Don Juan ləqəbli Oruc bəy Bayat - Dörd yüz ilin yalanı

Atif İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru
"Yalanın ömrü az olar” deyiblər. Ancaq bu az olan ömür bəzən onilləri, hətta yüzilləri belə əhatə edir. Yalnız insanı təsəlli edən o olur ki, tez-gec yalanın yalanlığı üzə çıxır, doğru olan öz yerini alır.
Yüzillərin yalanına uğramış xeyli insan taleyi var. Belə tale sahiblərindən biri də Avropadan yayılıb dünyada məşhur olan Don Juan ləqəbli Oruc bəy Bayatdır.
Oruc bəy Bayat kimdir? Necə oldu ki, Oruc bəy Don Juana çevrildi və əxlaq naqisliyinin simvolu kimi saysız əsərlərin baş qəhrəmanına döndü? Bu suallara cavab tapmaq üçün Don Juanla bağlı əsərlərin nə zaman meydana çıxmasına və Oruc bəy Bayatın siyasi-diplomatik, eyni zamanda da tarixi fəaliyyətinə qısa şəkildə də olsa, nəzər yetirmək lazımdır.
Don Juan adı öncə Avropada, daha sonra bütün dünya ədəbiyyatında, musiqisində və mədəniyyətində, eləcə də kütlələlər arasında pozğunluq, əxlaqsızlıq simvolu kimi yayılmışdır. Don Juan haqqında meydana çıxan ilk əsər təbiidir ki, Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convidado de piedra”dır (Sevil aldadıcısı ve daşdan qonaq). Bu əsər əsas etibarilə 1615-ci ildə İspaniyada tapılmış, 1620 və ya 1625-ci ildə isə çap edilmişdir. Daha sonar Don Juan obrazını özündə əks etdirən ədəbi və musiqili əsərlər yaranmışdır.
Oruc bəyin fəaliyyəti də İspaniyada əvvəlki dövrləri əhatə etmir. Bu dəyərli şəxsiyyət məhz 1605-ci ildə burada öldürülmüşdür. O.Bayat tarixçi, diplomat, etnoqraf , səyyah və s. kimi müxtəlif sahələri özündə birləşdirən universal şəxsiyyət kimi tanınmışdı.
Səfəvi tarixinə aid II cildlik əsəri də onun nə qədər ciddi məfkurə daşıyan bir şəxsiyyət olduğunu göstərir. Görünür zahiri yaraşığı ilə daxili zənginliyini birləşdirən Oruc bəy kral sarayında söz sahibinə çevrilməsi ilə öz ölümünün fərmanını imzalamışdı. Belə ki, saray adamları, İspaniya dövlətinin marağını güdən bir çox siyasət və rəyasət düşkünləri Oruc bəyin İspaniya kralını təsiri altına saldığını görmüş və bundan başqa bir dövlət olan Səfəvi dövlətinin qazanmasını ehtimal edərək Oruc bəyi qurama mübahisə əsasında aradan götürmüşlər. Ola bilsin ki, burada şəxsi ədavətlər, paxıllıq və qısqanclıq hisləri də rol oynamışdır.
Ancaq görünən odur ki, Oruc bəy Bayatın ölümündə və ölümündən sonrakı dövrdə məkrli siyasət xadimlərinin çirkin əməlləri ciddi siyasi ambisiyalardan doğmuşdur. Belə ki, Oruc bəy Bayata Don Xuan persidski adını qoyan kral da, bu ad altında İspaniyada əsəri çıxan Oruc bəy Bayat da çox yaxın gələcəkdə bu adın əxlaqsızlıq rəmzinə çevriləcəyini bilmirdilər. Oruc bəy səfəvi İran dövlətindən olduğu üçün ona "persidski” ləqəbinin qoyulması aydındır. Ancaq o, məhz İspaniya krallığını İran dövlətindən asılı vəziyyətə sala biləcəyi ehtimalı ilə aradan götürülmüşdür. Oruc bəy Bayatın ölümündən sonra hiyləgər beyinlər onun fəaliyyətini gözdən salmaq üçün böyük ədəbi-siyasi kompaniya başlatmış, bu ad ilə məşhur olan Oruc bəyin yazılan əsərlərdə adını çox tezliklə, təxminən 19-15 ildə pozğunluq simvoluna çevirmişlər. Müxtəlif siyasi məqsədləri həyata keçirmək üçün ən kəskin silah həmişə bədii ədəbiyyat və musiqi olmuşdur. Bu barədə kifayət qədər kəlamlar, aforizmlər, məsəllər və s. söz örnəkləri vardır. Yazılan əsərlər vasitəsilə az bir dövrdə əxlaqsızlığı ifadə edən Don Juan obrazı motivə çevrilmiş, çox məşhur şəxsiyyətlər bilərəkdən və ya bilməyərəkdən bu mövzuda əsərlər qələmə almış, bu gün də eyni məzmunlu əsərlər yazmaqda davam edirlər. Bu əsərlərdən J.B.Molyerin "Don Juan” komediyası (1665), V.A.Motsartın "Don Juan” operası ( 1787), C.Bayronun "Don Juan” poeması ( 1819-23), A.S.Puşkinin "Daş qonaq” ( 1830) əsərləri çox məşhurdur. Sanki türk oğluna qarşı olan antikompaniya genetik nifrət səviyyəsində davam etdirilmişdir. Halbuki bu müəlliflərdən bəziləri bu nifrət sindromu ilə yüklənməmiş, ancaq yüzillərin təbliğatının, avropaçılığının mexaniki təbliğatçıları olmuşlar.
Bəzi hallarda Don Juan, yaxud Don Xuanın başqa biri olduğu haqqında fikir yürüdənlər də vardır. Ancaq Don Juan mövzusunun bütün dünya ədəbiyyatına və musiqisinə onun olduğu və öldürüldüyü İspaniyadan yayılması bu fikirləri təkzib edir. Xüsusiə də onun qətl edilməsindən 10 il sonra bu mövzuda ilk əsərin meydana çıxması aşkar göstərir ki, Don Juan adı ilə İspaniyada kral sarayı vasitəsilə çox məşhur olan bu şəxsiyyətin gözdən salınması üçün bu əsər siyasi sifariş olmuşdur. Tarixdə bu kimi sifarişli əsərlər, antikompaniya xarakterli çıxışlar, nitqlər, məruzələr və s. kifayət qədər çoxdur.
Bu gün Oruc bəy Bayat haqqında olan yalanlar gün işığına çıxmış, bu şəxsiyyətin siyasi-diplomatik və elmi-tarixi fəaliyyəti haqqında müəyyən bilgilər yayılmış, elektron resurslar vasitəsilə də, ensiklopedik mənbələrdə də təfərrüatlar və bir qism yazılar ərsəyə gəlmişdir. Ancaq hələ də bu obrazın mənfi səciyyəsini dəyişdirmək mümkün olmamışdır. Dörd yüz ilin yalanı hələ də davam edir.
Bu yalanı bütünlüklə ifşa etmək üçün Oğuz nəslindən, Bayat tayfasından olan bu dəyərli türk şəxsiyyətini bütün dünyada təbliğ etmək vacibdir ki, dünyanın bir çox yalanlarından biri kimi bu yalan da gələcək əsrlərdə ayaq açıb yeriyə bilməsin.
NUH.az
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 2025 11:35
- Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
11 aprel 2025 22:38
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24