Qırğızıstandan Azərbaycana xain zərbə - RƏSMİ BAKIDAN ETİRAZ

ECO toplantısındakı səsvermədə Bişkək Ermənistana dəstək nümayiş etdirib; rəsmi Bakıdan etiraz gəldi...
Qırğızıstan hökumətinin Azərbaycanla bağlı tutduğu mövqe rəsmi Bakının etirazına səbəb olub. Söhbət Bişkəkin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasından gedir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məsələyə reaksiya verib.“Qırğızıstanın kimin dəyirmanına su tökməsi ciddi sual doğurur”. Bunu «Trend»ə müsahibəsində nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasına münasibət bildirərkən deyib.
H.Hacıyevin sözlərinə görə, ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilir ki, ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir: “Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunur. Ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Ona görə də Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyil. Bu mövqe ilə Qırğızıstanın kimin dəyirmanına su tökməsi də ciddi sual doğurur”.
Qeyd edək ki, Ermənistan mətbuatı müsəlman və türk respublikanın anti-Azərbaycan siyasətindən xeyli məmnun olublar və bununla bağlı xəbərlər yayıblar. Qırğız hökumətinin nədən belə davrandığına gəldikdə, məsələ ilə bağlı ekspertə müraciət etdik.Politoloq Elxan Şahinoğlu bildirdi ki, Qırğızıstanın sammitdə qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmaması ciddi suallar doğurur: “İslam dövlətləri ECO məkanında münaqişələrin mövcudluğunun iqtisadi inkişafı və əməkdaşlığı əngəllədiyini yekdilliklə qəbul edərkən Bişkək fərqli mövqe ortaya qoyub. Bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunub. Bu, ümumi prinsiplərdir. Qırğızıstan bu prinsipin əleyhinə getməklə Ermənistanımı sudan qurumu çıxarmaq istəyir?”
E.Şahinoğlu bir məqama da diqqət çəkdi: “Ümumiyyətlə, Qırğızıstan birinci dəfə deyil ki, Ermənistana diqqət nümayiş etdirir. Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev vaxtilə İrəvana səfər edərək ”soyqırım" abidəsinə gül-çiçək qoymuşdu. Halbuki Qırğızıstanın Ermənistanla elə bir iqtisadi əlaqələri və ya ortaq layihələri də yoxdur ki, deyəsən ki, Bişkək İrəvana bu şəkildə yaltaqlanır. Görünür, Qırğızıstan Rusiya və Ermənistanla birgə Avrasiya İqtisadi Birliyində, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer aldığı üçün İrəvana nəvaziş nümayiş etdirir. Qazaxıstan və Belarus da eyni qurumların üzvüdürlər. Ancaq hər ikisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın siyasətindən narazıdırlar. Görünür, Qırğızıstan Pakistandakı toplantında Azərbaycana dəstək verməməklə Rusiyaya mesaj yollayır ki, “görürsünüz, Ermənistanın təklənməsinə imkan vermirəm”. Əslində Qırğızıstanın prezidenti Almazbek Atambayev Serj Sərkisyan qədər Rusiyaya vassallıq etmək istəyir".
Politoloq Bişkəkin son davranışlarından bəhs edərkən bir səhnəni də xatırlatdı: “Bir neçə gün öncə Almazbek Atambayev Bişkəkdə rusiyalı həmkarı Vladimir Putini elə qarşıladı ki, sanki qarşısında atası və ya yaxın qohumudur. Putin onun, sadəcə, əlini sıxmaq istəyərkən, Almazbek Atambayev onu bərk-bərk qucaqladı. Bu səhnə hətta rusiyalı jurnalistləri də şoka saldı. Birgə mətbuat konfransında isə Almazbek Atambayev Rusiyanın hərbi bazasına necə yer ayırmalarından ağız dolusu danışırdı. Beləliklə, türkdilli dövlət başçısı öz qardaşının torpağını işğal edən dövlətə daha çox sədaqət göstərir. Belə qardaşdansa, işğala görə Ermənistanla diplomatik münasibəti olmayan Səudiyyə Ərəbistanı ilə əlaqələrin intensivləşdirilməsi bizim üçün daha vacibdir”. Musavat.com
NUH.az
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
6 aprel 2025 21:46
- V kurs tələbəsi dəm qazından boğulub
6 aprel 2025 20:47
- Yenidən CHP sədri seçildi
6 aprel 2025 17:45
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
6 aprel 2025 09:53
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- 10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
4 aprel 2025 21:06
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59