Peyğəmbərimiz deyir ki, öldürəndə yaxşı öldürün... - Hacı Qamət
Əbubəkir məscidinin imamı Qamət Süleymanov lent.az-a müsahibə verib.
- Qamət bəy, siz dini təhsilinizi harda almısınız?
- Dini təhsilimi ən birinci Sudanda almışam, sonra Səudiyyə Ərəbistanının Mədinə şəhərində hədis fakültəsini bitirdim. 1998-ci ildə isə vətənə qayıtdım. O vaxt Əbubəkir məscidi artıq tikilmişdi. Məscidin icması təklif elədi ki, mən orda imamlıq edim. Təklifi qəbul etdim və o vaxtdan bu günə kimi Əbubəkir məscidinin imamıyam.
- 2008-ci ildə Əbubəkir məscidində terror hadisəsi də olmuşdu.
- Bəli... Namaz vaxtı idi. Səcdədə olanda üstümə qumbara atdılar. Görünür, əcəlim çatmayıbmış. İki nəfər dünyasını dəyişdi. Mən və başqa 18 nəfər isə yaralandıq. Elə o hadisədən sonra da məscid çox məhdud şəkildə fəaliyyət göstərir.
- Əsas söhbətimizə başlayaq. Qurani-Kərimin müasirləşdirilməsinə ehtiyac varmı və bu, mümkündürmü?
"İnsanlar bacı-qardaşın evlənməsi nəticəsində çoxalıb"
- Dinin müasirləşdirilməsi fikri, ümumiyyətlə, düzgün deyil. Mən bunu səhv görürəm. Çünki din hər bir yerə və hər bir əsrə münasibdir. Ola bilər, bəzi insanlar fikirləşsin ki, bəlkə Qurani-Kərimə düzəliş vermək lazımdır. Amma dində elə bir yer yoxdur ki, ona düzəliş edəsən. Çünki islam rəbbani dindir, bizə Allah tərəfindən göndərilib. Allah yaxşı bilir, insanlara nə lazımdır və bütün çıxış yollarını da Quranda göstərib.
- Bu gün əlimizdə olan Quran VII əsrdə nazil olan kitabdırmı? Yoxsa təhriflər var?
- Qurani-Kərim VII əsrdə necə nazil olubsa, bu gün də o cürdür və təhrifdən uzaqdır. Allah buyurur ki, biz Qurani-Kərimi nazil etmişik və bu kitabı qoruyacağıq. Kim Qurani-Kərimlə və bir az da din tarixi ilə maraqlansa, təhriflə bağlı bütün şübhələr ürəyindən silinib gedər. Qurani-Kərim nazil olduğu gündən uşaqdan tutmuş böyüyə kimi hamı tərəfindən əzbərlənib, indiyəcən də əzbərlənir. Ona görə də təhrif ehtimalı mümkün deyil. Dünyada heç bir kitaba bu cür xidmət olunmayıb.
- Bəs İncil? O da dəyişilməyib?
- İncilə insanlar tərəfindən müdaxilə olunub, bəşəri fikirlər əlavə edilib. Doğru deyil bu. İncilin orijinal variantı qalmayıb. Bu cür süni fikirlər Tövratda da var. İkisi də təhrif olunub. İncilin növləri çox idi. İndi dörd növü var. Hətta birinə də şübhə edirlər, istəyirlər üçə salsınlar. Amma Qurani-Kərimdə heç bir əlavə yoxdur, olduğu kimidir.
"Heyvanxanalar doludu meymunla, niyə insana çevrilmir?!"
- Maraqlıdır, ölümdən sonra həyat varmı? Buna inanırsınız? Yoxsa dinin və din xadimlərinin uydurmasıdır bu?
- Biz müsəlmanıq. Allaha iman gətirmişiksə, ona inanmalıyıq və inanırıq. Allah bizə kitab və yüz iyirmi dörd min peyğəmbər göndərib. Təkcə Qurani-Kərimdə yox, nə qədər təhrif olunsa belə, İncildə, Tövratda da isbat olunur ki, insan öləndən sonra da bir mərhələ var, orda həyat davam edir. Buna bərzəx mərhələsi deyirlər.
