Müharibə əlili tanınmış vəkildən şikayət etdi - Prezidentin bağışladığı evi satıb ona verdik, o isə..
90-cı illərdə erməni əsirliyində olmuş, II qrup müharibə əlili Şirin Abbasov Azərbaycandakı məşhur vəkillərdən biri tərəfindən aldadıldığını deyir. Onun sözlərinə görə, nəticədə bu gün ailəsi ağır vəziyyətə düşüb – evsiz qalıblar, müalicə oluna bilmir.
NUH.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Şirin Abbasov müxtəlif dövlət orqanlarına vəkil Adəm Məmmədovdan şikayət edib. O, iddia edir ki, prezident tərəfindən ona bağışlanmış mənzilinin pulu aldadılaraq, əlindən alınıb.
Şirin Abbasovun sözlərinə görə, oğlu Lətif Abbasov bir neçə il əvvəl yol qəzası törədib, nəticədə bir nəfər həlak olub. Həmin işdə Adəm Məmmədovu vəkil tutublar: vakansiya 2023
“Bizi əmin elədi ki, bu işi həll eləyəcək, hakimlər də, prokurorlar da ona hörmət eləyir. Bizim də olanımız-qalanımız bir evimiz vardı, o evi də möhtərəm prezidentimiz vermişdi, evimizi satdıq. Əvvəl 30 min verdik, sonra 28 min 500, sonra da 25 min. Ümumilikdə bizdən 83 min 500 manat pul aldı. Bəzən özünə vermişik, bəzən də Zərdabi Abbasov vasitəsilə göndərmişik. Hamısının da sübutu var. Evimizi satıb, ona verdik, o da bizi aldatdı, küçədə qoydu”.
Şirin Abbasov bildirib ki, Binəqədi Rayon Məhkəməsində oğlunun 4 il 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını daha da ağırlaşdıraraq, 5 il 6 ay edib:
“Bundan sonra başa düşdük ki, Adəm Məmmədov bizi aldadıb. Zəng eləyirdik, zənglərimizə cavab vermirdi. Ona görə Vəkillər Kollegiyasına şikayət elədik, 5-ci polis bölməsinə ərizə yazdıq. Şikayətlərdən sonra bizi ofisinə çağırdı, xahiş elədi ki, şikayətimizi geri götürək. Pulumuzdan 30 min qaytardı. Söz verdi ki, Ali Məhkəmədə mütləq oğlumun hökmü ləğv olunacaq. O da yalan çıxdı. Ali Məhkəmə qüvvədə saxladı”.
Şirin Abbasov onu da qeyd edib ki, avqust ayında Baş Prokuror Kamran Əliyevin vətəndaşlarla görüşü zamanı onun qəbulunda olub, şikayətini ona çatdırıb. Onun sözlərinə görə, Baş Prokuror onu dinlədikdən sonra bu məsələni nəzarətinə götürdüyünü bildirib.
Şirin Abbasov və həyat yoldaşı Gülbadam Abbasova ötən həftə Vəkillər Kollegiyasında da qəbulda olub. Onlar bildirir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Onları sədr müavini Pərviz Ələkbərov qəbul edib: “Bizə dedi ki, şikayətimizi araşdırırlar. Məsələ İntizam Komissiyasındadır. Bir cavab deyəcəklər. Dördüncü dəfədir gəlirəm”.
Gülbadam Abbasova əlavə edib ki. indi əsas tələbləri qalan 53 min 500 manat pulun geri qayıtmasıdır. Çünki acınacaqlı vəziyyətdə qalıblar.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən də Abbasovların qəbul edildiyini Bizimyol.info xəbər portalına təsdiqləyiblər: “Vətəndaşların şikayəti dinlənilib. Məsələ araşdırılacaq və nəticəsi barədə onlara məlumat veriləcək”.
Şirin Abbasov Xocalı hadisələri ilə bağlı məşhur videokadrlarda qucağında ağlaya-ağlaya uşaq meyitini vertolyota aparan kişidir.
- Nyu-Yorkun BAKI restoranının sahibi GÖRÜN KİM İMİŞ - Azərbaycan təamlarını Klinton da dadıb
16 sentyabr 2024 09:41
- Baş prokurora müraciət: Sələmçi Fatma 3 dəfə həbsxanaya yanıma gəlib və hədə-qorxu ilə əmlakımı ələ keçirib…
16 sentyabr 2024 11:00
- İqlim dəyişikliyi və COP 29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
15 sentyabr 2024 20:54
- Bacısının azyaşlı qızına siqaret verənə 100 manat cərimə nədir ki? - Vəkildən sərt AÇIQLAMA
15 sentyabr 2024 16:54
- Prezident Formula 1-in rəsmilərini qəbul etdi
15 sentyabr 2024 13:29
- Tiflis, Gəncə və Bakı...
15 sentyabr 2024 13:20
- Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
15 sentyabr 2024 00:51
- Nadir şah Əfşar – Napoleonun sevimlisi, Stalinin müəllimi…
14 sentyabr 2024 17:48
- Azərbaycan tarixində mühüm gün - Bakının AZAD OLUNMASINDAN 106 il ötür
14 sentyabr 2024 11:46
- Fatma Səttarova 102 yaşında vəfat etdi
14 sentyabr 2024 11:33
- Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTOLAR
16 sentyabr 17:51
- Mehriban Əliyeva məktəblilərə uğur arzuladı
16 sentyabr 17:42
- Deputat seçilən Günay Ağamalı bağçasını bu qiymətə SATIR
16 sentyabr 17:18
- Azərbaycan Rusiyaya NOTA VERDİ
16 sentyabr 15:28
- MSK parlament seçkilərinə YEKUN VURDU - SİYAHI
16 sentyabr 14:59
- Narinin anasının dedikləri ÇAXNAŞMA yaratdı: Qızım bunu bilir, dözə bilməz... - VİDEO
16 sentyabr 13:11
- Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur
16 sentyabr 10:32
- Partiya sədrinin istefası qəbul edilmədi
16 sentyabr 10:08
- Şuşada 33 ildən sonra ilk zəng çalındı
16 sentyabr 10:03
- Nyu-Yorkun BAKI restoranının sahibi GÖRÜN KİM İMİŞ - Azərbaycan təamlarını Klinton da dadıb
16 sentyabr 09:40
- ABŞ Türkiyənin BRICS-ə qoşulmaq niyyətinə münasibət bildirib
16 sentyabr 02:19
- Rusiya ordusunda vuruşan 28 yaşlı həmyerlimiz həlak oldu FOTO
16 sentyabr 01:41
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
16 sentyabr 00:35
- Trampa qarşı növbəti sui-qəsd CƏHDİ
16 sentyabr 00:22
- Baş prokurora müraciət: Sələmçi Fatma 3 dəfə həbsxanaya yanıma gəlib və hədə-qorxu ilə əmlakımı ələ keçirib…
15 sentyabr 22:36
- Əminə Ərdoğan da Bakıya gəlir
15 sentyabr 22:34
- Formula 1-də ağır qəza - Fotolar
15 sentyabr 22:09
- İqlim dəyişikliyi və COP 29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
15 sentyabr 20:54
- Mikayıl İsmayılovun AzGranata-sı barədə cənab Vilayət Eyvazova MÜRACİƏT
15 sentyabr 20:19
- Bacısının azyaşlı qızına siqaret verənə 100 manat cərimə nədir ki? - Vəkildən sərt AÇIQLAMA
15 sentyabr 16:54
- Ata-oğul 95 kiloluq naqqa tutdu
15 sentyabr 14:57
- Narin buna görə öldürülüb - DƏHŞƏTLİ FAKTLAR
15 sentyabr 13:46
- Prezident Formula 1-in rəsmilərini qəbul etdi
15 sentyabr 13:29
- Tiflis, Gəncə və Bakı...
15 sentyabr 13:20
- 334 il yaşlı pivə zavodu bağlanır - Ən qədimlərdən biridir
15 sentyabr 13:01
- Qiymətə görə internetdən imtina edənlər cərimələnəcək? - 130 manatadək…
15 sentyabr 12:13
- Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib
15 sentyabr 11:58
- Şahmatçılarımızdan daha bir qələbə
15 sentyabr 01:25
- Türkiyədə altımərtəbəli xəstəxana yerlə bir oldu
15 sentyabr 01:14
- Xalq şairi Hüseyn Arifin anım günüdür
15 sentyabr 01:04