Xəstəyəmsə, əlillik verilsin, sağlamamsa, işimə bərpa etsinlər (FOTO)
Vətən müharibəsi iştirakçısı, kiçik gizir Balaşov Əsgər Ədalət oğlu əlillik ala bilməməsindən şikayətçidir.
O, bununla bağlı "Qafqazinfo”ya müraciət edib.
Qazi bildirir ki, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib, hərbi texnikamızın pusquya düşməsi nəticəsində yaralanıb. 2 il sonra, 2022-ci ildə xəstə olduğunu əsas gətirərək onu ordudan tərxis ediblər:
"Əlilliklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Amma mənə əlillik təyinatından imtina etdilər. Halbuki qoyulan diaqnozla bir neçə vətəndaşa əlillik verilmişdi, mənə verilmədi. Əgər sağlamamsa, niyə məni işimə bərpa etmirlər? Özüm də orduda nümunəvi xidmət keçmişəm, öz işimə bərpa olunmağımı pensiya almaqdan çox istəyirəm. Yox əgər xəstəyəmsə, o zaman əlillik verilsin. 25 yaşım var, ailə qurmalıyam, heç yerdə işə götürmürlər, heç bir gəlirim yoxdur”.
Sayt qazinin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən belə cavab verilib:
"Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Balaşov Əsgər Ədalət oğlu müharibə veteranı olaraq Prezidentin aylıq təqaüdü ilə təmin olunur. Ona 2021-ci ilin yanvar ayında birdəfəlik sığorta ödənişi (2750 manat) da verilib. Həmçinin Ə.Balaşov bu ilin may ayında özünüməşğulluq proqramına da cəlb olunub və yaxın vaxtlarda proqram çərçivəsində kiçik təsərrüfatını qurması üçün aktivlərlə təmin olunacaq. Müharibə ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün daxil edilmiş göndərişlər əsasında Ə.Balaşovun 2023-cü ilin mart və iyul aylarında, 2024-cü ilin isə mart ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinələri aparılıb. Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə aparılan müayinələr zamanı onun sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edildiyindən əlillik təyinatı aparılmayıb”.
Qeyd edək ki, Ə.Balaşov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezidentin sərəncamı ilə "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.
Oxşar xəbərlər
- 166 min vergi borcu olan şirkəti 40 milyonluq tenderin qalibi seçdilər
2 noyabr 2024 12:54
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
1 noyabr 2024 16:37
- Parlamentdə GƏRGİNLİK - Dediklərinizin arxasında fakt yoxdur
1 noyabr 2024 13:02
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 2024 19:57
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Planetar düşüncəli lider…
31 oktyabr 2024 13:29
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 2024 11:11
Xəbər lenti
- Moldovada prezident seçkiləri – İkinci tur başladı
03 noyabr 12:09
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
03 noyabr 11:05
- Süpürgəçinin adı məktəbə verildi
03 noyabr 10:38
- Ziya Məmmədovun qardaşı həbs olunur? – Özü danışdı
02 noyabr 14:51
- Azercell -Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası- mükafatına layiq görülüb
02 noyabr 14:40
- Şagirdi məktəbin 4-cü mərtəbəsindən çölə salladılar (VİDEO)
02 noyabr 14:12
- Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
02 noyabr 13:12
- 166 min vergi borcu olan şirkəti 40 milyonluq tenderin qalibi seçdilər
02 noyabr 12:54
- Obamanın qızı atasının soyadını istifadə etmir
02 noyabr 12:09
- Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
02 noyabr 11:47
- Keçmiş prokuror Yusif İldırımzadənin qardaşı dələduzluqda ittiham olunur
02 noyabr 10:56
- Alman dilindəki bu söz 67 hərfdən ibarətdir
02 noyabr 10:46
- Ağdaşın yeni icra başçısı kimdir?
01 noyabr 17:28
- Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
01 noyabr 17:23
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
01 noyabr 16:37
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
01 noyabr 15:16
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 noyabr 14:37
- Hajıbala DANIŞDI - Baçımız günü-gündən gözəlləşir...
01 noyabr 14:26
- Deputat Elşad Musayev beynəlxalq tədbirdə iştirak etdi
01 noyabr 13:30
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
01 noyabr 13:24
- Parlamentdə GƏRGİNLİK - Dediklərinizin arxasında fakt yoxdur
01 noyabr 13:02
- Milli Məclisin iclası başladı: 9 məsələyə baxılacaq
01 noyabr 12:24
- Radiatorun üstünə bir neçə DƏFNƏ YARPAĞI qoyun və ... - MÖCÜZƏ
01 noyabr 12:10
- NAR AzTU-da mobil rabitə təlimlərini davam etdirir
01 noyabr 12:03
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
Video & Fotoqalereya
Video
Fotoqalereya