Ananın bətni də bir mərhələdir, bir həyatdır. Uşaq ana bətnindən çıxmaq istəmir. Biz uşağı öz həyatından ayırırıq, narahat edirik, ona görə də doğulanda ağlayır. Çünki artıq uşaq o həyata öyrəşmişdi. Ana bətnindəki həyatın da öz tələbləri var. İnsan həyatında olan mərhələləri - ana bətnini, bu dünyanı və bərzəxi bir etmək, yəni eyniləşdirmək düzgün deyil.
İndi isə başqa bir mərhələdəyik. O biri mərhələlərdə öz yerimizin necə olacağını təyin eləmək üçün bu mərhələdəki əməllərimiz çox əsasdır. Bərzəx həyatından sonra qiyamət gəlir. Sonra isə cənnət və cəhənnəmlə yekunlaşır, bununla hər şey bitir. Əlbəttə, biz buna iman gətiririk. Buna iman gətirməyən müsəlman sayılmır.
- Cənnəti və cəhənnəmi görən olmayıb. İnsan görmədiyi şeylərə necə inansın?
- Bu dünyada elə şeylər var ki, isbat olunub, amma gözümüzlə görmürük. Məsələn, gözümüzlə görmürük deyə ruhu da inkar etməliyik? Elə planetlər var, orda nə baş verdiyini biz gözümüzlə görmürük, amma bizə deyiləndə ki, orda filan-filan şeylər olur, dərhal inanırıq. Planetlərdə baş verən və gözümüzlə görmədiyimiz, sadəcə bizə xəbəri çatan hadisələrə inanaq, amma cənnət və cəhənnəmin varlığına inanmayaq ki, gözümüzlə görməmişik? Hansı ki, bunu xaliqimiz deyib, xaliqimiz göndərib.
Cənnət və cəhənnəmin varlığına inanmayanlar ziddiyyətli insanlardır. Ola bilməz ki, Allahın bəzi sözlərinə inanasan, bəzisinə inanmayasan. Onda iman düzgün deyil.
İnsan bu dünyada əbədi deyil. Lakin axirət, cənnət və cəhənnəm əbədidir. Allah Qurani-Kərimdə belə deyir.
- Əbədiyyətə belə ürəkdən bağlanmaq insanı bu dünyaya dırnaqarası baxmağa gətirib çıxarmırmı? İnsan bu dünyada yaşamaq həvəsindən düşüb, o dünyaya tələsmirmi?
- Dinimiz bu dünyaya çox bağlanmağı tövsiyə eləmir, həmçinin, dünyanı tez tərk eləməyi də tövsiyə eləmir. İnsan orta mövqedə olmalıdır. Bu dünyanı tutub möhkəm-möhkəm saxlamaq ağılsızlıqdır. Çünki hamı bilir ki, öləcək, gec-tez bu dünyanı tərk edəcək. Ona görə də insan yaxşılıq eləməlidir ki, adı yaxşı qalsın.
- Sizcə, o dünya, ölümdən sonrakı həyat, cənnət-cəhənnəm yalnız insanlara aiddir, yoxsa digər canlılar da öləndən sonra başqa bir məkana düşür? Məsələn, toyda başı kəsilən dana da, qurbanlıq qoyun da, ovçu gülləsinə tuş gələn ceyran da cənnətə, yaxud cəhənnəmə gedir?
- Cənnət və cəhənnəm məsələsi o kəslərə aiddir ki, o, mükəlləfdir. Heyvanlar isə mükəlləf deyil. Mükəlləf o mənada ki, onlardan bəzi əməllər tələb olunur. Məsələn, ibadət etmək insanlardan tələb olunur, heyvanlardan yox. Allah heyvanları bizim üçün yaradıb ki, onlardan istifadə edək. Yeməyimizdə, miniyimizdə və s. Ona görə də cənnət-cəhənnəm heyvanlara aid deyil.
