Əhəd Abıyev yenə rinqə çıxdı - FOTOLAR

Daşkəsəndə Novruz bayramı keçirildi; hərbi hissədə əsgər vəzabitlərlə görüş keçirilib
Martın 16-da Daşkəsən şəhərinin Heydər Əliyev meydanında Novruz bayramı ilə bağlı rayon sakinlərinin iştirakı ilə bayram tədbiri keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə təbrik nitqi söyləyib. O, çıxışında hər kəsi bayramı münasibətilə təbrik edib: “Sevindirici haldır ki, bu gün həm də Daşkəsən şəhərinin salınmasının 69-cu ildönümü gününə təsadüf edir. Novruz bayramı Azərbaycanın digər bayramlarından ona görə seçilir ki, təbiətdən gəlmiş bayramdır, eyni zamanda da vətəndaşların maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu sevinc hissi ilə qeyd edir.
Ümummilli Lider Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir”.
Ölkəmizdə çox sevilən bu günün bayram edilməsi əsrlərdən bəri qoruyub saxladığımız gözəl adət-ənənələrimizin əbədi yaşamasının parlaq nümunəsidir”.
Ə.Abıyev daha sonra deyib: “Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təbii sərvətlərlə zəngin Daşkəsənimiz də son illərdə özünün sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu illər ərzində Daşkəsənin sosial-iqtisadi, mədəni siması tamamilə dəyişmişdir. 2014-cü ilin oktyabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Daşkəsənə unudulmaz tarixi səfəri rayonumuzun sürətli sosial-iqtisadi inkişafının parlaq təzahürü olmuşdur.
Bu xoş əhval-ruhiyyəli bayram günündə Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün Daşkəsən ictimaiyyəti və şəxsən öz adımdan yüksək ehtiramımızı, sədaqət və inamımızı, göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”.
Ə.Abıyev təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəx nümunələrinə baxış keçirib. Rayonun Heydər Əliyev meydanında keçirilən ümumrayon şənliyi el aşıqları, musiqiçilərin ifaları və idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramları ilə davam etdirilib.
Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən ən müasir tipli yeni tikilmiş “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə yüksək səviyyədə davam etdirilib. Əhəd Abıyev və rayon ictimaiyyəti bu bayram tədbirində iştirak edib, gətirdikləri hədiyyələri və bayram sovqatlarını əsgərlərə veriblər.
Əhəd Abıyev hər il olduğu kimi, bu il də bayram münasibəti ilə təşkil edilən şənlikdə boks rinqində öz məharətini göstərib. Tədbirdən çəkilən fotoları təqdim edirik.(Bizimyol.info )
NUH.az
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
13 aprel 2025 11:45
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35