Samir Şərifov və ətrafı hədəfdə - Ölkənin maliyyə bosları sıxıntılı günlər keçirir

Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdə olan sabiq sədri Cahangir Hacıyevin məhkəmədəki açıqlaması Maliyyə Nazirliyinin rəhbər şəxsləri üçün problemə çevrilib.
Buna əsas səbəb kimi, ABB-nin Müşahidə Şurasında Maliyyə Nazirliyini təmsil edən rəhbər şəxslərin adının bankda baş verən cinayətlərdə hallanmasıdır.
Beynəlxalq Bankın idarə olunması, böyük məbləğdə kreditlərin verilməsi və s. məsələlərdə Müşahidə Şurasının rəy və qərarları həlledici olsa da, milyonlarla kreditin Cahangir Hacıyev tərəfindən ayrı-ayrı şəxslərə təkbaşına verilməsi bir qədər şübhəlidir.
NUH.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur.
Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova "gözün üstə qaşın var” deyən olmadı.
Məlumatda qeyd edilir ki, Cahangir Hacıyevlə bağlı istintaq başlanan zaman Samir Şərifovla Mərkəzi Bankın sədri Elman Rüstəmov bütün gücləri ilə prosesi özlərindən kənarlaşdırıb, əzəli rəqiblərini sıradan çıxarmaq üçün ABB rəhbərini yeganə təqsirkar, əsas hədəf göstəriblər.
Maliyyə sektorundan alınan məlumata görə, S.Şərifovla E.Rüstəmov hətta iri kredit məsələlərini də C.Hacıyevin onların rəyi və razılığı olmadan həyata keçirdiyini deyiblər: "O zaman ortaya sual çıxır ki, bəs niyə nazir və baş bankir vaxtında bu problemi qaldırmayıblar?”.
İddia edilir ki, hər iki şəxsin ABB-də baş verənlərdən xəbəri olub. Lakin onlar Cahangir Hacıyev və onu himayə edən güclü komandadan çəkiniblər. İstintaq başlayanda isə fürsətdən yararlanıb, C.Hacıyevin əsas təqsirkar kimi həbsində rol oynayıblar.
"Doğrudur, C.Hacıyev əsas təqsirkarlardan biridir. Amma digər təqsirkarlar məsuliyyətdən kənarda qalmamalı, onlar da cinayət tərkibli əməllərinə görə cəza almalıdırlar”,-deyən mənbənin iddiasına görə, S.Şərifovla E.Rüstəmov C.Hacıyevi əsas təqsirkar göstərməklə həm əsas rəqiblərindən qisaslarını alıblar, həm də özlərini təmizə çıxarmağa çalışıblar.
ABB-də baş verən maliyyə fırıldaqlarında Cahangir Hacıyevlə yanaşı, Maliyyə Nazirliyinin, o cümlədən nazir müavini Azər Bayramovun da "barmaq izləri”nin olduğu qanunla göz qabağındadır: "Onlar da gec-tez istintaqa cəlb olunmalıdır. Yəqin ki, bu, qaçılmaz olacaq”.
Məlumatda həm də bildirilir ki, Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov hakimiyyətdəki nüfuzlu bir qrupa bağlılığını hər addımda nümayiş etdirməklə, "toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır.
A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir.
Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun "təqdimatı" və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər.
Məlumata görə, ABB-də baş verənlərə A.Bayramovun zamanında təsir edə bilmədiyi barədə dövriyyəyə buraxılanlar "iz azdırmağa” hesablanmış dezinformasiyadır:
"Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da "vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri "sudan quru” çıxdı. Əlbəttə, bütün bunlar nə hakimiyyətdəki analitiklərin, nə də müstəqil ekspertlərin diqqətindən yayınmadı. Ona görə də sistemli araşdırmalar başlayıb və Samir Şərifov-Azər Bayramov cütlüyünün cəmiyyət üçün sensasiyalı əməlləri üzə çıxıb. Hələlik bunun nədən ibarət olduğunu açıqlamıram. Ancaq bu cütlüyün yaratdığı problemlər Müdafiə Nazirliyindən tutmuş, bir çox nazirlik, komitə vəiş adamlarının da narazılığına səbəb olub”.
Qeyd edilir ki, bu narazılıq fonunda ortaya çıxan real mənzərə və faktlar Samir Şərifov və onun ətrafındakı maliyyə boslarının əhatə dairəsini "daraladır”.
Samir Şərifovun ətrafında baş verən proseslərin nazirlikdəki bəzi vəzifəli şəxsləri ruhlandırdığı da bildirilir. Qeyd edilir ki, illərlə S.Şərifovla A.Bayramovun "toxunulmaz” olduğunu düşünənlər, artıq cəsarət nümayiş etdirir, hətta onlardan biri nazir olmaq iddiasını gizlətmir.
NUH.az
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
8 aprel 2025 19:12
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43