Nəsimi rayonunda “Abad həyət” sakinlərin ixtiyarına verildi
Cəmiyyət16 mart 2017 19:03

Nəsimi rayonunda Novruz bayramı ərəfəsində növbəti "Abad həyət” sakinlərin ixtiyarına verildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur.

Hazırda Möhtərəm Prezidentin razılaşdığı layihələrə uyğun olaraq yerli infrastruktur layihələrin, o cümlədən "Qərənfil” körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır. 1968-ci ildə inşa edilmiş bağçanın ümumi torpaq sahəsi 1.5ha-dır, 3 korpuslu, iki mərtəbəli, 225 yerlikdir. Bağça 12 qrup və 9 köməkçi otaqdan ibarətdir. 12 qrupda 225 usaq tərbiyyə alır, ümumilikdə 54 nəfər işləyir. Əsaslı təmir işləri zamanı körpələr evi-uşaq bağçasında bir sıra yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur. Bağçanın fasadı, dam örtüyü yenidən qurulacaqdır. Bağçanın girişi qranit örtüklə, dəhlizlər PVS materialla döşənəcəkdir. Otaqlar əsaslı təmir olunaraq uşaqların zövqünə uyğun divar kağızları ilə örtüləcəkdir. Bütün avadanlıqlar yenisi ilə əvəz olunacaqdır. Bağçanın həyətində yenidənqurma isləri aparılaraq hasarlar yenilənəcək, müasir uşaq əyləncə qurğuları və avadanlıqları, söhbətgahlar qurulacaqdır. Bağçanın ərazisində digər abadlıq işləri aparılacaqdır. Nəzərdə tutulan işlərin aparılmasında müasir inşaat materiallardan istifadə ediləcəkdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həmçinin Asif Məhərrəmov küçəsi ilə Moskva prospektləri arasındakı məhəllələrarası ərazidə baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə abadlıq işləri aparılaraq istirahət parkının yenidənqurulması işlərinə başlanmışdır. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tam şəraitli guşələrin yaradılması, avadanlıq və qurğuların quraşdırılması, əvvəllər özbaşına primitiv quraşdırılmış yaşlı sakinlərin nərd, domino oynadıqları kiçik ölçülü yöndəmsiz dəmir konstruksiyalı yerin əvəzinə geniş sahənin, ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsinin yaradılması nəzərdə tutulmuşdur. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılacaqdır. Məqsəd rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir.

Abadlıq quruculuq işləri çərçivəsində Mir Cəlal küçəsində, Asif Məhərrəmov küçəsində parklar yenidən qurulmuş, geniş abadlıq işləri aparılmış, çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır.

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

Novruz bayramı ərəfəsində 3- cü mikrorayon Rəşid Məmmədov küçəsi 15 ünvanının qarşısında "Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 120 mənzilli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə 150 ağac əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

Rəşid Məmmədov küçəsi 15 ünvanının qarşısındakı ərazinin sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Hal-hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
NUH.az
Oxşar xəbərlər
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
9 aprel 2025 17:39
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya