Konstitusiya Məhkəməsində vəzifə tutan məmur övladları - SİYAHI, FOTO
Bir neçə tanınmış məmurun övladlarının Konstitusiya Məhkəməsində vəzifə tutması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri onların məhkəmə aparatında yüksək vəzifələr tutduqlarını iddia edirlər.
Musavat.com-un əməkdaşı bununla bağlı kiçik araşdırma aparıb. Konstitusiya Məhkəməsinin saytında aparat əməkdaşlarının siyahısı yerləşdirilib. Siyahıda bir neçə tanınmış məmur övladlarının adına rast gəlmək mümkündür. Onlardan bir neçəsi:
Əfəndiyeva Humay Elçin qızı. Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin qızıdır. 1975-ci il təvəllüdlü Humay Əfəndiyeva Konstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsini tutur, Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var. Humay Əfəndiyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Dünyamalıyeva Nigar Zahid qızı. Atası Zahid Dünyamalıyev uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə işləyib. Sonuncu iş yeri daxili işlər nazirinin birinci müavini vəzifəsi olub. Zahid Dünyamalıyev bu vəzifədə 12 il olub. Hacı Məmmədovun başçılıq etdiyi dəstə ifşa olunduqdan sonra Daxili İşlər Nazirliyində bir sıra yüksək vəzifəli, o cümlədən, Zahid Dünyamalıyev işdən uzaqlaşdırılıb. O, 2009-cu ildə dünyasını dəyişib. Mərhum generalın qızı Nigar Dünyamalıyevanın 37 yaşı var və Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavinidir. Siyasi elmlər namizədidir, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı var.
Aslanov Tural Aslan oğlu. “AzərTAc” dövlət informasiya agentliyinin baş direktoru Aslan Aslanovun oğludur. 1982-ci il təvəllüdlü Tural Aslanov Konstitusiya Məhkəməsində Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutur. Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
Seyidov Fərrux Ənvər oğlu. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Ənvər Seyidovun oğludur. Konstitusiya Məhkəməsində Məhkəmə iclaslarının təşkili sektorunun müdiridir, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var. 34 yaşlı Fərrux Seyidov hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsində 9 şöbə, 2 sektor fəaliyyət göstərir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Musavat.com
NUH.az
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 2024 21:41
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Əsgərlik yaşı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi : 18-30 YAŞ
16 dekabr 2024 14:39
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41