Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov?

Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov?
Taleh Şahsuvarlı
Bilənlər bilir, bilməyənlərə qısaca nəql edim. Ötən ayın 25-də uzun zaman sürülmədiyindən akkumlyatoru taqətdən düşmüş maşınımı qardaşımın köməyi ilə işə saldıq və yaşadığım binanın yaxınlığındakı yanacaqdoldurma məntəqəsindən benzin doldurmaq üçün həyətdən çıxdıq. Maşını qardaşım sürürdü. Demək olar ki, boş yolda qoşa xəttin tələblərini pozub yanacaqdoldurma məntəqəsinə daxil oldu. Bu zaman DYP maşını yaxınlaşdı. Əvvəlcə cərimə yazdı, daha sonra “maşının ödənməmiş cəriməsi var” deyə avtomobili cərimə meydançasına aparmaq istədi. Bildirdim ki, üzərimdə olan bütün pulu benzinə vermişəm, dayanacaqdan geri qayıtmaq imkanım yoxdur. Qısası, DYP əməkdaşına dedim: “Al, bu açar, bu maşın, bu da siz, hara istəyirsiniz aparın”. Haqlıyammı? Haqlıyam! Çünki heç bir qanunda, heç bir təlimatda göstərilməyib ki, ödənilməmiş cəriməyə görə sürücü cərimə meydançasına aparılmalıdır. Başda Bakı şəhər DYP-nin rəisi, general Nuşirəvan Səforov olmaqla, hər kəsə maddə-maddə, bənd-bənd sübut edə bilərəm, bu cür hallarda DYP əməkdaşı sürücünü sükandan kənarlaşdırmalı, akt tərtib etməli, əlavə naryad, yaxud evakuator çağırıb maşını dayanacağa aparmalıdır. Maşını deyil, mənim özümü məcburən cərimə meydançasına aparmaq istədiyinə görə DYP əməkdaşının göstərişini qanunsuz hesab etmiş və maşını qapıya qoyduqdan dərhal sonra öz vəzifə səlahiyyətlərini bilməyən, bilmədiyi üçün icra etməyi də bacarmayan inspektorun hərəkət və hərəkətsizliyindən şikayət etmək üçün Səbail rayon Dövlət Yol Polis İdarəsinə getmişəm. Orada isə Abbasəli Ələkbərov adlı bir lap kiçik zabit iki gün müddətində mənə şikayət etmək imkanı yaratmayıb, üstəlik mənimlə rəftarda kobudluq edib və öz ailə tərbiyəsinə uyğun şəkildə təhqiramiz ifadələr səsləndirib. Bütün bunlar barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişəm, yazılı şəkldə isə Səbail rayon Polis İdarəsinə şikayət etmişəm. İnspektor Abbasəli Ələkbərov mənim şikayət hüququmu əngəlləməyə çalışsa da, işçilərinin qanuna və insan haqlarına zidd hərəkətləri barədə həmin bölmənin rəisi Cəmşid Hənifəyevi də poçtla məktub göndərərək məlumnatlandırmışam. Bəri başdan onu da deyim ki, bu məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinin rəisi, hörmətli Əli İbrahimovun və Səbail rayon Yol Polis İdarəsinin rəisi, gerçəkdən mərifətli bir insan olan Cəmşid Hənifəyevin qəbulunda olmuşam. Fürsətdən istifadə edib bir vətəndaş və ziyalı olaraq məni qəbul etdiklərinə, dinlədiklərinə, görüş zamanı istər vəzifəli şəxs, istərsə də zabit kimi yüksək mədəniyyət sərgilədiklərinə görə hər ikisinə təşəkkür edirəm. Eləcə də bu şikayəti Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdıran Samir Kərəmovun mənimlə nəzakətli rəftarından