Mehriban Əliyeva seçiciləri ilə belə vidalaşdı - FOTOLAR

"Yeni vəzifəyə təyin edildiyimə görə mən Milli Məclisdə öz fəaliyyətimi dayandırmalıyam".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olandan sonra qəsəbə sakinləri ilə görüşdə deyib.
Mehriban Əliyeva seçicilərinə təşəkkür edib:
"Mən 2005-ci ildən üç çağırış Milli Məclisdə sizin dəstəyinizlə fəaliyyət göstərmişəm, deputat kimi çalışmışam. Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda, mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm.
Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir.
Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim. Yenə də qeyd etmək istəyirəm ki, sizin diqqətiniz, inamınız mənim üçün əsas güc mənbəyi olub. Əminəm ki, biz birgə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Bilirəm ki, Xəzər Rayonunun İnkişaf Fondu fəaliyyətini davam etdirir. Mən sizi narahat edən məsələləri daim diqqətimdə saxlayıram. Çalışıram ki, sizi narahat edən problemlər aradan qalxsın. İnanıram ki, bizim bu birliyimiz gələcəkdə də davam edəcək və biz yeni nailiyyətlər əldə edəcəyik.
Bu illər mənim üçün çox dəyərlidir. Bunun əsas səbəbi də ondan ibarətdir ki, mən hər gəlişimdə, Xəzər rayonunun sakinləri ilə hər dəfə ünsiyyətdə olanda sizin dəstəyinizi, hörmətinizi, inamınızı hiss edirəm. Burada çox doğma və əziz bir ab-hava yaranmışdır. Buna görə mən sizə dərin minnətdarlığımı bildirirəm".
Qəsəbə sakini Ziyafət Cəfərova: Hörmətli Mehriban xanım, biz də Sizə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bu gün bizimlə görüşə gəlmisiniz. İlk növbədə, cənab Prezidentə təşəkkürümüzü bildiririk ki, Sizi bu yeni vəzifəyə təyin etdi. Biz cənab Prezidentlə, Sizinlə fəxr edirik. Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Sizi həm Azərbaycan xalqı adından, həm də Türkan camaatı adından təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Bəli, bizim üçün çox işlər görmüsünüz. Bütün Azərbaycan üçün çox işlər görmüşünüz. Bu işlər göz qabağındadır, əvəzedilməzdir. Xüsusilə, qəsəbəmizdə yenidən qurulan məktəblər, internat məktəbi, yeni bağçalar, hamısı Sizin səyinizin nəticəsidir. Bunun üçün hamı Sizə “Çox sağ ol” deyir. Sizə minnətdarlıq edirik. Sağ olun. Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Xalq Artisti Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev: Mehriban xanım, atama göstərdiyiniz diqqət və qayğıya görə mən də Sizə təşəkkürümü bildirirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Allah həmişə Sizin köməyinizdə olsun. Sizə təşəkkür edirəm.
NUH.az
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
9 aprel 2025 13:46
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
8 aprel 2025 12:19
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38