- Axı alimlər kəşf ediblər ki, heyvanların da şüuru mövcuddur. Hətta bəzi din alimləri də təsdiq edir ki, heyvanlarda da bizim təsəvvür etmədiyimiz məsuliyyət hissi var.
- Bunu dinimiz də isbat edir. Amma o məsuliyyət hissi, şüur çox məhduddur, insandakı kimi deyil.
- Qəbir əzabı nədir və dinə görə necə olur?
- Kimsə dünyasını dəyişir və biz onu basdırdıq. İnsanlar elə bilir ki, qəbir əzabı bu dünyadakı kimi olur, insanın üzü-başı cırılır, sifəti qaralanır, döyülür və s. O aləmlə bu aləmi müqayisə etmək doğru deyil. Qəbir əzabı başqa aləmdir. Biz sadəcə, inanırıq ki, qəbir əzabı var. Amma necə olur, bunu bilmirik. Vəssalam, yanaşma budur.
- Siz Quranın tərcüməsində nöqsanlar görürsünüzmü?
- Qurani-Kərimin tam şəkildə heç kim tərcümə eləyə bilməyib və tam tərcümə də mümkün deyil. Amma bizim dilimizə ən güclü tərcümə Vasim Məmmədəliyevlə Ziya Bünyadovundur. Amma bu da yüz faizlik nəticə deyil. Quranı-Kərimin ingilis, rus dillərində bəlkə də yüzdən çox tərcüməsi var. Azərbaycanca, türkcə də neçə-neçə tərcümələr var. Hər birinin arasında fərqlər mövcuddur.
- Quranın tam tərcüməsi nə üçün mümkün deyil?
- Ərəb dili çox zəngin dildir. Və Qurani-Kərimin bir kəlməsinin içində neçə-neçə mənalar var. Bu mənaları açmaq müşküldür. Tərcüməçi isə çalışır ki, o mənaya heç olmasa, bir az yaxınlaşsın.
- İlahiyyatçı Elşad Miri iddia edir ki, Quranın daha mükəmməl tərcüməsini hazırlayır.
- Hər bir insanın öz işi var. Məsələn, siz jurnalistsiniz. İşiniz jurnalistikadır, vəssalam. Qurani-Kərimi tərcümə eləmək isə asan iş deyil. Özünüz də bilirsiniz ki, Vasim Məmmədəliyevlə Ziya Bünyadov Qurani-Kərimi 10 il müddətində tərcümə ediblər. Həm ərəb dilinin mütəxəssisi idilər, həm də Azərbaycan dilinin.
Tərcümə işi ilə məşğul olan adam birinci ərəbcə çox gözəl bilməlidir. Nəinki Qurani-Kərim, hər hansı bir kitabı bir dildən o biri dilə tərcümə edirsənsə, hər iki dili mükəmməl bilməlisən. Dili "Necəsən? Bura gəl, ora get" səviyyəsində bilməklə kitab tərcümə eləmək mümkün deyil. Hər iki dilin qrammatikasını gözəl bilməlisən ki, tərcümə düzgün olsun. Mən onun tərəfdarıyam ki, hər bir işi mütəxəssis görməlidir. Jurnalistin din barədə nəsə danışmağı, iddia etməyi ki, mən Qurani-Kərimi tərcümə edəcəm, böyük səhvdir.
- Hər halda, Elşad Miri də ilahiyyatçıdır. Bu işi yaxşı bilənlərdən sayılır.
- İlahiyyatçılar çoxdur. Amma bu, o demək deyil ki, hər ilahiyyatçı Qurani-Kərimi tərcümə edə bilər. Bizim ölkədə kim dindən bir az danışırsa, ona ilahiyyatçı deyirlər. Amma o səviyyədədirmi ki, Qurani Kərimi tərcümə eləsin? Yox!
- Ölənlərin arxasınca göz yaşı tökürük. Maraqlıdır, əgər onlar ölmür, sadəcə bu dünyadan o dünyaya yerdəyişmə edirsə və bir gün biz də onların yanına gedəcəyiksə, bəs niyə ağlayırıq? Ağlamaq Allaha qarşı getməkdirmi?
- Elə şeylər var ki, insanın təbiətindən gəlir. Allah belə yaradıb. Ağlamaq insanın kamilliyindəndir. İnsan ağlayıb rahatlaşır. Ağlamaq o demək deyil ki, insan Allahın qədərinə müxalif çıxır. Şəriət ağlamağa icazə verib. İnsan sevdiyini, əzizini, yaxınını itirir. Ağlamaq normal haldır. Sadəcə, şəriət hədd qoyub. Ağlamaq özünə zərər gətirmək həddinə çatmamalıdır. Tutaq ki, əzizin ölür. Özünü vurmaq, üzünü cırmaq, saçını yolmaq, pal-paltarını cırmaq dinə görə qadağandır. Allaha qarşı üsyan eləmək ki, sən nə üçün belə elədin?! Şəriət bunu qadağan edir. Şəriət mərsiyəni də qadağan edir. Belə şeylər düzgün deyil. İslam sakit ağlamağı qəbul edir.
- Aşura günündə zəncir vurmaq, daş-qalaq da dində var. Bəs bunlar insana zərər gətirən şeylər deyilmi?
- Aşuranın, zəncir vurmağın islamla heç bir əlaqəsi yoxdur. Zəncir vurmaq sonradan çıxan siyasi hərəkatdır.
"İslamda daş-qalaq insan haqlarının qorunması üçündür"
- Daş-qalaq necə?
- Daş-qalaq islamda var. Lakin bu cəza görün kimin üçündür. Evli kişi ilə qadının daş-qalaq edilməsi bəzilərinə ağır gəlir. İslam çox rəhmli dindir, hətta heyvanlara qarşı da rəhmlidir. Dinimiz misal da gətirir ki, bir qadın böyük günah sahibi idi. Lakin gördü ki, it quyudan su içmək istəyir, quyuya düşə bilmir. Qadın quyudan ovuclarında su götürüb itə verdi. O qadın öləndən sonra cənnətə getdi. Çünki heyvana baxmaq da savabdı, dinimiz bunu da qiymətləndirir.
Qoyun kəsməyin də qaydaları var. Bıçağı heyvana göstərməməlisən. Bir heyvanı başqa heyvanın gözü qabağında kəsməməlisən. Hətta peyğəmbərimiz də deyir ki, öldürəndə yaxşı öldürün. Yəni ölən də rahat ölsün, əziyyət çəkməsin.
- Daş-qalaq əziyyət deyilmi? Özü də deyirsiniz, dinimiz rəhmlidir.
- Fikirləşin, bir evli kişidir, bir də evli qadın. Bunlar xəyanət edirlər. Xəyanətin cəzası daş-qalaqdır. Daş-qalaq əslində, insanları qorxutmaq üçündür ki, zina etməsinlər. Daş-qalaq həmçinin insanların haqlarının qorunması üçündür.
- Necə yəni haqların qorunması üçündür?
- Məsələn, insanları qorxudurlar ki, birinin qadını gedib zina etməsin, birinin əri gedib xəyanət etməsin. İnsan haqlarının qorunması deyilmi bu? İkincisi, daş-qalaq evli insanlara aiddir. Subaylar isə insanların gözü qarşısında şallaqlanır və bir il sürgün olunur, yaşadığı yerdən uzaqlaşdırılır.
Şallaqlanan insanı yaşadığı yerdən uzaqlaşdırmaq da insan haqları üçündür. Çünki şallaqlanan insan sabah ortalığa çıxanda hamı deyəcək ki, dünən şallaqlanan bu deyilmi?! Gedir, bir müddətdən sonra yaddan çıxır, qayıdır. Fikir verirsinizmi, hər bir günaha münasib də cəza verilir. Bu cür cəza tədbirləri cəmiyyətdə fəsadların qarşısını alır. Ona görə deyirəm ki, islam dinlərin içərisində ən rəhmlisidir, ən adilidir, ən asanıdır və s.
- Qamət bəy, Allah Quranda peyğəmbərin əmisi Əbu Ləhəbə niyə qarğış tökür?
- Çünki Əbu Ləhəb çox ağzın insan idi. Allaha, onun peyğəmbərinə qarşı gedirdi, onlarla mübarizə aparırdı. Ona görə də Allah Əbu Ləhəbi o cür cəzalandırdı ki, qoy, o birilərinə də ibrət olsun. Bu, çox normal haldır. Allah ona üsyan eləyənləri cəzalandırır və Qurani-Kərimdə sadəcə, birini misal çəkir.
- Qamət bəy, dünyanın yaranması haqqında din və elm fərqli fikirdədir.
- Dünyəvi elmlə dini elm bir-birinə zidd deyil, əksinə bir-birini təsdiqləyir. Lakin dünyəvi elmlərdə də ixtilaf olur. Məsələn, dünyanın yaranma tarixi haqqında hər alim bir fikir deyir. Biri neçə milyon il deyir, biri neçə min il deyir və s. Dində də dünyanın yaranma tarixi bəlli deyil, din bu məsələdə susub. Bunu Allah bizə xəbər verməyib.
O ki qaldı darvinizmə... Bu gün heyvanxanalarda nə qədər meymunlar var. Onların hansı insana çevrilə bilir? Hansı meymun məktəbə gedib-gələ bilir? Darvinin fikirlərinin hamısı batil fikirlərdir. Təkamül nəzəriyyəsi də boş-boş söhbətlərdir. Allah Qurani-Kərimdə deyir ki, Adəmi bu dünyaya atdı və insan çoxaldı. Vəssalam.
- Dünyada ilk insan Adəm və Həvva olub. Bunların izdivacından iki uşaq yaranıb. Bir qız və bir oğlan. Dörd nəfər oldular. Bəs sonra insanlar necə çoxaldı? Ata qızı, ana da oğlu ilə?
- Ata qızla yox, qardaş bacı ilə evlənirdi və insanlar bu yolla çoxaldı. Çünki adam yox idi.
- Axı elm deyir ki, qardaşla bacının izdivacından sağlam uşaq dünyaya gəlməsi mümkün deyil.
- Danışırlar da! Bəs əmiqızı ilə əmi oğlu necə evlənir? Uşaqları da olur. Bunlar da yaxın qohumdur. İkincisi, Adəmlə Həvva ilk insandır, övladları, nəvələri də ilk insan tipidir. İndi insanlar get-gedə cılızlaşır, balacalaşır. Əvvəl insanlar fiziki cəhətdən böyük, sağlam idilər və bacı ilə qardaşın izdivacından sağlam uşaq doğulması mümkün idi. O vaxt bacı ilə qardaşın evlənməyinə də icazə vardı, lakin sonradan qadağan olundu.
-Son aylarda Nardaranda baş verənlərlə bağlı nə deyə bilərsiniz?
- Mən dövlətə qarşı hər bir hərəkatı pisləyirəm. Mənim mövqeyim sələfilikdir. Bizim sələfilikdə də dövlətə qarşı çıxmaq olmaz. Söhbət müəyyən bir şəhərdən, kənddən getmir, konkret o adamlar ki, dövlətə qarşıdır, biz onlarla deyilik. Ümumiyyətlə, islam dövlətin əleyhinə deyil. Əksinə, dövlətçiliyin, əmin-amanlığın tərəfdarıdır. İslam dini hakimiyyətə tabe olmağı dəstəkləyir, hakimiyyətə qarşı olmağı isə pisləyir.
- Tez-tez deyirlər ki, hər şey Quranda var. Doğrudanmı belədir?
- Hər şey yox, hər şeyin əsli, kökü Quranda var. Yəni kök ordan gəlir. Qurani-Kərimin hər bir ayəsi böyük mənalar daşıyır. Məsələn, Qurani-Kərimdən neçə əsr sonra kompüter yarandı. Allah Qurani-Kərimdə hərfə, sonra qələmə and içir. Üçüncü nəyə and içir və nə deyir? Özü yazan! Hərf, qələm və özü yazan. O vaxt bilmirdilər, "özü yazan" nə deməkdir. Axı o vaxt "özü yazan" yox idi, qələmlə müdaxilə etmək lazım gəlirdi. Bəs "özü yazan" nədir? Neçə əsr sonra kompüter kəşf olundu və özü yazmağa başladı. Gördünüzmü?
Allah deyir ki, Qurani-Kərimdəki bütün fikirlərin arxasınca gedin, hamısı açılacaq.
- Nəzir vermək dinə görə məqbuldur?
- Nəzirdi, sədəqədi... Dinimiz bunları bizə tövsiyə eləyib. Lakin nəzir, sədəqə deyəndə dinimiz imkansızları nəzərdə tutub.
- Bəs din seyidlərlə bağlı nə deyir?
- Seyid var. Amma bizdə bir az bu məsələ əcaib formada yayılıb. Özünə seyid deyən adam sədəqə yığmaz. Seyidə sədəqə düşmür.
- Siz bilərsiniz, məscidlərdə yığılan nəzirlər hara gedir?
- Vallah, mən bilmirəm. Bunu məsul adamlardan soruşun.
- Məsələn, Mir Mövsüm Ağanın ziyarətgahına nə qədər insan gedir. Qurbanlar kəsilir, nəzirlər verilir...
- Mən, ümumiyyətlə, pirlərə, ziyarətlərə getməyin əleyhinəyəm. Ziyarətgahların islamla heç bir əlaqəsi yoxdur. İnsanlar məscidə getməlidir, pirə yox. İnsan pirdən heç nə istəməməlidir, araya vasitə qoşmamalıdır, birbaşa məscidə gedib Allahdan istəməlidir. Mir Mövsüm Ağanın ziyarətgahında heyvan kəsirlər. Axı ora heyvan kəsmək yeri deyil, qəbiristanlıqdır. Bu, natəmizlikdir. Heyvan kəsmək istəyirsən, nə qədər qəssabxana var, get orda kəs.
Gedib Mir Mövsüm Ağaya dua edirlər, ondansa məscidə gedin, birbaşa Allaha duanızı edin. Məscidlər bomboş, pirlər dopdolu. Bu, İslam deyil.
- Qamət bəy, mən bilmirəm, sünniyəm, yoxsa şiəyəm. Bunu bilməyin hansısa bir əhəmiyyəti varmı?
- Siz bir az dinlə maraqlansanız, məcbur olub biləcəksiniz ki, sünnisiniz, yoxsa şiə. Çünki bunların arasında ciddi fikir ayrılıqları mövcuddur.
- Deməli, islamda təriqət ayrı-seçkiliyi var...
- Bəli, var. Siz də dini öyrənsəniz təbii ki, bu ayrı-seçkiliyi hiss edəcəksiniz. Dini bir az oxuyub, sünni və şiə arasında böyük fikir ayrılıqlarını hiss etməmək mümkün deyil.
- O fikir ayrılıqları nədən ibarətdir?
- Məsələn, Qurana, peyğəmbərə yanaşmanın təhəri, yolu. Səhabələrə yanaşmanın təhəri, yolu. Əhli-beytə yanaşmanın təhəri, yolu. Bunların hamısı sünnilərdə və şiələrdə fikir ayrılıqları yaradır.
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 2024 20:16
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 2024 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Tramp: Suriyadakı güc Türkiyədir… Ərdoğanla çox yaxşı anlaşırıq, o çox ağıllı bir adamdır
17 dekabr 2024 11:01
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- Necəsən ? TURP KİMİ...
15 dekabr 2024 13:29
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Hindtoyuğunun qiyməti niyə 80 manat oldu ?
14 dekabr 2024 23:45
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41