da son dərəcə razıyam. Şikayətə necə yanaşması bir başqa məsələdir, vətəndaşla nəzakətlə davranmaq bir başqa. Bu meyarla Kərəmovun zabit etikasını və ümumən bir insan kimi tərbiyəsini yüksək qiymətləndirirəm. Zira bu yazımda DYP-nin Bakı şəhər idarəsinin rəisi, general Nuşirəvan Səfərova xüsusi təşəkkür edə bilməyəcəm təəssüf ki... Niyəsini deyim! Bu gün- 18 fevral 2017-ci ildə general Səfərovun adına yazdığım şikayət ərizəsinə cavab almışam. Hörmətli Nuşirəvan müəllimin 9 fevral 2017-ci ildə təmtəraqlı bir imza ilə təsdiqlədiyi məktubdan belə nəticə çıxardım ki, mənim şikayətim əhatəli araşdırlmayıb, təhqiqatı aparan zabit işi “bağlamaq” və öz həmkarlarını vəziyyətdən çıxarmaq üçün əlindən gələni əsirgəməyib. Odur ki, bu açıq məktubla cənab Nuşirəvan Səfərovun diqqətinə bəzi etirazlarımı çatdırmaq istəyirəm. Cənab general, Sizə göndərdiyim şikayət məktubunda da yazıldığı kimi, Yol-hərəkət qaydası qardaşım tərəfindən pozulduğu halda (onun sürücülük vəsiqəsi və mənim maşınımı idarə etmək üçün etibarnaməsi var) protokol mənə tərtib edilib. Bu məsələ ilə bağlı məktubunuzda niyə bir sətir yoxdur? Məgər, DYP əməkdaşı ayıq-sayıq olmalı, protokol tərtib edərkən inzibati xətanın kimin tərəfindən törədildiyini aşkar etdikdən sonra protokol tərtib etməli deyilmi? Bizim üçün fərq yoxdur, o cəriməni mən ödəyəcəm, ya qardaşım. Amma inspektorunuzun deputat Eldar İbrahimov dediyi tiplərdən olduğunu fərq etmk üçün bu məqama xüsusi diqqət yetirməli idiniz. Axı mən bu barədə öz şikayət ərizəmdə sizə məlumat vermiş və tələb etmişəm ki, mənim adıma tərtib edilmiş protokol ləğv edilsin. Niyə araşdırmamış, niyə ləğv etməmisiniz? Məktubunuzda deyirsiniz ki, guya mən avtomobili duracağa aparmadığımdan sənədlərim DYP inspektorunda qalıb. Əsla! Mən Müşfiq Quluzadə adlı DYP inspektoruna dayanacağa getməyəcəyimi dəfələrlə söyləmişəm, o isə sənədləri qəsdən özündə saxlayıb və bununla məni öz qanunsuz əmrinə riayət etdirmək üçün faktiki olaraq şantaj edib. Ayrıca, həmin sənədləri götürmək üçün dəfələrlə Səbail DYPİ-nə müraciət etmişəm, ancaq orada kiçik zabit Abbasəli Ələkbərovun qanunsuz tələbləri ilə üzləşmişəm. Sonda həmin sənədləri xüsusi aktla Bakı şəhər DYPİ-də Samir Kərəmovdan almışam. Sizdən soruşuram cənab general, mənim sürücülük vəsiqəmin və avtomobilimin texniki şəhadətnaməsinin inspektor tərəfindən məqsədli şəkildə qaytarılmaması, günlərlə DYP-də saxlanılması və qarşılığında Abbasəli Ələkbərov tərəfindən qanunsuz tələblərin irəli sürülməsi barədə epizodları görməzlikdən gəlməkdə marağınız nədir? Nuşirəvan müəllim, mən Sizin öz məktubunuzda qanuna zidd göstərişlərini və əməllərini ört-basdır etməyə çalışdığınız DYP əməkdaşı Müşfiq Quluzadənin yol patrul xidmətinin tələblərini necə kobud şəkildə pozduğunu əgər məni qəbul edərsinizsə, birər-birər isbat edə bilərəm. Əgər