Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb – Foto/Təfərrüat

Şəkildə gördüyünüz bu şəxs – Adil Muğan oğlu Həsənəliyev Xocalı sakinidir. 24saat.org-a daxil olan məlumata görə, fevralın 26-da, yəni faciənin 25-ci ildönümündə Xocalı sakini Adil Həsənəliyev döyülüb.
O, Ağcabədi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Rövşən Əhmədovun adamları tərəfindən vəhşicəsinə döyülüb. Adil Həsənəliyev hadisədən sonra deyib ki, 25 il əvvəl heç ermənilər tərəfindən bu qədər vəhşilik görməmişdi.
Adil Həsənliyevi döyən şəxslərə lazımı cəzalar verilmir. Hadisənin detalları açıqlanmır. Xocalı sakini faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.
Amma indiyə qədər zərər çəkmiş şəxsin hüquqları təmin olunmayıb. Sayt onun döyülməsinin səbəblərini araşdırarkən 1-ci müavini Rövşən Əhmədov haqda bəzi məlumatlar əldə edib.
Mediada gedən xəbərlərə görə, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub. İcra başçısı əvvəlcə onu “JEK” rəisi təyin edib. Rövşən Əhmədovun “bacarığı” bir müddət sonra onun vəzifəsinin artmasına səbəb olub.
24saat.org-un mediaya istinadla verdiyi məlumata görə, Şahin Məmmədov əvvəlcə onu Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi təyin edib. Bir müddət sonra Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat alıb.
Rövşən Əhmədovla bağlı qalmaqallı olaylardan biri də onun hərbi xidmətdən yayınması ilə bağlı arayışdır. Hələ bir neçə il əvvəl sahibkar Teyyub Eminov Rövşən Əhmədovun qanunsuz əməllərilə bağlı mətbuat konfransı keçirmişdi.
Həmin vaxt sahibkar media nümayəndələrinə bir sənəd nümayiş etdirmişdi. Hərbi komissarlığa təqdim edilən həmin sənəddə yazılıb ki, Rövşən Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil.
24saat.org arxiv materiallarında başqa bir insidentdə R.Əhmədovun adının çəkilməsini təsbit edib. Belə ki, illər əvvəl Ramiz adlı rayon sakini xəstə uşağını təcili olaraq xəstəxanaya çatdırmaq üçün Rövşən Əhmədovun yaşadığı küçədən keçərkən maşını sürətlə sürüb.
Bu zaman R.Əhmədovun qardaşı Əliş Əhmədov maşını saxladıb və heç bir sorğu-sual etmədən Ramizin üzərinə atılıb. Rövşən Əhmədov da qardaşına qoşularaq sürücünü yerə yıxıb təpikləyiblər.
Üstəlik, sürücüyə bir neçə bıçaq zərbəsi endirilib. O zaman Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev isə hadisənin baş verdiyini təsdiqləyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
13 aprel 2025 11:45
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
9 aprel 2025 17:39
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35