Eldar Mahmudovun icra başçıları - Siyahıda kimlər var?
Kriminal6 mart 2017 16:58
Eldar Mahmudovun çetesi ifşa ediləndən sonra bir çox iş adamlarının adları ittiham aktlarına zərərçəkən qismində yazıldı. Bu şəxslərin əksəriyyəti vaxtilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yarıqaranlıq dəhlizlərindən keçmiş, var-yoxları əllərindən alınmışdı, özlərinin adı ən müxtəlif qondarma işlərə təqsirləndirilən şəxs kimi yazılmışdı. Eldar Mahmudovun özü və ətrafı varlandıqca, iş adamları sıradan çıxır, ölkədə biznes mühiti də xoş olmayan məcraya yönəlmişdi. Böyük xərcə salınan iş adamları ən müxtəlif yollara əl atmaqla vəziyyətdən çıxmağa çalışıblar. Belə şəxslərdən biri də "Qozbel İman” ləqəbli İman Quliyev olub.
Onun barəsində əvvəllər yazılmışdı. "Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev vaxtilə "MTN çetesi”nin qarmağına düşüb. Onu MTN-ə aparıb qorxudub, şantaj edib pulunu alıblar, özünü isə sərbəst buraxıblar. Bu hal bir neçə dəfə təkrarlansa da, onun adı "MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində zərərçəkən kimi keçmir.
İ.Quliyev "MTN çetesi”nin həbs edilməyən, sərbəst hərəkət imkanları olan üzvlərinin ona qarşı qanunsuz addımlar atmasından çəkinir. Gələn məlumatlara görə, İman Quliyev rəsmən müflisləşib. İş adamı obyektlərini satışa çıxarıb. Söhbət Yasamal rayonunda yerləşən "Filiz” şadlıq sarayı və 8-ci kilometrdəki "Şərq Saray”dan gedir. Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz” şadlıq sarayı "Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan "Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir. "Şərq Saray”ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə bahadır – 12 milyon manat.
İ.Quliyev çoxsaylı obyektlərin – "Romans” şadlıq evi, "Şərq Saray” şadlıq evi, "Xalqlar Dostluğu” ticarət mərkəzinin, "Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı olub. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Ölkədə Mahmudov çetesinin quldurluğu ilə üzləşən bir çox sahibkarlar bizneslərini daha təhlükəsiz dövlətlərə köçürüblər. Bundan ziyan çəkən Azərbaycan dövlətnin büdcəsi, iş yerlərini itirən sadə vətəndaşlar olub. Varlanan, harınlaşanlar isə Eldar Mahmudov və ətrafında qərarlaşıblar.
Maraqlıdır ki, MTN generallarına çəpik çalan, onların qanunsuz əməllərini mədh edən, can-başla yerinə yetirən vəzifə sahibləri də çox olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun Eldar Mahmudova mədhnamə yazması, onun qanunsuz əməllərini təqdirəlayiq hərəkətlər kimi təqdim etməsi yaddaşlardan silinməyib. Ə.Seyidovun məktubu üzə çıxmasaydı, bu gün onun MTN çetesi ilə əlaqələri bilinməyəcəkdi. Onun özü də kölgədə qalacaqdı. Bu gün "mahmudovçu”larla əlaqələri bilinən vəzifə sahiblərindəndir. Amma bilinməyənləri də az deyil.
Uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan münasibətlər sistemi də formalaşıb. İcra hakimiyyəti başçılarının bəziləri də "mahmudovçu”ların maraqlarını təmin edənlər sırasında olub.
Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun adı da bu sırada ilk yerlərdən birində gəlir. Bu haqda bir müddət əvvəl vəkil Ramiz Zeynalov yazmışdı. Bildirmişdi ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsini Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınıb. Sonradan isə həmin torpaq sahəsi Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib.
2013-cü ildə də sabiq nazirə belə bir hədiyyə verilib. Bu dəfə aeroport şossesində yerləşən "Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 10 hektar torpaq sahəsi G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova peşkəş edilib. Ərazi hasarlanıb və restoran kompleksi inşa olunub.
Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan 5 hektar sahəni qanunazidd olaraq 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.
2014-cü ilin yanvar ayında isə G.İslamov Eldar Mahmudovun ən yaxın adamı Lalə Əhmədovanı özünə müavin təyin edib. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılıb.
Lakin Eldar Mahmudov 17 oktyabrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər vardı.
Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlaması haqda məlumat da var. Həmin mağaza Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda "Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli binadır. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.
Hazırda Mahmudovun çetesinə tabe olmuş və icra hakimiyyəti strukturlarında post tutan məmurlarla bağlı müvafiq araşdırmalar aparılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Paralel olaraq hazırda vəzifədə olmayan, keçmiş icra başçıları ilə bağlı araşdırmalar aparılır. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir. Musavat.com
NUH.az
Oxşar xəbərlər
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 2024 19:47
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- Prezident onları hakim təyin etdi - Sərəncam
20 noyabr 2024 09:28
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
- Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı — 400 min manatlıq yeyinti işi
18 noyabr 2024 17:26
- Bakcell - Ən Uğurlu Rebrendinq- mükafatına layiq görüldü
14 noyabr 2024 11:58
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 2024 18:58
Xəbər lenti
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
Video & Fotoqalereya
Video
Fotoqalereya