SOYUR ?
08 mart 20:01
- Nazirə hücum edildi: Burnu sındı – FOTO
08 mart 19:33
- Hitlerin qorxulu yuxusu: II Dünya müharibəsinin taleyini dəyişən qadın casus necə öldü?
08 mart 18:00
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
08 mart 17:01
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
08 mart 16:26
- Əhəd Abıyev villasını satışa çıxardı – 2 milyon dollara - VİDEO
08 mart 14:37
- Mehriban Əliyeva 8 Martla bağlı paylaşım etdi
08 mart 14:28
- Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?
08 mart 14:05
- Ruslar Donetskdə dinc əhalini BOMBALADI: xeyli ölən, yaralı var, binalar dağıdılıb...
08 mart 13:46
- Vətən müharibəsi iştirakçısı vəfat etdi
08 mart 13:34
- Sabah 20 dərəcə isti olacaq
08 mart 13:04
- İranda yaşayan soydaşımız dünya rekordu qırdı FOTO
08 mart 10:29
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
08 mart 01:25
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 01:02
- Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? – 185 ölkənin siyahısı
08 mart 00:06
- NАR 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
07 mart 23:52
- Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
07 mart 23:27
Video & Fotoqalereya
Video
Fotoqalereya