Baş redaktor birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi
Peyman Sadıqov: Həyatım təhlükə altındadır
Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov təhqirlərə və təzyiqlərə məruz qalması ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:
Hörmətli Mehriban xanım! Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı əvəzolunmazdır. Bu gün Sizə ünvanlanan bütün məktublar müsbət nəticə verməklə yanaşı, həmin an öz həllini tapır və layiqincə ölkə vətəndaşlarına köməklik göstərilir. Xüsusilə mətbuat işçilərinin problemlərinin həllində göstərdiyiniz yüksək köməklik təqdirə layiqdir və bütün jurnalistlər tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu gün ölkəmizdə azad söz və azad mətbuat var. Xüsusilə vurğulamaq istəyirəm ki, ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan mətbuatına göstərdiyi qayğı və diqqət göz önündədir. Ulu öndər, dahi insan Heydər Əliyevin belə bir kəlamı var. “Mən o jurnalistə minnətdar olaram ki, mənim bilmədiyim, eşitmədiyim faktları, nöqsanları mənə doğru-düzgün çatdırsın”. Biz də bu gün ölkəmizdə olan söz azadlığını üstün tutaraq, haqq-ədalət uğrunda mübarizəmizi aparırıq, qanuni şəkildə peşə fəaliyyətimizi yerinə yetiririk. Həmişə dövlətimizin və dövlət başçımızın bütün uğurlu xarici və daxili siyasətini dəstəkləmişik. Bu bizim birbaşa vətəndaş olaraq borcumuzdur. Lakin buna baxmayaraq məmur özbaşınalığını, onların törətdiyi haqqsızlığı və bir çox nöqsanları qələmə aldığımız an ciddi qarşıdurmalarla, iradlarla, hətta təhdid və hədələrlə üzləşirik. Əgər hər hansı bir mövzumuz, haqqında dərc etdiyimiz şəxs narazıdırsa, qaranlıq məsələyə aydınlıq gətirmək istəyirsə, öz mövqeyini bildirə bilər, bu təbii haldır. Qayda-qanunlara uyğun olaraq biz qarşı tərəfi də dinləməyə hazırıq. Və hər mövqe bildirən şəxsə də qarşı yüksək dəyər veririk. Mən şəxsən bunu belə qiymətləndirirəm.
Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsəm də buna son dərəcədə məcburam. Çünki həyatım təhlükə altındadır. Belə ki, Politika.az saytında "SOS: Ölkədə xərçəng yayan nitrit maddəsi "Lider" kolbasalarına qatılır? - İttihamlar" başlığı altında məqalə dərc olunmuşdu. Həmin yazını ölkə mətbuatının bir neçə xəbər portalı dərc etməklə yanaşı, rəhbəri olduğum Xalqxeber.Az xəbər portalı da istinadla xəbəri dərc etmişdi. Həmin yazı dərc olunandan sonra redaksiyanın əlaqə telefonuna qeyd etdiyim ( 055-385-97-74 ) nömrəsindən zəng gələrək, özünü Ağagülov Cavanşir kimi təqdim edən şəxs mənə hədə-qorxu gələrək təhqir etməyə başlamışdır. Dərc olunan yazıya münasibət bildirmək əvəzinə ağır söyüşlər işlədən Cavanaşir adlı şəxs məni təhqirlərə, təzyiqlərə məruz qoymuşdur. Mən ona yazının Politika.az saytına istinadən dərc olunduğunu nə qədər anlatmağa çalışsam da o, mənə söyüşlər söyməkdə davam etmiş və məni ölümlə hədələmişdir. Dünən axşam saatlarında mənə yenidən zəng edərək, "Əgər sən mənə saytında xəbəri dərc edən işçini tapıb verməsən, mən səndən əl çəkməyəcəm və səni cəzalandıracam" deyə kəskin şəkildə danışmışdır. Sonda mənə bildirdi ki, sənin ofisin harda yerləşir, mən də öz növbəmdə ona qeyd etdim ki, Azərbaycan Nəşriyyatında otururq. Cavanşır Ağagülov mənə bildirdi ki, səni pis günə qoyum səndə bax və səni yaşamağa peşman edəcəm. Durmadan ağır söyüşlər işlədən Cavanşir müəllim məni ölümlə hədələməkdən belə çəkinmədi. Mən onunla dəfələrlə nəzakətli və etika ilə danışmağa çalışsamda o, öz növbəsində hədə-qorxu gələrək ağır söyüşlər işlətməyə davam edirdi.
Hörmətli Mehriban xanım!
İş adamının mənə necə hədə-qorxu gələrək, ağır söyüşlər işlətməsi və ölümlə hədələməsi ilə bağlı səs yazıları hamsı qeydə alınıb. Həmin səs yazılarını Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa təqdim etməyə hazıram.
Çox xahiş edirəm mənim həyat təhlükəsizliyimi təminat altına alın və mənə hədə-qorxu gələrək, ağır söyüşlər söyən "Lider RM" şirkətinin sahibi Ağagülov Cavanşir barasində ciddi şəkildə ölçü götürülməsi ilə bağlı xüsusi tapşırıq verəsiniz. İnanıram ki, ölkə vətəndaşlarına xüsusilə mətbuat işçilərinə göstərdiyiniz diqqət və qayğını məndən əsirgəməyəcəksiniz.
Şəxsiyyətinizə daim artan dərin ehtiram hissləri ilə.
Xalqxeber.Az xəbər portalının baş redaktoru
Peyman Sadıqov
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05