məni qəbul etməsəniz də bunu özümə dərd edəcək deyiləm. Çünki sizin cavab məktubunuzu da əlavə edərək məsələni məhkəməyə daşıyacam. Mən bu günə qədər nə qədər inzibati xəta törətmişəmsə, hamısının cəriməsini pulum olduqca ödəyəcəm. Əgər istəyirsinizsə, bir səbəb, yaxud bəhanə tapıb mənim sürücülük vəsiqəmin ləğv olunması barədə məhkəmə qarşısında siz də iddia qaldırın. Sorun deyil. Amma bir məsələyə mütləq aydınlıq gətirməyinizi rica edirəm. Mənim DYP əməkdaşının hərəkət və hərəkətsizliyindən şikayət etmək hüququma maneçilik törətməyə Abbasəli Ələkbərov adındakı kiçik zabitə kim ixtiyar verib? Və mənim şikayət hüququmun pozulması ilə bağlı məsələnin üstündən öz məktubunuzda niyə keçmisiniz? Yoxsa, heç araşdırmamısınız? Axı mən öz ərizəmdə təkcə inspektor Müşfiq Quluzadədən şikayət etməmişəm?!. Bəli, Nuşirəvan müəllim, sadəcə bu məqam sizin məktubunuzun sizin imzanıza layiq olmadığını çox aydın ifadə edir! Bakı şəhər DYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, hamımızın ağsaqqal hesab etdiyimiz polkovnik Vaqif Əsədov da təsdiq edər ki, bu günə qədər Sizin həm şəxsiyyətinizə, həm də fəaliyyətinizə qarşı diqqət və sayğıda bir qüsurum olmayıb. Odur ki, bu sözlərimi də özünüzə qarşı sayğısızlıq kimi qəbul etməyin. Dəfələrlə üzr istəyərək soruşuram, sizə “Əəə” deyə müraciət etsəm, Sizdən “cənab general” deyil, “Ə” deyə bəhs etsəm bunu öz şəxsiyyətinizə qarşı təhqir kimi qarşılayar, öz şərəf və ləyaqətinizi məhkəmədə qorumazsınızmı? Əlbəttə, məhz bu cür davranarsınız və düz də edərsiniz! Mən də sizinlə eyni dövlətin vətəndaşı,eyni xalqın nümayəndəsiyəm. Bu ölkədə hər kəsin yanında alnım açıq, üzüm ağdır, övladlarımı halal zəhmətimlə böyüdürəm. Rüşvət almır, cibgirlik eləmir, pul naminə öz şərəf və ləyaqətimə xələl gətirmirəm. Elə bu səbəbdən Abbasəli kimi tərbiyə və nəzakət problemi olan kiçik zabitinizin mənə “Ə” deyə müraciət etməsinin üstündən keçmək niyyətində deyiləm. Bəlkə bu adam öz böyüklərinə bu cür müraciət edir deyə “Ə” xitabında bir qəbahət görmür. Amma polis sistemində böyüyü olaraq onun bu qəbahətini görmək və öz kiçiklərinizin tərbiyəsi ilə məşğul olmaq sizin borcunuzdur. Min kərə təssüflər olsun, Nuşirəvan müəllim! Çünki məktubunuzdan belə anladım ki, bu cür tərbiyəsi naqis kiçiklərinizin öhdəsindən ya gələ bilmirsiniz, ya da onların hərəkətlərinin vətəndaşlarda Azərbaycan hakimiyyətinə qarşı qıcıq yaratması məhz sizin məxsusi planınız olduğundan öhdəsindən bilərək gəlmək istəmirsiniz...
NUH.az
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
30 mart 2025 16:06
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Prezidentdən Ramazan PAYLAŞIMI - FOTO
29 mart 2025 20:28
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Uşaqlar niyə ağlayırlar?
25 mart 2025 20:40
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35