Azercelldə 3G-4G sindromu
İqtisadiyyat6 mart 2017 18:28

Çinin ZTE korporasiyası dünyada ilk dəfə mobil şəbəkənin beşinci nəslini – 5G-ni dəstəkləyən smartfonların istehsalına başlayıb. Gigabit Phone adlanan smartfon 1 giqabit saniyə (1024 meqabit saniyə) yükləmə sürətiylə 5G mobil əlaqəni dəstəkləyə bilir. Yüksək sürət hesabına istifadəçilər ilk dəfə olaraq HD video-nu belə dəstəkləyən sürətlə “bulud hövzələri”nə (ingiliscə – onedrive) çıxış əldə edə biləcəklər. Amma Azərbaycanda hələ abunəçilər 4G-dən normal istifadə də bilmirlər.
“Azərbaycanda guya ən yaxşı sürət, ən yaxşı xidmət olan Azercell-in 4G şəbəkəsinə qoşuldum. Təbii ki, mənim 4G ilə bağlı illüziyalarım yox idi, amma heç olmasa, normal internet verilsəydi, papağımı göyə atardım”. Bakı sakini Rafiq Məmmədli bu il fevralın 1-də “Azercell Telekom”un 4G şəbəkəsinə qoşulandan sonra başına gələnləri AzadlıqRadiosu ilə bölüşür. Onun sözlərinə görə, bu bir ayda başa düşüb ki, Azərbaycanda nəinki əsl 4G, heç əsl 3G də yoxdur!
“Əvvəlcə giriş sürəti təxminən 10 meqabit saniyə idi. 4G şəbəkəsində isə normal sürət 100 Mbps ətrafında olmalıdır, 3G-də isə normal sürət 20 meqabit saniyədir. Mənim aldığım aparat isə 10-u göstərirdi! Bunun üçün aylıq 30 manat, aparata isə 120 manat ödəmişəm. Çıxış yolumun olmadığını görüb bununla barışdım. İki həftə sonra isə sürət 1-ə, 2-ə düşdü”.
Bundan sonra o, “Azercell Telekom”a şikayət edib. Bu zaman verilən cavab abunəçini şoka salıb: “Biz heç nəyə qarantiya vermirik”. Rafiq Məmmədli bu dəfə İqtisadi İnkişaf nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinə şikayətlənib və yazıb: “Azercell-in təklif etdiyi 4G şəbəkəsi, vəd edilən yüksək sürət yoxdur. Bu, başdan-ayağa fiksiyadır. Azercell-in provayder kimi təklif etdiyi İnternetdə heç 3G sürət də yoxdur”.
Bundan sonra “Azercell”dən zəng vurdular ki, sizin probleminizi həll etmək istəyirik. Ertəsi gün komissiya yaradıldı və araşdırma başladı. Bir əməkdaş göndərdilər. Məni şok edən o oldu ki, əməkdaş mənə “Sizdə 4G şəbəkəsi var, amma sıfır səviyyəsindədir” dedi. Məsləhət gördü ki, 4G cihazda 4G-ni ləğv edib, 3G-yə keçim. Halbuki yaşadığım Nərimanov rayonu ərazisində 4G şəbəkəsi “mövcuddur”. İndi 3G işlədirəm. “Azercell”də isə araşdırma gedir”.
AzadlıqRadiosu bununla bağlı “Azercell Telekom” MMC-yə yazılı müraciət edib. Bir neçə gün sonra qurumdan bildiriblər ki, abunəçinin şikayətiylə bağlı yoxlamalar aparılıb, həmin ərazidə ”3G şəbəkəsi ilə əlaqədar hər hansı çətinlik aşkar edilməyib”. Diqqət edin: 4G ilə bağlı yox, 3G ilə bağlı problem olmadığı vurğulanır. Halbuki abunəçi 4 G şəbəkəsinə qoşulub! Yeri gəlmişkən, “Azercell”-də 3G cihazların qiyməti 50, 4G cihazları 120 manatdır. Məktubun sonrası isə daha maraqlıdır:
“Diqqətinizə çatdırırıq ki, abunəçilər qarşısında “Azercell Telekom” MMC tərəfindən hər hansı öhdəlik götürülməmişdir ki, onun əldə etdiyi mobil telefon nömrəsi istənilən ərazidə və təbii şəraitdə, o cümlədən hər hansı ünvan və ya konkret ünvanın hansısa bir hissəsində aramsız və keyfiyyətli rabitə ilə təmin ediləcək”. “Azadlıq” radiosu
NUH.az
Oxşar xəbərlər
- Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”
3 mart 2025 15:14
- Kimə banan yemək olmaz?
23 yanvar 2025 21:51
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- 11 uşaqda - QURD ADAM- sindromu aşkarlandı - Səbəb bu dərman imiş
5 dekabr 2024 20:51
- Mobil telefonların gizli təsirləri - İnsanı məhv edir
13 oktyabr 2024 13:28
- ŞAGİRDLƏR ARASINDA KRİMİNAL ALƏMƏ MARAQ NİYƏ BU QƏDƏR ÇOXDUR?
1 oktyabr 2023 11:24
- Oğlunu dünyaya gətirdikdən bir gün sonra ölən Aygünün - Fotosu
18 iyun 2023 10:57
- İntiqam Qasımzadənin “toxunulmazlıq” sindromu
29 yanvar 2023 12:20
- Xalq artisti: "Maaşımı alan kimi dəfn yerimin behini verəcəm" (VİDEO)
25 dekabr 2022 12:45
- Putinin uğursuz dövləti: Rusiyanın gələcəyi sual altında… - Aslund yazır
13 aprel 2022 15:42
Xəbər lenti
- Deputat Azər Allahverənov Nardarandа vətəndaşların qəbulunu keçirib
16 mart 00:17
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
Video & Fotoqalereya
Video
Fotoqalereya