Azərbaycanda 3 hakim işdən çıxarıldı
Cəmiyyət14 mart 2017 19:04

“Bir neçə il əvvəl həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək Plenumun müzakirəsinə çıxarılıb və əhatəli qərar qəbul edilib. Həmçinin məhkəmələrə İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həbsə alternativ qətimkan tədbirlərinin geniş tətbiqi tövsiyə edilib”.
Bunu Ədliyyə naziri Fikrət Məmmədov AzərTac-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu sahədə kobud pozuntulara görə 30-dək hakim və prokurorluq işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:
“Məhkəmə-Hüquq Şurasının ötən ay keçirilmiş iclasında isə insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılıb, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi bildirilib. Lakin məhkəmə təcrübəsinin təhlili bu sahədə pozuntuların tam aradan qaldırılmadığını, habelə cəza siyasətinin dövlətimizin başçısının humanizm prinsipləri ilə uzlaşmadığını göstərib. Bununla əlaqədar Sərəncamda verilmiş tövsiyələrin icrası məqsədilə hazırda Ali Məhkəmə tərəfindən bu sahədə məhkəmə təcrübəsi və bütövlükdə cəza siyasəti təhlil olunaraq ümumiləşdirilir və nəticələrin tezliklə geniş müzakirəsi nəzərdə tutulur".
Nazir əlavə edib ki, prezidentin humanizm dəyərlərindən irəli gələn tapşırıqlarından biri də cinayət qanunvericiliyinin yenidən nəzərdən keçirilməklə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə yeni qanun layihələrinin hazırlanmasıdır:
“Bununla əlaqədar qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Artıq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin birgə işçi qrupu tərəfindən müvafiq qanunvericilik layihələri hazırlanır”.
NUH.az
Oxşar xəbərlər
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Xanlar Vəliyev hakim təyin edildi
11 aprel 2025 11:57
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 2025 00:54
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya